Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mafiya dövlətdən daha zəngindir
    Son 300 il ərzində bəşəriyyət tərəqqi adı altında kapitalizmin qul bazarları üçün “xammal” yetişdirməklə məşğul olub. Nəticədə kriminal kapitalizmin illik qazancı qlobal miqyasda 2 trilyon dollar kimi ağılasığmız məbləğ təşkil etməkdədir. Qlobal mafioz təşkilatları silah ticarəti, narkobiznes, insan alveri, o cümlədən “seks” biznesindən hər il 2 trilyon dollara qədər pul qazanır. Bu isə Almaniya, Fransa, İngiltərə, İsveçrə, İsveç, Norveç, Hollandiya, Belçika kimi zəngin 15 Qərbi Avropa dövlətlərinin illik büdcəsinin toplam cəmindən daha böyük məbləğ deməkdir.



    Amerika maliyə birjaları  fırıldaq üzərində qurulub
    Fırıldaq, saxtakarlıq kapitalist bazar iqtisadiyyatının mahiyyətindən, onun iqtisadi anatomiyasından doğan bir şeydir. Məsələn, gəlin elə götürək dünya maliyə bazarının döyünən ürəyi olan Amerika birjasını. Hansı ki, bütün dünya maliyə bazarına və dünya iqtisadiyyatına nəzarəti həyata keçirir. Bu sektorun işinə yaxından bələd olan ekspertlər səmimi surətdə etiraf edirlər ki, Amerika maliyə birjaları tamamilə fırıldaq üzərində qurulub və heç bir istehsal gücünə əsaslanmır. Burada baş verən bütün məzənnə dəyişiklikləri real iqtisadi göstəriciləri deyil, subyektiv amilləri, yalançı reklam kampaniyalarını özündə əks etdirir və nəticədə trilyonlarla dollarlıq fırıldaq pullar qazanılır. Təkcə Amerikada 9 trilyon dollarlıq belə saxta, yalançı səhmlər mövcuddur. Bu isə bütövlükdə Avropa Birliyi iqtisadiyyatına bərabər məbləğ deməkdir.
    Əgər bir iqtisadi sistem rəsmi səviyyədə bu cür fırıldaq, saxtakarlıq üzərində qurulubsa və bu qlobal maliyə fırıldağının da miqyası Avropa Birliyi və Yaponiya kimi ölkələrin iqtisadiyyatıyla müqayisə oluna biləcək qədər böyükdürsə, artıq bu o deməkdir ki, kapitalizmdə dövlətlə mafiya arasında fərq silinir.

    Mafiyalaşmış dövlət anlayışı

    Nədir mafiyalaşmış dövlət? Amerika belə bir dövlət anlayışının bariz nümunəsidir. Biz bir az əvvəlki misalda bunun şahidi olduq. Bununla bağlı yenə də Amerikanın timsalında bir digər misala da müraciət edək.
    Fikir verin, hal-hazırda İraq müharibəsinin hər günü Amerikaya 1 milyard dollara başa gəlir. Başqa sözlə desək, Amerika İraqda hər gün 1 milyard dollar pul itirir. Bəzi proqnozlara görəsə İraq müharibəsi Amerikaya ümumilikdə 2 trilyon dollara başa gələcək. Sual olunur, nə üçün? Neftə görəmi, xeyr, bu qətiyyən belə deyil. Çünki hesablamalar göstərir ki, Amerika İraq neftindən heç vaxt bu qədər pul qazana bilməyəcək. Bəs onda nə və hansı səbəblər 8 trilyon dollarlıq xarici borcu olan bu dövləti müharibələrə bu qədər çox vəsait xərcləməyə vadar edir? Cavab birmənaıdır, ölkədəki silah sənayesi maqnatlarının hökumətə təzyiqləri.
    Məlumdur ki, Amerika silah sənayesi ölkə iqtisadiyyatının əsas sütunlarından biridir və əsas etibarilə özəl şirkətlərə məxsusdur. Bu sənaye isə onun məhsullarına tələbat artdığı müddətcə gəlirlə işləyə bilər. Belə olan təqdirdə silah maqnatları dövlətdən yeni-yeni sifarişlər tələb edirlər ki, nəticədə müharibələr qaçınılmaz xarakter alır. Beləliklə də hökumət dövlətin xəzinəsini müharibələr vasitəsiylə əslində silah maqnatlarının cibinə transfer edirlər. Nəticədə dövlətin timsalında bütün Amerika cəmiyyəti itirsədə, ayrı-ayrı şəxslər milyardlarla dollar vəsait əldə edirlər və müharibələr də elə ancaq onlara lazımdır.
    Deməli, Amerikanın müharibələrdə itirmiş olduğu yüz milyardlarla dollar pulu silah maqnatlarının cibində tapmaq olar. Bu hal özü bir daha sübut edir ki, kapitalizm şəraitində dövlət “biznes krallarının” ticari maraqlarının siyasiləşmiş ifadəçisindən başqa bir şey deyil.

    Hər il 1,2 milyon uşaq qul bazarlarında satılır

    Təkcə 2005-ci ildə planet miqyasında 860 min uşaq sosial istismara məruz qalıb. Onlardan 200 milyon nəfəri məcburi əmək, küçələrdə işləmə, insan alveri kimi istismar formalarına tabe tutulduqları halda, qalan yüz milyonlarla uşaq hərbi əməliyyatlara və kriminal pozğunluqlara cəlb edilmişdirlər (Vatikanın illik məruzəsi).
    Hər il orta hesabla 1,2 milyon nəfər uşağın insan alveri ilə məşğul olan tacirlər tərəfindən qul bazarlarında satılır. Ümumilikdə isə hər il planet miqyasında 1-18 yaş arası 1 milyarda qədər uşaq və yeniyetmə kapitalizmin iyrənc istismar formalarını öz üzərində hiss edir (BMT-nin açıqlaması).

    İnsan alveri (seks) ticarətindən 5-7 milyard dollarlıq gəlir

    Hər il dünyada 1-2 milyon arası qadın insan alverinin qurbanına çevrilir və qadın alverilə məşğul olan suç təşkilatları hər il bu biznesdən 5-7 milyard dollar kar əldə edir. Bu məbləğ ən böyük Trans Milli Korparasiyaların, SONY, BP, Volksvaqen kimi korparasiyaların illik gəlirilə müqayisə etmək olar. Təkcə Türkiyədə qadın tacirlərinin qazancı 360 milyon dollar təşkil edir. Seks biznesi o qədər karlı bir işdir ki, hətta bir çox inkişaf etmiş dövlətlər belə müxtəlif bəhanələr gətirərək rəsmi fahişəxanalar saxlayır, bar əyləncə mərkəzlərində qadın alveri üçün münbit şərait yaradırlar. Belə leqal fahişəxanalar Avropa dövlətlərinin hamısında mövcuddur. Əlbəttə, dövlətə vergi ödəmək şərti ilə. Məsələn, təkcə Türkiyənin “Ankara Genəl”ində bədənini satmaqdan başqa çarəsi olmayan 300 nəfər fahişə qadın bir il ərzində dövlət büdcəsinə 500 min dollar vergi verirlər.
    Belə olan halda dövlətlə kriminal təşkilatlar arasında nə fərq qalır? Hər ikisi də eyni fəaliyyət növü ilə  - qadın alveri ilə məşğuldur, sadəcə biri leqal, digəri qeyri-leqal şərtlər çərəivəsində. Məgər bu tip “mamaroza dövlət” anlayışının özü bir daha sübut etmirmi ki, kapitalizm şəraitində kriminal biznes artıq suç ünsürü yox, cəmiyyətdə qəbul görmüş normadır. Deməli, kapitalizm cinayətin, insan alverinin, qul əməyinin normaya çevrildiyi cəmiyyətdir. Məsələn, hesablamalar göstərir ki, Türkiyədə mafiyanın illik dövriyyəsi 60 milyard dollardır. Bu isə bütövlükdə Türkiyə milli gəlirinin 51-nə bərabər məbləğ deməkdir və dövlət büdcəsindən daha çoxdur. Başqa sözlə, Türkiyədə mafiya dövlətdən daha zəngindir. Eyni mənzərə digər inkişaf etmiş dövlətlərdə də hökm sürür. Yapon mafiyası “Yakhuzalar” 60 mindən çox şirkətə sahibdirlər.

    Toxun acdan xəbəri yoxdur

    Planet əhalisinin 15-20%-i lüks içərisində yaşadığı halda, qalan 80% əhali  yoxsulluq, səfalət və sosial təminatsızlıq içərisindədir. 1970-ci ildə planet əhalisinin 462 milyon nəfəri aclıq çəkirdisə, 1989-cu ildə aclıqdan əziyyət çəkənlərin sayı təqribən 2 dəfəyə qədər artaraq 820 milyon nəfərə çatmışdır (Beynəlxalq Ərzaq Komitəsi). Hazırda planet miqyasında 3 milyarda qədər əhali aclıq və səfalət içərisində yaşayır. Son 50 ildə planetdə məhsul istehsalı 10 dəfə artaraq 3 trilyon dollardan 30 trilyon dollara, ərzaq istehsalı 7 dəfədən çox artsada dünya miqyasında yoxsulluq azalmamış, əksinə, 7 dəfə artmışdır.
    Səbəb kapitalizm və onun törətdiyi qeyri-bərabər mənimsəmə faktorudur. Bu qeyri-bərabərliksə Amerika kimi inkişaf etmiş kapitalist dövlətlərindən tutmuş Banqladeş kimi geridə qalmış ölkələrə qədər hər yerdə, həm də bütün amansızlığıyla hökm sürür. Məsələn, zəngin Amerikada varlı təbəqənin nümayəndələri 1,2 milyon dollar dəyəri olan dünyanın ən bahalı avtomobillərində gəzir, 5 milyon dollar qiyməti olan brilyant üzüklər, 300 min dollar dəyəri olan bahalı qol saatları taxmaqda biri-biriləriylə yarışdıqları halda, 10 milyonlarla yoxsul amerikalı ən adi insan hüquq və azadlıqlarından belə məhrumdurlar.
    Hazırda Fransada 2 milyon uşaq ifrat yoxsulluq və səfalət içərisində yaşayır. İngiltərədə isə daha 2 milyon şagird keyfiyyətli təhsil almaq hüququndan məhrumdur (Avropada Ailə İttifaqının məlumatı). Amma zənginləri belə faktlar maraqlandırmır. Onlar Fransa avtomobil şirkəti olan “Buqatti”nin istehsal etdiyi və hər birinin 1,2 milyon dollar qiyməti olan “VEYRON” avtomobillərinə sahib olmaq üçün biri-biriilə sərvət yarışdırırlar.

    Hər gün planetdə 30 min uşaq acından ölür

    Zənginlərin kefə-damağa milyardlarla dollar pul xərclədikləri hər gün planet miqyasında 30 min uşaq acından ölür. İndi qlobal miqyasda cəmi 691 nəfər milyarder bütün planet sərvətinin 43-nü mənimsədikləri halda, milyardlarla insan bu sərvətin cəmi 41-i ilə kifayətlənməli olurlar. Başqa sözlə, indi planetdə qazanılan hər dörd dolların üçü bu 691 supermilyarder və onların ailələrinə çatdığı halda, qalan hər bir dollara milyardlarla insan şərik çıxmağa məcburdur.
    Hər il dünya miqyasında kriminal kapitalizmin xalis qazancı 2 trilyon dollara çatır. Bu da 55 müsəlman dövlətinin toplam illik milli gəlirlərindən dəfələrlə böyük məbləğ deməkdir.

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 877
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30