Suriyanın milli barışıq naziri: “Qaçqınların taleyi Suriyanın öz işidir”
Hərbi münaqişə nəticəsində evlərini tərk edən qaçqınların taleyi BMT-nin və başqa beynəlxalq təşkilatların deyil, Suriyanın öz işidir. Bunu Suriyanın milli barışıq naziri Əli Heydər deyib. “KƏLAMİNFO” xəbər verir ki, açıqlamanı rəsmi “SANA” agentliyi yayıb.
BMT-nin humanitar əməliyyatlar üzrə rəhbəri Velerie Amos dünən Suriyanın hakimiyyət nümayəndələri ilə ölkədəki humanitar vəziyyəti müzakirə edib.