ABŞ-ın birinci xanımı Mişel Obama ərinin Ağ Evdə növbəti hakimiyyət müddətini dəstəklədiyini bildirib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Demokratlar Partiyasının Şimali Karolina ştatında keçirilən qurultayında etdiyi çıxışında o, prezident Barak Obamanı ölkənin zəif iqtisadiyyatını canlandıra bilən “etibarlı adam” kimi yüksək qiymətləndirib.