Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib
    Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 şikayəti müzakirə ediblər. Məlumatı “KƏLAMİNFO”ya MŞ-dən veriblər. Əvvəlcə Milli Məclisin deputatı Gülər Əhmədovanın “Bizim yol” qəzetinin 13 iyul 2012-ci il tarixli sayında gedən məqalə ilə bağlı müraciətinə baxılıb. Komissiya deputatın MŞ-yə məktubunda ifadəsini tapan və narazılıq doğuran məqamları araşdıraraq müvafiq rəy qəbul edib. Rəydə həmin yazının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısızlıqla təqdim olunduğu, xüsusilə balansın gözlənilmədiyi, araşdırmanın nəzərə çarpmadığı, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn bir nümunənin səhifəyə çıxarıldığı cavabdeh tərəfin nəzərinə çatdırılıb.

    Orada həmçinin “Bizim yol”un iyulun 15-də dərc etdiyi mətnin “Kütləvi informasiya vasitələri haqqında” qanunun “Təkzib, cavab və düzəliş verilməsi qaydası” adlı 45-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi vurğulanıb. Komissiya qəzetə təkzib, yaxud deputat G.Əhmədovanın mövqeyinin əks olunduğu məktubunun dərcini tövsiyə edib. İclasda “Yeni xəbər” qəzeti barədə də oxşar məzmunlu rəy qəbul olunub. Komissiya “Kav Min Vod Kurortları Agentliyi” MMC barədə gedən yazıda etik prinsiplərin tələblərinə sayğısızlıq göstərildiyini mətbu nəşr rəhbərliyinin nəzərinə çatdırıb. İradları səmimi qəbul edən baş redaktor İlqar Salmanlı qarşı tərəfin mövqeyinə aydınlıq gətirməyə hazır olduğunu deyib. Bu, şikayətçini də qane etdiyindən məsələ həllini tapmış sayılıb. İclasda iki mətbu nəşrlə əlaqədar toplanan sənədlərin Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi razılığına gəlinib. Bunlar “Əsrin kirpiləri” və “Seans” qəzetləridir. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının və “Xəbər var” qəzetinin şikayətlərinə baxılarkən komissiya bunun üçün ciddi əsasların mövcudluğunu aşkarlayıb. Bu komissiyanın araşdırmasından sonra MŞ İdarə Heyətində qəzetlərin adlarının Şuranın “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”ya salınması ilə bağlı məsələ müzakirə olunacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 312
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30