Yaponiya və Şimali Koreya son dörd ildə ilk dəfə bir araya gəliblər
Bu gün Yaponiya və Şimali Koreya hökumət rəsmiləri son dörd ildə ilk dəfə birbaşa danışıqlar aparmaq üçün bir araya gəliblər. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Pekində təşkil olunan danışıqlarda İkinci Dünya müharibəsi zamanı Koreya yarımadasının şimalında ölən Yaponiya vətəndaşlarının qalıqlarının qaytarılması müzakirə olunacaq. Yaponiya həmçinin 1970-ci və 1980-ci illərdə öz vətəndaşlarının Şimali Koreya hökuməti tərəfindən oğurlanması məsələsini qaldıra bilər.