Avropa Komissiyası Azərbaycana 19,5 milyon avro verəcək
Avropa Komissiyası Azərbaycanda ədliyyə və miqrasiya sahəsində islahatlara dəstək məqsədilə maliyyə vəsaiti ayırıb. “KƏLAMİNFO”nun Avropa Birliyinə istinadən verdiyi məlumata görə, 2012-ci il üzrə İllik Proqram çərçivəsində Azərbaycana 19,5 milyon avro veriləcək.
Bu vəsait AB-Azərbaycan Fəaliyyət Planı kontekstində razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə, o cümlədən viza alınması prosesinin optimallaşdırılması məsələlərinə yönəlib.