Qazaxıstanın xarici işlər naziri ilin sonuna qədər Azərbaycana səfər edəcək
Qazaxıstanın xarici işlər naziri Yercan Kazıxanov ilin sonuna qədər Azərbaycana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda səfərin vaxtı və proqramı üzərində iş gedir. Səfir eyni zamanda bildirib ki, noyabrın 19-20-də Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək.