Suriyada hökumət qüvvələri və üsyançılar arasında şiddətli döyüşlər zamanı əsas su borusunun zədələnməsinə görə ölkənin ticarət mərkəzi olan Hələb şəhərinə suyun verilməsi kəsilib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, müxalifət fəallarının bildirdiyinə görə, su kəməri Suriya qüvvələrinin üsyançıların mövqelərini atəşə tutması nəticəsində zədələnib. Suriya rəsmiləri isə üsyançıları təxribat törətməkdə ittiham edib.