BMT Baş Assambleyasının gündəliyinə işğal olunmuş ərazilərlə bağlı 2 bənd salına bilər
Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasının gündəliyinə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 2 bənd salına bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
O qeyd edib ki, BMT-nin Baş Assambleyasının gündəliyinə 2004-cü ildən bəri Azərbaycanın işğal olunmuş ərazilərinə dair 2 bənd hər dəfə salınır. Azərbaycan bununla bağlı qətnamə layihəsinin müzakirəyə salınmasına dair məsələni daim diqqətdə saxlayır: “Bu 2 bəndin biri konkret olaraq işğal olunmuş Azərbaycan əraziləri, digəri isə Azərbaycanın da üzv olduğu GUAM ərazisindəki həll olunmamış münaqişələr ilə bağlıdır”.