ABŞ dövlət katibinin Suriya ilə bağlı səyləri nəticə verməyib
ABŞ dövlət katibi Hillari Klintonun Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla Suriya ilə bağlı görüşü zamanı nailiyyət əldə edilməyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Klinton bildirib ki, fikir ayrılıqları aradan qaldırılmasa, o, Suriya müxalifətini dəstəkləyən ölkələrlə iş birliyinə başlayacaq.
Bu arada Ərəb Liqası və BMT-nin Suriya üzrə nümayəndəsi Laxdar Brahimi bu gün Qahirəyə səfər edib. Daha sonra o, Dəməşqə yola düşəcək.