Gələn ay Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
Səfərdə məqsəd BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etməkdir. Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. O cümlədən səfər zamanı ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş də gözlənilir. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında yaranmış vəziyyət və problemin həlli yolları müzakirə olunacaq.