Saakaşvili idmançıların London Olimpiadasında nəticələrindən razı qalıb
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə idmançılarının 2012-ci il London Yay Olimpiya Oyunlarında göstərdikləri nəticədən razı qalıb. “KƏLAMİNFO” “Qruziya onlayn”a istinadən xəbər verir ki, Saakaşvili 1 qızıl, 3 gümüş, 3 bürünc medal əldə edən olimpiyaçılarla fəxr etdiyini bildirib. O deyib ki, əhali sayı ilə medal sayını müqayisə etdikdə görmək olar ki, Gürcüstan dünyada ilk sıralarda yer alan ölkələrdəndir”.