Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qədr gecələri
    İslami hədislərə əsasən Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələridir. Quranın nazil olduğu gecədir. Allah-Təala Qurani-Kərimdə buyurur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!”
    Beləliklə, bu mətlə ayrı-ayrı surələrdə müxtəlif şəkildə açıqlanır. Məsələn, “Bəqərə” surəsində buyurulur: “(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir”.

    Qədr gecəsi müqəddəs Ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsi mübarək bir gecədir və Quran bu gecədə nazil olmuşdur. Burada belə bir sual ortaya çıxır. Əgər Quran Qədr gecəsi nazil olmuşdursa, bəs Peyğəmbərin (s) peyğəmbərlik dövründə o Həzrətə nazil olan ayələr hansı ayələrdir. Qurani-Kərim iki dəfə nazil olmuşdur. Birinci dəfə bütövlükdə Həzrəti Peyğəmbərin (s) mübarək qəlbinə, ikinci dəfə isə 23 il ərzində tədricən, ayə-ayə o Həzrətə nazil olmuşdur. Bu iki növ nazil olmanı Allah-Təala Qurani-Kərimdə də vurğulamışdır: “Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik”. Və yaxud da: «Biz onu mübarək bir gecədə, (Qədr gecəsində) nazil etdik. Biz (o kitab vasitəsilə kafirləri öz əzabımızla) qorxuduruq” (Duxan sürəsi, 3-cü ayə).
    Quranın tədricən ayə-ayə nazil olması haqda isə Allah-Təala belə buyurur: “(Ya Peyğəmbər!) İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik”. Beləliklə, bu ayədən də məlum olur ki, Quran bir dəfə də tədricən ayə-ayə, surə-surə nazil olmuşdur.
    Burada Quranın həm bütövlükdə, həm də ayə-ayə nazil olması barədə ərəb dilinin qramatikasına diqqət yetirək. Quranın iki dəfə nazil olması barədə olan ayələrə qrammatik cəhətdən nəzər saldıqda bir daha sübut olur ki, Quran bir dəfə bütövlükdə Peyğəmbərin (s) qəlbinə, bir dəfə də 23 il ərzində nazil olmuşdur. Qeyd etdiyimiz kimi “Duxan” surəsinin 3-cü və “Əl-İsra” surəsinin 106-cı ayələrində “nazil olma” kəlməsi işlənmişdir. “Nüzul” nazil olmağa deyilir, inzal və tənzil sözü “nüzul” maddəsindən alınır və ikisi də nazil olma mənalarını ifadə edir. Lakin “inzal” sözü bütövlükdə nazil olmağa, “tənzil” sözü isə ayə-ayə nazil olmağa deyilir. Qədr gecəsinin fəziləti başqa gecələrdən üstün və böyük əhəmiyyətə malik olan bir gecədir. Allah-Təala bu haqda Qurani-Kərimdə buyurur: “(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)”. Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar.
    Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmağı məsləhət bilirik. İslam peyğəmbərindən əvvəlki peyğəmbələrin dövründə onlar üçün Qədr gecəsi təyin olunmamışdır. Qədr gecəsini Allah-Təala məhz Həzrət Mühəmmədin (s) dövründə onun ümməti üçün təyin etdi. Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə İsrail tayfasının uzunömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: “İlahi! Nə olardı bizə də uzun ömür əta edəydin və biz də bütün ömrümüzü sənə ibadət etməyə sərf edərdik”. Bu xatirə görə Allah-Təala Həzrət Peyğəmbərə (s) “Qədr” surəsini nazil etdi: “Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, Ramazan ayının 19, 21, 23, 25, bir rəvayətə görə isə 27-nə təsadüf edir)” (“Qədr” surəsi, 3-cü ayə).
    Yəni, böyük Allah öz Peyğəmbərinə (s) demək istəyir ki, ey mənim peyğəmbərim, mən sənin ümmətinə uzun ömür verməmişəmsə də, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin etmişəm ki, o gecəni hər kim ibadətlə məşğul olarsa, ona min ayın ibadətindən artıq savab verərəm. O gecənin adı Qədr gecəsidir.
    Başqa bir hədisdə nəql olunur ki, İslam Peyğəmbəri (s) Allaha münacat edərkən belə dedi: “İlahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömür vermişdin, onlar da sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə az ömür vermisən, bu da təbii ki, o biri ümmətlərdən az savab qazanmaq deməkdir”. Beləcə, Peyğəmbər (s) bu kimi ifadələrlə çox münacat etdi. Allah-Təala Həzrət Peyğəmbərə (s) buyurdu: “Düzdür, sənin ümmətinə az ömür vermişəm, lakin sənə və sənin ümmətinə çox dəyərli bir gecə təyin etmişəm. Bu gecənin ibadəti min ayın ibadətindən daha fəzilətli və daha üstündür”.
    Beləliklə, “Qədr gecəsi min aydan daha xeyirlidir”. Bu ayənin ardınca Allah-Təala buyurur: “O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbin izni ilə yerə enərlər”. O gecə mələklər yer üzünə enib Allahın bu aləmdə insanlara və cinlərə təyin etdiyi İmamı, canişini ziyarət edərlər. Ümumiyyətlə, bunu da qeyd etmək lazımdır ki, hər bir zamanın bir imamı var. Allah-Təala hər bir zamanda peyğəmbərlər göndərmişdir. İslam peyğəmbərindən  sonra da Peyğəmbərin (s) yolunu davam etdirən imamlar göndərmişdir. Bunlar da 12 olaraq yer üzünün xəlifələri Peyğəmbərin vəsiləridirlər. Hansı ki, onlar bir-birinin ardınca imamlıq edəndən sonra Allah-Təala İmam Zamanı (ə.c.) qeyb pərdəsi altından zühur etdirəcək və müəyyən müddət dünya həqiqi ədalət və əmniyyətlə yaşayacaqdır. Hazırda o həzrət yaşayır, lakin insanların gözündən qeybdədir. Bu da Allah-Təalanın öz istəyi və iradəsidir. Bir daha bu məsələyə qayıdırıq ki, hər zaman yer üzündə imamın varlığına ehtiyac var.
    Allah-Təala Qurani-Kərimdə buyurmuşdur: “O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işi icra etmək üçün (Allah dərgahından əmrlər alaraq) yerə enərlər”.
    Bir nəfər İmam Baqirdən (ə) soruşdu: “Ey Allahın höccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?” İmam Baqir (ə) buyurdu: “Əlbəttə, bilirəm. O gecə bütün mələklər yerə enərək bizi ziyarət edirlər”.
    Deməli, məlum olur ki, yer üzü heç vaxt höccətsiz qalmayıb və Qiyamət gününə qədər də höccətsiz qalmayacaq. Və hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahın insanlar üçün təyin etdiyi İmamı ziyarət edib onu salamlayırlar. Bu həm də İslam Peyğəmbərinin dövründə olmuş, Qədr gecəsi mələklər yerə enib o Həzrəti ziyarət edərdilər. Bu söhbəti Həzrət Peyğəmbər (s) təsdiqləyərək buyurmuşdur: “… Məndən sonra Qədr gecəsi mələklər Əlini (ə) ziyarət edəcəklər. Əlidən (ə) sonra isə onun imam övladlarını ziyarət edəcəklər”. Bizim dövrümüzdə isə qədr gecəsi şübhəsiz ki, mələklər yer üzünün höccəti olan İmam Zamanı (ə.c.) 12-ci imamı ziyarət edirlər.
    Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi elə bir gözəl gecədir ki, Allah-Təala o gecədə elə bir mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir.
    Deməli, Qədr gecəsində həm Quran nazil olub, həm də o gecənin ibadəti 1000 ayın ibadətindən üstündür. O, həm bərəkətli, həm də Allhın mərhəməti olan bir gecədir. Həm Allahın xeyir-bərəkəti, əmin-amanlığı insanlara nazil olan bir gecə mələklər yerə nazil olaraq yer üzünün imamını ziyarət edirlər.
    Hədislərdə nəql olunmuşdur ki, o gecə şeytan möminlərə yaxın düşə bilməz. Şeytan fasiq, azğın, pozğun adamlarla məşğuldur, lakin möminlər o gecəni çətinliklə ibadət edirlər. O, gecə mələklər bir-birlərini salamlayırlar, İmam Zamanı (ə.c.) ziyarət edir və sonra möminləri salamlayırlar.
    Burada bir hədisi qeyd etməyi lazım bilirik. Həzrət İbrahim (ə) peyğəmbər Allahın əzəmətli və heybətli peyğəmbərlərindəndir. Allah-Təala Quranda da onun adını bir neçə dəfə zikr etmişdir. “Bir gün Allah mələklərdən bir neçəsinə Həzrət İbrahimə (ə) övlad mücdəsi verməyi əmr etdi. Mələklər İbrahim peyğəmbərin (ə) yanına gəlib ibadət etdikdən sonra, onun övladı olacağını (İsmayılı (ə) mücdə verdilər”. İbrahim peyğəmbər (ə) buyurdu: “Bütün dünya bir tərəfə, mələklərin mənə verdiyi salam bir tərəfə. Onların salamı mənə o qədər mənəvi ləzzət verdi ki, o ləzzəti heç bir şeyə dəyişmərəm və heç vaxt onların salamının ləzzəti mənim yadımdan çıxmayacaq”.
    Allahın mələkləri insanlarla danışarkən onlara xüsusi bir ləzzət, mənəvi rahatlıq bəxş edir. Beş-altı mələyin salam verməsi Həzrət İbrahimə (ə) o qədər mənəvi ləzzət bəxş edirsə, görəsən bütün mələklər insana salam verərkən gör nə qədər mənəvi ləzzət bəxş etmiş olar. Əgər bir şəxs mənəvi ləzzəti dərk etmirsə, deməli, o şəxsin özünün mənəvi xəstəliyi vardır. Məsələn, bir məclisdə bütün qonaqlar onlar üçün hazırlanmış gözəl və ətirli yeməkdən yedikcə ləzzətindən doymur, hey tərifləyirlər. Lakin bir nəfər o yeməyin dadını və ləzzətini hiss etmir və xörəyin dadsız və ləzzətsiz olduğunu deyir. Aydın məsələdir ki, həmin şəxs xəstədir və həkimə müraciət etməlidir. Çünki hamı bu yeməyin dadından, ləzzətindən danışır, onu bişirənləri tərifləyir. Lakin o, bunu hiss etmir. Deməli, belə bir şəxsdə çatışmazlıq var. Odur ki, Qədr gecəsi insan o ləzzəti dada bilməsə, onun daxilən xəstə olduğu məlum olar.
    Qədr gecəsi göy üzünün mələkləri yerə nazil olub müsəlman və möminləri salamlayır. Hər kəs bu gecənin ləzzətini, mənəvi gözəlliyini hiss etmək və günahlarının bağışlanmasını istəyirsə, bu gecəni ibadətlə keçirməli, mələklərin salamına cavab verməlidirlər.
    Burada bir neçə mətləbi qeyd etmək yerinə düşər.
    1) Nəyə görə bu gecəni Qədr gecəsi adlandırmışlar və «qədr» sözünün mənası nədir?
    a) Əvvəla, hər bir şeyin miqdarının ölçülməsinin və təyin olunmasının bir adı da “qədr” adlanır. Qədr gecəsində insanların taleyi təyin olunur. Yəni, Allah-Təala öz elmi ilə kimin xoşbəxt və kimin bədbəxt olmasını gələn il Qədr gecəsinə qədər təyin edir. Bu barədə Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Biz Quranı mübarək bir gecədə nazil etdik. Hər bir hikmətli iş o gecə hökm (ayırd) olunur”.
    Yəni insanların taleyi bu gecə təyin olunduğuna görə o, Qədr gecəsi adlanır. Lakin burada bir mətləbi qeyd etmək lazımdır: bu gecə insanın bir illik taleyi həll olunur. Ancaq insanın bir illik taleyinin həll olunmasında onun özünün böyük rolu vardır. Yəni insan ixtiyar sahibi olmasından xoşbəxt və ya bədbəxt olması onun özündən asılıdır. Əlbəttə, bu mətləb fəlsəfi bir bəhsdir. Bu barədə saatlarla, bəlkə də günlərlə belə danışılsa, yenə vaxtımız kifayət etməz. Bu barədə sonra…
    b) Qədr gecəsi çox qiymətli və fəzilətli gecə olduğuna görə bu gecəni «qədr» deyə adlandırırlar.
    v) Hər kim bu gecə Allaha ibadət etsə və əhya saxlayıb ibadətlə məşğul olsa, Allah-Təala onun qədr-qiymətini və dərəcəsini öz dərgahında ucaldar. Buna görə də bu gecəyə Qədr gecəsi deyilir.
    2) Nəyə görə bu gecə əhya saxlayırıq?
    Əhya sözü əslində “ihya” sözü kimi yazılır. “İhya” sözünün mənası isə “diri saxlamaq” deməkdir. “Həyy” sözü diri mənasını, “ihya” sözü isə “diriltmək” mənasını ifadə edir.
    Lakin istilahda Qədr gecəsində insanın oyaq qalaraq ibadət etməsinə “ihya” deyilir. Qədr gecəsində təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir. Bəs, hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ay ibadətin savabından artıq savab yazar. Əgər bir kəs oyaq qalmaqla narahat olursa, yatmağın heç bir eybi yoxdur. Çünki onun bu gecəni oyaq qalmaq və ibadət etmək niyyəti ona bu savabı qazanmağa imkan verir. Allah bütün niyyətlərdən xəbərdardır və inşallah, bu yuxusunu onun üçün ibadət hesab edər. Çünki gecə oyaq qalıb narahat halda ibadət etmək düzgün deyildir. İnsan gərək ibadəti eşq və həvəslə yerinə yetirsin. Əgər bir şəxs məsciddə əhya saxlayıb ibadət etmirsə, başını boş-boş söhbətlərlə qarışdırırsa və ibadət etməyə meyli yoxdursa, yaxşı olar ki, gedib yatsın. İnşallah, Allah ona ibadət savabını vermiş olar.
    Bizim bu gecə məscidlərə gəlməkdən və evlərimizdə səhərə qədər oyaq qalıb Allaha ibadət etməkdə məqsədimiz budur ki, Allah-Təalaya ibadət və dua edib günahlarımızın bağışlanmasını diləyək. Bu gecə Allah özü insanları dəvət edərək onların günahlarını bağışlayır. Hər kəs bu gecə onun qapısına getsə, əliboş qayıtmaz. Çünki Allah-Təala özü onu dəvət etmişdir və mümkün deyil ki, kimsə onun qapısına gəldikdə əliboş qayıtsın.
    Bir gün Musa peyğəmbər (ə) Tur dağına ibadət etməyə gedirdi. Yolda bir nəfər ona dedi: “Ey Allahın peyğəmbəri, Allahla söhbət edərkən ona de mənim istədiklərimi versin və dualarımı qəbul etsin. Əgər Allah mənim istədiklərimi verməsə, mən onu rüsvay edəcəyəm”.
    Musa peyğəmbər (ə) Tur dağında ibadət etdikdən sonra Allahla söhbət əsnasında dedi: “İlahi, mən bura gələndə bir nəfər yolda mənə dedi ki, Allaha mənim də ehtiyaclarımı söylə”.
    Lakin Musa peyğəmbər (ə) həya edib həmin şəxsin dediyi kimi demədi. Allah-Təala buyurdu: “Ya Musa, həmin şəxs necə deyibsə, elə de». Musa peyğəmbər (ə) dedi: “İlahi, həmin şəxs dedi ki, əgər Allah mənim istəklərimi yerinə yetirməsə, mən onu rüsvay edəcəyəm”. Allah-Təala buyurdu: “Ya Musa! Get ondan soruş ki, əgər mən onun istədiklərinə əməl etməsəm o məni necə rüsvay edə bilər? ”
    Musa peyğəmbər (ə) gəlib həmin şəxsi tapdı və ona dedi ki, Allah-Təala buyurur: “Əgər Mən onun tələblərinə əməl etməsəm, o Məni necə rüsvay edəcək?”
    Həmin şəxs Musa peyğəmbərin (ə) əlindən tutub küçələrin birində bir evin qapısını döydü. İçəridən bir nəfər çıxıb onlardan nə istədikllərini soruşdu. Həmin şəxs dedi: “Ay ev yiyəsi, sən məni çağırmışdın?” Ev yiyəsi dedi: “Xeyr. Sən mənə demişdin ki, mən sənin qapını döysəm, açacaqsan?” Ev yiyəsi dedi: “Xeyr”. Həmin şəxs Musa peyğəmbərə (ə) dedi: “Ya Musa, bu mənə deməmişdi ki, filan vaxt gəlib qapını döyərsən, mən də açaram. Amma mən onun qapısını döydüm, o da qapını üzümə açdı. Lakin Allah özü buyurub ki, hər vaxt mənim qapıma gəlsən, səni əliboş yola salmaram. İndi mən Allahın qapısına getmişəm. Əgər O mənim istədiklərimi verməsə, bütün camaata elan edəcəyəm ki, Allah mənə demişdi ki, hər vaxt gəlsən, səni qəbul edəcəyəm. Lakin mən Onun qapısına getdim, O da məni əliboş qaytardı”.
    Buna görə də bu gecə hər kəs Allahın qapısını döyüb ondan öz istək və tələblərini diləsə, Allah mütləq onun dualarını qəbul edər və onu əliboş yola salmaz.
     

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 848
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30