Rezidenturaya sənəd qəbulu avqustun 15-dən 24-ə qədər həyata keçiriləcək
Cari tədris ili üçün Azərbaycanda rezidentura pilləsi üzrə sənəd qəbulu avqustun 15-dən 24-ə qədər həyata keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, rezidenturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək: “Birinci mərhələ sentyabrın 8-də, ikinci mərhələ isə sentyabrın 9-da olacaq. Rezidentura ilə bağlı bir sınaq imtahanının keçiriləcəyini deyən komissiya sədri bunun məcburi olmadığını deyib”. O bildirib ki, rezidentura ilə bağlı plan yerləri haqqında və digər məlumatlar rezidentura jurnalının 2-ci sayında dərc olunub.