Qulağındakı ağrı səbəbilə Qırğızıstan səfərini yarıda kəsən prezident Abdulla Gül Ankaradakı Hacəttəpə Xəstəxanasında müalicə olunur. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, prezident Hacəttəpə Universitetinin Tibb Fakültəsinin qulaq-burun-boğaz şöbəsində müayinə olunub. Müayinənin nəticələrini dəyərləndirən həkimlər Abdulla Gülün qulağında əməliyyat aparılmamasına qərar veriblər. Gecəni xəstəxanada qalan prezidentin müalicəsinə başlanıb.