Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi. Araşdırma – 3 (8)
    Mədəni irsimizin əsrarəngiz nümunəsi - Qız qalası

    Bakı Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maeli nəhəng bir qayanın üzərində, silindirik formada tikilmişdir. Dəniz tərəfdən uzunsov bir dayaq (kontrfors) ona əlavə edilmişdir. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diametri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı (eni) 5 metrə çatır.



    Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Daşla hörülmüş həmin tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbə tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 metr hündürlükdə və 1,10 metr enində olan tağlı qapı yeridir. Qalanın birinci mərtəbəsinin hündürlüyü 3, digər mərtəbələrin hündürlüyü isə orta hesabla 2,5 metrdir. Mərtəbələr arası əlaqə Qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər vasitəsilə saxlanır. Maraqlı burasıdır ki, birinci mərtəbə ilə ikinci mərtəbə arasında əlaqə yaratmaq yalnız tavanda olan dairəvi deşikdən nərdivan və ya ip vasitəsilə mümkündur. Qeyd olunmalıdır ki, Qalanın qapısı da keçmişdə bir neçə qatdan ibarət olmuşdur. Uzunluğu Qala divarının eni qədər olan (5 metr) qapı yerinin tağlı tavanında qalmış tikinti qalıqları bunu sübut edir. Bundan əlavə qapının ağzında keçmişdə bir neçə quyu da olmuşdur. Beləliklə, Bakı Qız Qalasına orta əsrlədrə daxil olmaq istəyən hər kəs həmin quyuların yanından ehtiyatla keçərək, nərdivan vasitəsilə qapıya qalxmalı, giriş yolu üzərində olan qapılardan keçməli və nəhayət birinci mərtəbəyə çatmali idi. Ortadakı deşikdən yuxarı mərtəbələrə qalxmaq üçün ip və ya nərdivandan istifadə olunurdu. Qalanın cənub və cənub-şərq tərəflərini, xüsusilə dənizi nəzarət altında saxlamaq üçün mazğallar düzəldilmişdir. Bunlar Qalanın içərisinə təmiz hava daxil olmaq işinə də xidmət etmişdir. 1962-63-cü illərdə Qalanın birinci mərtəbəsinin döşəməsində arxeoloji qazıntı işləri aparılmışdır. 5 metr dərinliyə qədər davam etdirilən həmin qazıntı nəticəsində məlum olmuşdur ki, abidənin bünövrəsi dəniz tərəfə enişli olan nəhəng bir qayanın üzərində tikilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, abidəyə dəniz tərəfdən bitişik olan kontrfors həmin enişin qarşısında Qalaya əsas dayaq rolunu oynamışdır. 1964-cü ildə Qalada tədqiqat işləri aparılan zaman bünövrədən 14 metr hündürlükdə içəriyə doğru uzanan böyük ağac tirlərin olduğu müəyyən olmuşdur. Onların nə məqsədlə istifadə edilməsi məlum deyil. Ola bilsin bu tirlər kontrforsun içində gizli bir tikinti ilə əlaqədardır və ya zəlzələyə qarşı amartizasiya rolunu oynamışdır. Bu fikri yalnız hər iki tərəfdən veriləcək elektromaqnit dalğaları vasitəsilə aydınlaşdırmaq olar. Dəqiq hesablama əsasında müəyyən edilmişdir ki, Qalanın divarının eni bünövrə hissədə 5 metrdirsə, yuxarı hissəsində təqribən 4,5 mertdir. Bu da göstərir ki, abidənin yuxarı hissəsilə aşağı hissəsi bəzi müəlliflərin dedikləri kimi ayrı-ayrı vaxtlarda deyil, eyni vaxtda tikilmişdir. Çünki 5 metr eni olan divar Qalanın 12 metr hündürlükdə olan aşağı hissəsi üçün deyil, hər iki hissənin möhkəm bünövrə əsasında dayanmasına xidmət etmişdir. Qız Qalasının zəmanəmizə qədər salamat qalmasının sirri də məhz onun belə bir möhkəm bünövrə üzərində tikilməsindədir. Bakı Qız Qalasının tikinti quruluşunda maraqlı cəhətlərdən biri də Qalanın içərisində qayadan ovulub düzəldilmiş su quyusudur. Diametri 0,7 m. olan bu quyu Qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılmışdır. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyu səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilmişdir. Quyunun ağız hissəsi Qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 metr davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu Qala divarı içərisində gizlətmişlər. Onun şimal və cənub divarında enib qalxmaq üçün 10-12 sm. dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 metr dərinliyində divar genişlənir. Qız Qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur. 1982-ci ildə İçərişəhərin şərq tərəfində aparılan geniş miqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş “Multan”ı karvansarayının altından keçərək Qız Qalasına doğru gedir. Qız Qalasının tikilməsi dövrünü müəyyənləşdirmək üçün etibarlı sənədlərdən biri də onun divarının çöl tərəfində, qala qapısının üstündə, 14 metr hündürlükdə yerləşdirilmiş 0,4x0,6 metr ölçüdə yazılı daşdır. Bu daşın üzərində «Qübbə – Məsud ibn Davud» sözləri yazılmışdır. Bəzi alimlərin fikrincə Məsud ibn Davud Qalanı tikən memarın adıdır. Onlar bu fikri Mərdəkan qalasındakı dairəvi formalı bürcdə olan yazı ilə əsaslandırırlar. Mərdəkan bürcü üzərində «memar Əbd-Əl-Məcid ibn Məsud» sözləri yazılmışdır. Həmin tədqiqatçılar belə hesab edirlər ki, memar Əbd-Əl-Məcid Qız qalasını inşa edən memar Məsudun oğludur. Qız qalası kitabəsinin çox səliqəsiz surətdə sonradan divara nəsb edilməsi (yerləşdirilməsi) də müəyyən edilmişdir. O, qala divarının daş kəmərlərlə əhatə olunan hissəsinə çox kobud bir şəkildə yapışdırılmışdır. Digər tədqiqatçıların ehtimalına görə, həmin kitabə Qala tikildikdən sonra oraya vurulmuşdur. Davudun oğlu Məsudun kim olduğuna gəldikdə isə, orta əsr mənbələrindən məlum olur ki, o, Səlcuq Soltanı Mahmudun nəvəsidir. Sultan Mahmud isə XII əsrin əvvəllərində Azərbaycanın hökmdarı olmuşdur. Ola bilsin ki, bu dövrdə onun nəvəsi Məsud Şimali Azərbaycanda hökmranlıq etmiş və öz adını əbədiləşdirmək üçün həmin kitabəni qala divarına vurdurmuşdur. Abidənin quruluşuna əsaslanaraq onun tarixini qədim dövrlərə çəkib aparan tədqiqatçılar Qalanın Zərdüşt dövrü – Zərdüşt daxması, atəşpərəstlik məbədi, Mitra və Anahita ilahələri ilə əlaqədar tikili olduğunu söyləyirlər. Bu tədqiqatçıların ehtimalına görə atəşgah məbədi olan Qız Qalası e. ə. VIII-VII əsrlərdə Kaspiana və Midiyanın bürclü məbədlərinin təsirilə Xəzər dənizi (Kaspi) sahilində, təbii yanan atəşlərin arasında məhz qədim od şəhəri “Atəşi Baquan”da tikilə bilərdi. Bir çox alimlərin fikirlərinə görə, Oız Qalasının ÇıraqQala müdafiə Qalasına bənzərliyini əsas götürüb onun Gilgilçay müdafiə sisteminə aid olduğunu da söyləmək olar. Qız Qalasının Şimal-Şərqi Albaniyanın müdafiə Qalalarındaki memarlıq elementləri ilə oxşarlığını qeyd edərək onu eramızın V-VI əsrlərinə aid etmək olar. Tarixdən məlumdur ki, Qafqaz Albaniyasının cənub şəhərlərindən sayılan Bakı, Sasani İranının təsiri altında idi. Ehtimal etmək olar ki, Qız Qalası Sasani İmperiyasının, şimaldaki mərzbanlığında (işğal edilmiş əyalətlərində), məhz Albaniya ərazisində tikdirdikləri müdafiə sisteminə daxil idi. Əsrlər boyu müxtəlif döyüşlərdə zərər görmüş Qız Qalası tədricən bərpa edilərək orta əsrlərdə, Bakı Qala divarı ilə bərabər şəhərin müdafiə işinə xidmət etmişdir. Bunu abidənin tikinti quruluşundakı dəyişikliklər də sübut edir. Qala elə bir formadadır ki, şəhər düşmən tərəfindən fəth edildikdə dövrün hökmdarı və ya ona yaxın olan adamlar Qalanın qapılarını bağlayaraq uzun müddət müqavimət göstərə bilsinlər. Bütün bunlar müdafiə əhəmiyyətli Qalalar üçün xarakterik olduğuna görə hər hansı məbəd, gözətçi qülləsi və ya rəsədxana üçün belə müdafiə tədbirlərinin tətbiqi zərurət təşkil edə bilməz. Əlbəttə abidədən öz dövrünə görə məqsədyönlü istifadə edilməsi təkzib edilmir. Qız Qalasının Abşerondakı müdafiə tipli möhtəşəm Qalalara (Mərdəkan, Ramana, Şüvəlan, Nardaran Qalaları) bənzərliyini qeyd etmək olar. Qalanın cənub-qərb tərəfdəki divarı daxilində ikinci mərtəbədən başlayaraq yeddinci mərtəbəyə qədər daşdan səliqə ilə hörülmüş, quyu formasında şırım (oyuq) vardır. Hər mərtəbədə həmin şırım olan yerdə yarımdairə şəklində taxça açılmışdır. Şırımın içərisinə uzunluğu 40-45 sm., diametri 25-30 sm., divarının qalınlığı isə 2,2 sm. olan saxsı tünklər yuxarıdan aşağıya doğru bir-birinin içərisinə geydirilməklə yerləşdirilmişdi. Tünklərin bir-birinə geydirilmiş hissələri (çöl tərəfi və divarının xarici) əhəng məhlulu ilə möhkəmləndirilmişdir. Birinci mərtəbədən başlayaraq Qalanın özül hissəsinə qədər gedən tünkləri 22 x 18 sm. ölçüdə dördkünç formalı saxsı novçalar əvəz edir. Həmin novçalar divarın içərisi ilə bayıra yönəlir. Saxsı tünklər və novçalar üzərində dulus çarxının izləri aydın görünür. İçərişəhərdə arxeoloji qazıntılar davam edir. Çox güman ki, axtarışlar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri Qız Qalasının tarixi keçmişinə dair dəqiq fikirlər söyləməyə imkan verəcəkdir. Qız Qalasının quşları... 2011-ci ilin aprel ayından başlamış Qız Qalasının muzey konservasiyası işlərinin 2013-cü ilin ikinci yarısına qədər davam edəcəyi gözlənilir. Güclü küləklərin və atmosfer yağıntıların təsiri qədimabidənin fasadındakı daşlar əsrlər ərzində zədələnir, onların arasındakı məhlul isə yuyulurdu. Yaranmış boşluqlarda isə uzunqanad adlı (lat. Apus apus) quşlar yuva salıblar. Bu quşlar aprelin əvvəllərində Bakıya gəlir, burada bala verir və iyul-avqust aylarında yeni nəsil ilə birlikdə Cənubi Afrikaya köç edirlər. Qız Qalasında muzey konservasiya işləri bitdikdən və daşlar arasındakı boşluqlar doldurulduqdan sonra uzunqanad quşlarının burada əvvəlki sayda yuva qurmasının mümkünsüz olacağını nəzərə alaraq Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq (İDEA) kampaniyasının rəhbəri Leyla Əliyevanın təklifi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən uzunqanad quşlarına Qız Qalası yaxınlığında nativ yuva qurulmasına qərar verilib. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Araşdırma Qrupumuza bildirilib ki, prosesi elmi əsaslarla həyata keçirmək və beynəlxalq təcrübəni tətbiq edilməsi üçün bir sıra təşkilatlarla əməkdaşlıq edilib. Belə ki, “BirdLife” Avstriya Ornitoloqlar Cəmiyyəti ilə aparılmış müvafiq məsləhətləşmələrə əsasən xüsusilə uzunqanad quşları üçün Avropada hazırlanmış 500-dən artıq yuva alınaraq Qız Qalasının yaxınlığındakı binanın fasadına quraşdırılıb. Qız Qalasında yuva salmış uzunqanadların sayının təqribən 250-300 olmasına baxmayaraq, süni yuvaların say ıtəxminən iki dəfə artıqdır. Bu, gələcəkdə uzunqanad quşlarının populyasiyasının artırmaq məqsədi ilə həyata keçirilib. Eyni zamanda quşların nativ yuvalara köçürülməsi ilə bağlı Böyük Britaniyada yerləşən uzunqanad quşlarının qorunması sahəsində ixtisaslaşmış “Swift Conservartion” (Uzunqanadların qorunması) beynəlxalq təşkilatı ilə əməkdaşlıq qurulubr. Quşları yuvalara cəlb etmək üçün “Swift Conservartion”(Uzunqanadların qorunması) təşkilatı tərəfindən yazılı təlimatlar, uzunqanad quşlarınınsəs yazılarından ibarət olan CD disklər təqdim edilib. Qeyd olunan CD disklər bir neçə yuvaya qoşulub səsgücləndiricilər vasitəsi ilə uzunqanadların səsləri gün ərzində quşların ən çox yuva axtardığı zamanlarda səsləndirilir. Uzunqanad quşları çox mühafizəkar quşlar hesab olunur və yuva quracaqları məkanları bir il əvvəlcədən müəyyənləşdirirlər. Bu səbəbdən “Swift Conservartion” şirkəti bildirib ki, onların süni yuvalara cəlb edilməsi mürəkkəb, eyni zamanda vaxt aparan prosesdir və tam yuvalara cəlb edilmə 2-3 ilə yaxın zaman tələb edə bilər. Buna baxmayaraq artıq quşlarınB akıya gəldiyi ilk iki həftədən sonra yeni yuvalarına cəlb edilməsində müsbət nəticələr əldə olunub və bir neçə yuva quşlar tərəfindən istifadə edilməyə başlanılıb. Bununla yanaşı artıq Qız Qalasının uzunqanadlarla vəhdət təşkil edən görüntüsünün dəyişməməsi üçün muzey konservasiyası zamanı Qız Qalasının fasadında abidəyə zərər təşkil etməmək şərti ilə 80-nə yaxın yuvanın saxlanacağı planlaşdırılır. Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 606
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30