Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda genişmiqyaslı əməliyyatları nəticəsində 115 kürd yaraqlısı məhv edilib.
“KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, daxili işlər naziri İdris Naim Şahin üsyançıların Semdinli yaxınlığında iyulun 23-dən etibarən qurudan və havadan həyata keçirilən hücumların bir hissəsi olaraq aparılan əməliyyatlar nəticəsində öldürüldüyünü bildirib. Yerli televiziyanın verdiyi məlumata əsasən, əməliyyatlarda təxminən 2 min əsgər iştirak edib.