Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Böyük Britaniyanın Penitensiar Xidmət üzrə keçmiş naziri: “Ermənistan özü terror hücumlarına görə məhkum olunan bir sıra vətəndaşlarını əfv edib”
    “Azərbaycanlı zabit Ramil Səfərovun həbs cəzasının davam etdirilməsi üçün Azərbaycana ekstradisiyası və bunun ardınca da əfv olunması Ermənistan hökuməti, erməni diasporu və onun havadarları arasında odlu fırtınaya səbəb olub. Nəticədə Azərbaycan diplomatları hədələndi, Macarıstanla diplomatik əlaqələr kəskinləşdi, Ermənistan prezidentinin müharibəyə çağırışları artdı və Ramil Səfərovun özü hədəf seçildi”. “KƏLAMİNFO”ya Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bunları Böyük Britaniyanın Penitensiar Xidmət üzrə keçmiş naziri, millət vəkili Qeri Satklif (Gerry Sutcliffe) bildirib.

    O qeyd edib ki, mətbuat və Avropanın müxtəlif ölkələrinin parlamentlərinin bəzi üzvləri bu barədə mühakimə yürütməkdə tələsikliyə yol verib: “Lakin nəzərə almaq lazımdır ki, R.Səfərovun ekstradisiyası “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına uyğun həyata keçirilib. Bundan əlavə, Ermənistan özü son 20 ildə terror hücumlarına görə məhkum olunan bir sıra vətəndaşlarını əfv edib. Əlbəttə ki, bu məsələnin fonunda Dağlıq Qarabağ münaqişəsi zamanı indiki Ermənistan prezidenti də daxil olmaqla, minlərlə azərbaycanlını qətlə yetirmiş heç bir erməniyə qarşı məhkəmə iddiasının qaldırılmaması faktı da gündəmə gəlir. BMT Təhlükəsizlik Şurasının qoşunların çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Ermənistanın tərəddüd etmədən Azərbaycanın bir milyona yaxın vətəndaşını didərgin salaraq, demək olar ki, ərazisinin 20 faizini işğal etməsi ilə tərəflər arasında yaranan 20 illik pat vəziyyəti bu günədək davam edir”. Millət vəkili qeyd edib ki, Avropa sərhədindəki bu açıq yaranın irinləməsinə artıq yol verilə bilməz: “Zorakılıq və zorakılıq hədəsi daha çox zorakılıq törədir. Bütün tərəflərin sakit başla və siyasətlə hərəkət etmək vaxtıdır. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinə, nəhayət ki, son qoyulması üçün öz rolunu oynamalıdır”. Qeyd edək ki, Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvləri Ken Maginnis, Lord Laird və Lord Kilkluni də Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası ətrafında Ermənistanın hakim dairələri və erməni terror təşkilatlarının aqressiv mövqeyi və təhdidlərinə münasibət bildirərək, bu ekstradisiyanı qanunauyğun hesab edib, Ermənistanın erməni terrorçularını əfv etməsinə dair faktları xatırladıb, Səfərovun doğulduğu Cəbrayıl rayonunun 20 ildir ki, erməni işğalı altında olmasına diqqəti cəlb edib, Ermənistanı təmkinli olmağa dəvət edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 348
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30