Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    "Milçəkdən fil düzəltmək lazım deyil"
    Yevda Abramov Türkiyə-İsrail münasibətlərindəki gərginliyin qabardılmasını istəmir

    Türkiyə ilə İsrail arasındakı diplomatik qalmaqal hələ də tam aradan qalxmayıb. Bu məsələyə Azərbaycanda da münasibət birmənalı deyil. Azərbaycan parlamentinin İsraillə Parlamentlərarası işçi qrupunun rəhbəri, yəhudi əsilli millət vəkili Yevda Abramovun isə məsələyə özünəməxsus baxışı var.

    - Yevda müəllim, bir müddət öncə qeyd etmişdiniz ki, İsrail Knessetinə keçirilən son seçkilərlə əlaqədar Knessetin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rəhbəri İosif Şaqalı bu vəzifədə əslən Dərbənddən olan yəhudi əsilli millət vəkili əvəzləyəcək. Həmin vaxtdan xeyli müddət ötür, artıq həmin şəxs İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna rəhbər təyin olunub, yoxsa qrupa tamamilə başqa bir şəxs başçılıq edir?

    - Bəli, o vaxt belə bir məlumat almışdım ki, Knessetin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna əslən Rusiyadan - Dərbənddən, soy-kökü isə Azərbaycandan olan yəhudi əsilli millət vəkili rəhbərlik edəcək. Ancaq sonradan orada müzakirələr zamanı vəziyyət dəyişib və qərara alınıb ki, bu qrupa Robert İlatov adlı deputat rəhbər təyin edilsin. Qeyd edim ki, o da əslən keçmiş SSRİ-dəndir. Rus dilini çox gözəl bilir, MDB ölkələri üzrə İsraildə tanınmış mütəxəssisdir, gözəl siyasətçidir, həm də təcrübəli parlamentaridir...

    - Yeri gəlmişkən, o, Knessetdə hansı partiyanı təmsil edir?



    - Robert İlatov İsrailin xarici işlər naziri Avidor Libermanın rəhbərlik etdiyi "İsrail bizim evimizdir!" Partiyasının Knessetdəki təmsilçisidir. Onu da qeyd edim ki, o, artıq bir dəfə Azərbaycanda olub, onu birinci vitse-spiker Ziyafət Əsgərov qəbul edib. Bu qəbulda, görüşdə bizim İşçi Qrupunun üzvləri də iştirak edib. Belə demək mümkünsə, onunla ilk tanışlığımız artıq baş tutub və bu baxımdan, mütəmadi əlaqələrimiz, telefon danışıqlarımız olur. O, oradakı vəziyyət barədə daim məlumatlar verir. Eyni zamanda, parlamentlərarası işçi qruplarının gələcək iş planları ilə maraqlanır. Bu yaxınlarda - fevralın 9-10-da Azərbaycan Xarici İşlər Nazirliyinin dəvətilə Avidor Libermanın Azərbaycana səfəri gözlənilir və həmin heyətə mümkündür ki, Robert İlatov da daxil edilsin. Düzdür, mən bu barədə hələlik tam məlumata maik deyiləm, amma bu məsələ də ola bilər.


    - Bir müddət öncə rəhbərlik etdiyiniz qrupun üzvü, millət vəkili Lalə Abbasova Qəzzada baş verən hadisələrə etiraz əlaməti olaraq, bu qrupdan istefa verdiyini bildirmişdi. Bundan sonra qrupunuza onu əvəzləyəcək millət vəkili daxil edildimi və yaxud edilməsi gözlənilirmi?

    - Bəli, artıq digər millət vəkili - Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bizim qrupa daxil olub. Bundan əlavə, bir neçə deputat da bizim qrupa üzv olmaq üçün müraciətlər edib. Düzdür, bu məsələni reallaşdırmağa mənim səlahiyyətim çatmır, sadəcə, onlara bildirmişəm ki, parlamentin daxili nizamnaməsinə görə, cənab spikerə müraciət etsinlər. Çünki bu məsələ plenar iclasda müzakirə edilir və parlamentlərarası işçi qruplarının tərkiblərinə orada müvafiq dəyişikliklər olunur.


    - Qrupunuzda təmsil olunmaq istəyən digər deputatlar bəs kimlərdir?

    - Var, bir neçə deputat qrupumuzda təmsil olunmaq istəyir. Onların içərisində alimlər də var, hətta vaxtilə bizneslə məşğul olan millət vəkilləri də var. Onlar istəyirlər ki, bizim qrupda təmsil olunsunlar, ancaq bu məsələ hələlik reallaşmadığı üçün onların adlarını da açıqlamaq istəmirəm.


    - Məqamı düşmüşkən, son zamanlar Türkiyə-İsrail münasibətlərində yaşanan gərgin məqamlara münasibətiniz necədir?

    - Bilirsiniz, ölkələr arasında bu cür münasibətlər tarixən hər zaman olub. Eyni zamanda, milçəkdən fil düzəltmək lazım deyil. Diplomatiya, siyasət aləmində belə hadisələr olub, amma mən bilirəm ki, belə hadisələr dövlətlər arasında münasibətləri apogeyə qaldırmır. Bunlar daxili prosedur qaydalarla həll edilir. Göründüyü kimi, heç üstündən iki sutka keçmədi ki, Türkiyə ilə İsrail arasında yaranan gərginlik nizamlandı, soyuqluq aradan götürüldü. Türkiyə də, İsrail də çoxpartiyalı bir ölkədir. Bu ölkələri koalision hökumətlər idarə edir. Ona görə hər bir partiyanın öz strategiyası, taktikası var. Belə demək mümkünsə, xarici işlər naziri bir partiyadan, hökumətin rəhbəri başqa bir partiyadandır. Odur ki, zaman-zaman belə proseslər yaşanır...


    - Şəxsən siz özünüz bu məsələdə kimi haqlı, kimi haqsız sayırsınız?

    - Belə məsələlərdə kiminsə haqlı, kiminsə haqsız olduğunu kənardan söyləmək olmaz. Eyni zamanda, şəxsən mən özüm də belə bir səlahiyyətə malik deyiləm. Əslində, İsrail dövləti bu məsələdə diplomatiyanın prosedur qaydalarını bir az pozdu, məlum etiketlərə riayət etmədi. Amma belə bir hadisə təxminən ötən il Davosda da olmuşdu. Türkiyənin baş naziri dünyada tanınmış, Nobel mükafatçısı, çox təcrübəli bir dövlət başçısına qarşı emosional tonda - özü də o cür mötəbər məclisdə - müəyyən fikirlər səsləndirmişdi. Bu da düzgün deyildi...


    - Son olaraq, "Kurtlar vadisi - Pusu" və "Ayrılıq" serialları ilə bağlı nə demək istərdiniz? Bu seriallar da İsraildə birmənalı qarşılanmır...

    - Filmlər özündə real həyatı təcəssüm etdirmir. Filmlər hər hansı bir yaradıcı insanın və kollektivin təxəyyülünün məhsuludur. Bu filmlər sənədli olsaydı, arxiv materiallarına əsasən reallaşdırılsaydı, real həyatı özündə əks etdirsəydi, əlbəttə, o zaman ölkələr arasında incikliyə səbəb olardı. Belə olan halda incikliyi də obyektiv samaq olardı. Ancaq bir daha qeyd edirəm ki, bunlar sadəcə, bir filmdir. Ona görə də bu filmlərlə bağlı ciddi bir əndişəyə ehtiyac yoxdur. Sadəcə, bu cür məsələlərdə bir qədər ehtiyatlı, həssas olmaq lazımdır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 891
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30