Komitə Ramazan bayramı münasibəti ilə 377 məcburi köçkün ailəsinə yardım edib
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi Ramazan bayramı münasibəti ilə Ağsu rayonunda olub, həmin rayonda müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinə kollektivin yardımını çatdırıblar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DTXK-dən veriblər.
Bütövlükdə 377 məcburi köçkün ailəsinə 18 950 manatlıq düyü, şəkər tozu, çay, yağ və un kimi ərzaq məhsullarından ibarət yardım edilib.