Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni sərəncamlar imzalayıblar. Sərəncamlara əsasən, DAK-ın tərkibində Qarabağ Departamenti yaradılıb və Namiq Rəhimli DAK-ın Qarabağ Departamentinin rəhbəri təyin edilib. Məlumatı “KƏLAMİNFO”ya DAK-ın mətbuat xidmətindən veriblər.
Bundan başqa, digər sərəncamla Rüstəm Şəbiyev DAK Gənclər Təşkilatının yeni sədri təyin olunub.