Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Baş Prokurorluq korrupsiya faktları ilə bağlı məlumat yayıb
    Baş Prokurorluq korrupsiya faktları ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumatda bildirilir ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir. Kürdəmir rayonunun keçmiş Məhərrəmli bələdiyyəsinin sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb. Müəyyən edilib ki, bələdiyyənin sədri Xanəkbər Rüstəmov 2007-2009-cu illərdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara satılması və icarəyə verilməsinin qanunla qadağan olunmasına baxmayaraq bələdiyyənin iclas protokollarının, iclas protokollarından çıxarışların və iclaslarda qəbul olunmuş qərarların məzmununa yalan məlumatlar daxil edərək müvafiq sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə təqdim etməklə ümumilikdə 47,21 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə icarəyə verilməsinə və satılmasına nail olmaqla bələdiyyəyə mühüm zərər vurub.

    X. Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilib. Bakı şəhər sakininin Tapdıq Əliyev tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında cinayət işi başlanaraq istintaq aparılıb. Müəyyən edilib ki, T. Əliyev Bakı şəhər sakininə özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib, onun oğlunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə sürücü kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək işə qəbul edəcək şəxsə rüşvət verəcəyi adı ilə 2011-ci ilin yanvar-mart aylarında ondan 7.340 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. T. Əliyev öz cinayətkar əməllərini davam etdirərək Şəki rayon sakinindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə mühafizəçi və ya əməliyyatçı kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək 2010-cu ilin sentyabr ayından 2011-ci ilin mart ayına kimi hissə-hissə ümumilikdə 3.000 manat məbləğində pulu alaraq dələduzluq yolu ilə ələ keçirib. T.Əliyev daha sonra Şəki rayon sakininə özünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi kimi təqdim edib, onun guya həmin idarənin Şəki şəhərində yaradılacaq regional şöbəsində işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edərək həmin şəxsdən 4.000 manat məbləğində pul almaqla dələduzluq edib. T. Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digər cinayət işi «Siyəzən Broyler» ASC-nin sabiq satıcı-ekspeditoru Vüqar Hacınəsibovun hesabında çatışmazlığın olması faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanıb. Müəyyən edilib ki, V. Hacınəsibov 2006-2012-ci illərdə ASC-də satıcı-ekspeditor vəzifəsində işləyərkən cəmiyyətin anbarından toyuq əti məhsullarının satışından əldə etdiyi ona etibar olunmuş 26 min 665 manat məbləğində özgə əmlakını qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talamaqla cəmiyyətə külli miqdarda ziyan vurub. V. Hacınəsibov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 461
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30