ABŞ-ın dövlət borcu 16,015 trln. dollar təşkil edib. Bu, Amerikanın bütün tarixi boyu rekord rəqəm olub. «KƏLAMİNFO» xəbər verir ki, bunu «The Wall Street Journal» ABŞ Maliyyə Nazirliyinə istinadən yayıb. Xərclərin aşağı salınması və dövlət borcunun ixtisarı hazırda Respublikaçılar Partiyasının seçkiqabağı proqramının əsas bəndlərindən biridir. Onlar Barak Obamanın səhiyyə sahəsindəki islahatlarını kəskin tənqid edirlər. Demokratlar isə respublikaçıları vergiləri qaldırmağa imkan verməməkdə günahlandırırlar.