Azərbaycanlı gənclər “Birləşmiş Ştatlar İnstitutunda təhsil al 2012” proqramı çərçivəsində ABŞ-a gediblər
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Mingəçevir Regional ofisinin üzvləri ABŞ-a gediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.
Onlar Kamal Əhmədov və Cavanşir Əhmədlidir. Səfər ABŞ-da “Birləşmiş Ştatlar İnstitutunda təhsil al 2012” (SUSI 2012) proqramı çərçivəsində baş tutub və 6 həftə davam edəcək. Gənclərimizin qatıldığı proqramın əsas məqsədi azərbaycanlı tələbələri ABŞ-ın tarixi, ictimai-iqtisadi həyatı, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə yaxından tanış etməkdir. Səfər çərçivəsində Vaşinqtonda və bir neçə ştatda əhəmiyyətli görüşlər planlaşdırılıb.