ABŞ konqresmeni Dan Börton Azərbaycanda səfərdədir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-ın Bakıdakı səfirliyindən veriblər.
Börtonun Bakıda bir sıra görüşlər keçirməsi gözlənilir.
Qeyd edək ki, Dan Börton İndiana ştatının 5-ci seçki dairəsindən ABŞ Nümayəndələr Palatasına seçilib. O, Respublikaçılar Partiyasının üzvüdür.