Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi. Araşdırma – 6 (11)
    Müasir geyim mədəniyyəti

    Geyim bütün dövrlərdə insanın milli, dini, sənət, mülki mənsubiyyətini müəyyənləşdirmişdir. Müasir geyimin inkişafı və bu inkişafla əlaqəli olan moda keçmiş, indiki, gələcək dövr arasında əlaqələndirici bənd olmaqla, insan cəmiyyətinin maddi və mənəvi həyatının vacib hissəsini təşkil edir. XX əsrin sonlarının, bəlkə də ən məşhur moda dizayneri olan, Italiya modelləşdirmə məktəbinin görkəmli nümayəndəsi Covanni Versaçe bu barədə demişdir: “Moda bizim cəmiyyətdə baş verən dəyişiklikləri birinci olaraq kəsb etdirir, o, keçmişə nəzər yetirir və daim yenilik axtarışındadır”.



    Müasir geyimin hazırlanması ən müxtəlif sahələrin mütəxəssisləri çalışan mürəkkəb və çoxmərhələli prosesdir. Rəssam-modelyerlər və ya moda dizaynerləri yeni geyim modellərini layihələndirirlər. Modelyer-konsstruktorlar bu modellərin konstruksiyalarının əsasını hazırlayırlar ki, sonra bunlar vasitəsilə tikiləcək geyimin hissələrini biçmək üçün ülgülər düzəldilir. Bu geyimlərin bütün texnoloji prosesinin həyata keçirilməsini texnoloq-mühəndislər işləyib hazırlayırlar. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının geyim-dizayn kafedrasinin baş müəllimi Sevil Əliyeva bizimlə söhbətində  bildirdi ki, geyimin əsas vəzifəsi onu geyinən insanın fiziki və mənəvi rahatlığı üçün şərait yaratmaq, bu şəxsin cəlbediciliyini gücləndirmək, fərdiliyii nəzərə çarpdırmaqdan ibarətdir: “Geyim dizaynı” sənəti əməli əşya və sənət əsəri kimi eyni zamanda “kostyum dizaynı” da adlanır. Dizaynın nəzəri əsası geyimin bədii layihələndirilməsidir”.
    S.Əliyevanın fikrincə, yeni kostyum formalarının layihələndirilməsi üzərində çalışan dizayner, eyni zamanda bir neçə keyfiyyətdə çıxış edir: o, həm rəssam-modelyer, nəqqaş, yeni estetika yaradan tərtibatçı, öz ideyalarını materialda reallaşdırmağı bacaran konstruktor, həm insanlara geyim vasitəsilə daxili keyfiyyətlərini izhar etməyə, özlərində inam yaratmağa kömək edən psixoloq və hətta, geyimin sahibinə hər dəfə yeni sima və bununla bərabər yeni davranış rolu təklif edən müəyyən qədər də rejissordur.
    Onun sözlərinə görə, “Geyim dizaynı”nın özünəməxsus xüsusiyyəti ilk növbədə onun yaradıcılıq obyektinin insan olması ilə müəyyənləşir. İnsanın daxili keyfiyyətləri və görünüşü ilə tamlıq yaradan geyim öz funksiyası xaricində təsəvvür oluna bilməz və sahəbinin cinsi mənsubiyyətini, yaşını, həmçinin xarici görünüşünün ayrı-ayrı xüsusiyyətlərini nəzərə almalıdır: “Geyimin müasir təkamülü ictimai-siyasi həyatla, iqtisadiyyatın səviyyəsi, elm və mədəniyyətlə bilavasitə müəyyənləşən moda ilə sıx bağlıdır”.
    Bildiyimiz kimi, insan mədəniyyətinin bədii dəyər sistemləri içərisində incəsənət aparıcı rol oynayır. Bu mədəniyyət çoxcəhətli anlayış olmaqla, özündə musiqi, həmçinin onunla əlaqəli olan vokal və rəqs, teatr, sirk, kino və əlbəttə ki, incəsənətin plastik növlərini birləşdirir.
    Beləliklə, geyim dizaynı və ya layihələşdirilməsi arxitektonik incəsənət sahəsinə aid olub ki iki funksiya daşıyır – estetik və praktik. Biz çalışırıq ki, öz qarderobumuzda praktiv, isti və rahat, estetik tələblərimizə cavab verən, yəni gözəl, dəbdə olan və bizim xarici görünüşümüzü daha yaxşı nəzərə çarpdıran geyimlər olsun.
    Digər halda paltar yazılmış və yazılmamış qanun normaları ilə qorunan, adatə çevrilmiş ümumqəbul olunmuş vərdişlərin məcmusunu əks etdirən və cəmiyyətin, eləcə də onun ayrı-ayrı təbəqələrinin riayət elədiyi məişət ənənəsini bildirir.
    Bundan başqa geyim bütün dövrlərdə insanın milli, dini, sənət, mülki mənsubiyyətini müəyyənləşdirmişdir. Tarixi təkamülün hər bir mərhələsində cəmiyyətin həyat tərzi geyimin istifadə xüsusiyyətlərində əks olunmuşdur, buna görə də, deyə bilərik ki, paltarın müxtəlif funksiyaları tarixən toplanmışdır.
    Cəmiyyətin inkişafı gedişində geyim tədricən mükəmməlləşmiş, öz vəzifəsinin spektrını genişləndirmişdir. Müəyyən obrazlı paltar quruluşu təqlid edilmə nümunəsi olurdu. İctimai təsəvvürü, davranış normalarını, şəxsiyyətin fərdi xüsusiyyətlərini əks etdirən geyim anlayışı bu cür yaranırdı. Paltardan fərqli olaraq geyim dəsti nəinki ayrıca bir insanın, eləcə də millətin, xalqın və hətta bütöv bir dövrün obrazlı xarakteristikasını özündə daşıyır. O, incəsənət əsəri kimi həmişə mədəniyyətin müəyyən bir inkişaf mərhələsini əks etdirmiş, memarlıq, heykəltəraşlıq, rəssamlıq, musiqi və teatr ilə sıx bağlı olmuşdur.
    Xalq geyimləri və bəzək əşyaları ilə əsrlər boyu öz zövqünü və mədəniyyətini əks etdirən Azərbaycan xalqı da nəinki Şərqdə, bütün Avropada birincilər sırasında durur.
    Başqa xalqlarda olduğu kimi XIX əsrin sonlarında qərbsayağı geyimlər Azərbaycana da nüfuz etdi və geniş yayıldı. Sadə biçimli müasir geyimlərin konstruksiya həlli müasir olsa da, onun tərtibat işləri klassikaya müraciət edir. Azərbaycan müasir musiqilərinin muğamlar üzərində köklənməsi, müasir memarlıqda Şərq elementlərinin əks olunması, incəsənət əsərlərində milli koloritin olması modelyerə əsas verir ki, onlar öz yaradıcılıqlarında klassikaya istinad edərək müasir geyimlər hazırlasınlar, keçmişə baxaraq daima yenilik axtarsınlar. Bütün xalqların geyimlərində müasir geyimlə milli geyimlərin sintezi özünə yer tapıb.
    Lakin bütün bunları incə zövqlə, peşəkarlıqla, ifrat dərəcəyə çatdırmamaq şərti ilə yerinə yetirmək lazımdır. Gənc rəssam-modelyerin yaradıcılıqlarında bu sahədə düzgün yol tutacaqlarına ümid edirik və onların daima axtarışda olacaqlarına, dünyanın hər bir yerində Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanırıq.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 620
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30