Azərbaycan və ABŞ arasında İKT sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunacaq
Sentyabrın 10-da Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək. Amerika-Azərbaycan Ticarət Palatasından “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə hökumət və informasiya texnologiyalarının özəl sektoru arasında dialoqun qurulması və münasibətlərin inkişafına yardım məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Tərəflər arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.