Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “A” və “Yad dildə”dən sonra kimdir?
    Azərbaycanda Milli Kitab Mükafatı (MKM) növbəti seçimlərinə start verilir. Artıq 3-cü dəfədir keçirilən ədəbiyyat müsabiqəsinin məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına yönəltmək, müasir ədəbiyyatımızın və oxu mədəniyyətimizin sosial dəyərini daha da artırmaq, eləcə də istedadlı yazıçıların əsərlərini təbliğ etməklə ədəbiyyatımızı zənginləşdirilməkdir. MKM-in təsisçisi və “Əli və Nino” Nəşriyyat evinin rəhbəri Nigar Köçərli bizə açıqlamasında müasir ədəbiyyatımızın inkişafı problemlərini aktuallaşdıran MKM layihəsinin ilin əsas mədəni hadisələrindən biri olduğunu deyir: “Bu mükafat ədəbiyyata xidmət üçün təsis olunub və bu məqsəd həmişə öz qüvvəsində qalacaq. Yenə də əsas niyyətimiz ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın ictimai önəmini artırmaq və ədəbiyyatımızı zənginləşdirəcək əsərləri dərc etməkdir”. O, növbəti MKM layihəsi zamanı da milli ədəbiyyat üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlarını bildirdi: “Bu 3 il müddətində MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu”. 

    Qeyd edək ki, layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir. Nigar Köçərli ilk müsabiqələrdən fərqli olaraq, bu dəfə münsiflər heyətinin sırasının genişləndiyini də əlavə etdi. Mükafatın münsiflər heyətində Çingiz Abdullayev, Pərviz Cəbrayıl, Nərgiz Cəlilova, Rafiq Əliyev, Mehriban Ələkbərzadə, Əkrəm Əylisli, Ramiz Fətəliyev, Cəmil Həsənli, Şahbaz Xuduoğlu, Rüstəm İbrahimbəyov, Hamlet İsaxanlı, Elxan Qaraqan, Niyazi Mehdi, Rəşad Məcid, Afaq Məsud, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Ayaz Salayev və Elçin Şıxlı təmsil olunurlar. Əsərlər noyabrın 16-dək MKM-ə elektron (info@mkm.az) və ya poçt (Z. Tağıyev küç, 19) vasitəsi ilə çatdırılmalıdır. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. Regionlarda və təhsil ocaqlarında MKM-in təqdimatları keçiriləcək. İyirmiliyə düşən əsərlərin BookClub müzakirələri, həm Bakıda, həm bölgələrdə, www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin qalibi üç min, 2-ci yerinki iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək. Xatırladaq ki, ilk MKM-in qalibi Elxan Qaraqan “A” romanı ilə, keçən ilsə Pərviz “Yad dildə” əsəri ilə olub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 646
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30