ABŞ-da prezident Barak Obamaya qarşı sui-qəsd və dövlət çevrilişi hazırlayan 4 hərbçi tutulub.
“KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, onlar hərbi bazanın silah anbarını ələ keçirməyi, Virciniya ştatının daxili təhlükəsizlik idarəsinin binasını və ştatın su ilə təminatı sistemini partlatmaq niyyətində olublar. Bundan sonra isə onlar Obamaya qarşı sui-qəsd və ABŞ-da dövlət çevrilişi həyata keçirməyi planlaşdırıblar.