TQDK-dan tələbə adını qazananlara ciddi xəbərdarlıq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ilində ali məktəbə qəbul olan tələbələrin qəbul olduqları ali təhsil müəssisələrinə qeydiyyatının vaxtını uzatmayacaq.
Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tələbə adını alanların qeydiyyatı avqustun 23-də başlayıb və bu gün sona çatır. Qeydiyyatdan keçməyən şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq imkanını itirəcəklər.