Ermənistan hökuməti Avropa Məhkəməsinin üç sualına cavab verməli olacaq
Sentyabrın 11-nə kimi Ermənistan hökuməti Avropa Məhkəməsinin Ermənistanda 2008-ci il fevralın 19-da keçirilən prezident seçkiləri ilə bağlı üç sualına cavab verməli olacaq. “KƏLAMİNFO” xəbər verir ki, “Aykakan Jamanak” qəzeti yazır ki, birinci məsələ prezidentliyə namizəd olmuş Levon Ter-Petrosyanın azadlığının məhdudlaşdırılması ilə bağlıdır. İkinci məsələ martın 1-də keçirilən mitinqin dağıdılmasının qanuni olub-olmaması ilə bağlıdır. Üçüncü məsələ Petrosyanın ev dustağı edilməsi ilə bağlıdır. “Yəni Avropa Məhkəməsi sırf 2008-ci il 1 mart hadisələrini araşdıracaq” - deyə nəşrdə göstərilib.