Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma – 2 (6)
    İnsanlara məhdudiyyət yoxdur...

    Dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edən Azərbaycan ayrı-ayrı ölkələrin onilliklər boyu qazandığı tarixi nailiyyətləri qısa müddətdə əldə edib, əhalinin sosial müdafiəsinin təminatı istiqamətində mühüm uğurlara nail olub. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit sosial-iqtisadi inkişaf yoluna çıxmış və özünü beynəlxalq hüququn müstəqil subyekti kimi yüksək səviyyədə təsdiq edib. Məhz həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə inkişafa nail olub.



    Əhalinin sosial müdafiəsinin təminatı daima diqqət mərkəzindədir. Əlillərə və sosial durumu aşağı olan insanlara mütəmadi qayğı göstərilir. Bir sözlə, Azərbaycan hökuməti ölkə vətəndaşlarının sosial müdafiəsi istiqamətində mühüm uğurlar əldə edib. Əlilliyi olan istedadlı insanlara yüksək diqqət və qayğının göstərilməsi, onların yaradıcılığının hərtərəfli dəstəklənməsi və mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması sahəsində Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirilməlidir.


    Heydər Əliyev Fondunun əlilliyi olan istedadlı insanların yaradıcılığını hərtərəfli dəstəkləməsi, onların yüksək səviyyəli mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması sahəsində gördüyü işlər, o cümlədən "İnsanlara məhdudiyyət yoxdur" təbliğat kampaniyası olduqca əhəmiyyətlidir. Bu sahədə Heydər Əliyev Fondu çox böyük işlər görüb. Fond daima əlilliyi olan istedadlı insanlara qayğı göstərir, onların yaradıcılığının hərtərəfli dəstəklənməsi və mədəni-kütləvi tədbirlərdə iştirakı təmin olunur. Təbii ki, bütün bu addımlar əlillərin cəmiyyətə inteqrasiyasını daha da sürətləndirir.
    Araşdırmalar nəticəsində uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanıb Heydər Əliyev Fonduna təqdim edildi və bu məlumatların təhlili əsasında “Uşaq evləri və internat məktəblərinin İnkişafı Proqramı” adlı 5 illik proqram hazırlandı. Proqram çərçivəsində görülən tədbirlər nəticəsində bu tip müəssisələrin bir çoxu yenidən qurulmuş, əsaslı təmir edilmiş, yeni inventar və avadanlıqlarla təchiz edilmişlər. Bu tip müəssisələrdə ailə ocağından məhrum olmuş uşaqlar üçün ev şəraitinə maksimum yaxın olan mühit yaradılmışdır. Belə ki, müəssisədə bütün bu işlər Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilmişdir. Fondun Prezidenti bu sahədə dünyanın aparıcı ölkələrinin mütərəqqi təcrübəsindən istifadə olunması zərurətini də önə çəkərək qeyd etmişdir: “Konkret problemləri həll edərkən, qlobal problemləri də unutmaq olmaz. Məsələn, uşaq evləri və internat məktəblərinin bütün sisteminin sovet pedaqogikası və təhsilin sovet sistemi ilə idarə olunması çərçivəsində yarandığını nəzərə almaq son dərəcə vacibdir. Ona görə də digər ölkələrin təcrübəsindən faydalanmaq və istifadə etmək üçün qapıları açmaq zəruridir. Heç bir dövlət müəssisəsi, ən müasir, gözəl təmir olunmuş, avadanlıqla təmin edilən məktəb belə, heç zaman ailə mühitini əvəz edə bilməz. Fondun ən vacib və böyük məqsədlərindən biri də bu təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların ailə şəraitində tərbiyə almasını təmin etməkdir.”
    Fiziki qüsurlu şəxslərin cəmiyyətdən təcrid olunmasının bir çox səbəbləri var. İnsanlarla təmasın məhdudluğu, yaradıcılıq və idmandan, öz bacarıqlarını reallaşdırmaq imkanından, keyfiyyətli təhsil və tibbi xidmətdən məhrum olmaq bu insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdir. Çünki bu insanların sağlamlığı, fiziki inkişafı onların şəxsiyyət kimi formalaşması və gələcək ictimai mövqeyini şərtləndirir. Bununla yanaşı, məhdud fiziki imkanlı insanların problemlərinə tək tibbi nöqteyi-nəzərdən yanaşmaq kifayət deyil. Bu gün onların üzləşdiyi problemlər sosial amil kimi qiymətləndirilməlidir. Məqsəd əqli və fiziki inkişafdan asılı olmayaraq, hər bir insana öz istedadını inkişaf etdirə bilməsi, potensialını tam şəkildə reallaşdırması, keyfiyyətli təhsil və tibbi xidmət almaq üçün imkan yaratmaqdan ibarətdir. Onların cəmiyyətə inteqrasiyasına, özlərini cəmiyyətin dəyərli və tamhüquqlu vətəndaşları kimi hiss etmələrinə, həyatın bütün sahələrində maneəsiz istifadə imkanlarına malik olmalarına yardımçı olmalıyıq. Bu proseslərin uğurla həyata keçməsi dövlət orqanları ilə yanaşı, beynəlxalq təşkilatların dəstəyindən, qeyri-hökumət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətindən, onların birgə və səmərəli səylərindən asılıdır. 
    Fiziki cəhətdən qüsurlu şəxslərin hüquqlarının təmin edilməsində həm Azərbaycan hökuməti, həm də Heydər Əliyev Fondu mühüm işlər görüb. Bu gün Azərbaycan hökuməti və Heydər Əliyev Fondu əlil insanlara böyük qayğı göstərir, onların cəmiyyətə inteqrasiyası üçün silsilə tədbirlər həyata keçirir. Eyni zamanda, istedadı olan fiziki qüsurlu insanların cəmiyyətə tanıdılması, onların öz bacarıqlarını inkişaf etdirməsi yönündə müəyyən layihələr reallaşdırılır. Bu həm də fiziki qüsurlu insanlarda özünəinam hissini inkişaf etdirir və onların cəmiyyətlə təmasını asanlaşdırır. Bütün bunlar təcriddən inteqrasiyaya doğru çox böyük addımlardır və görülən işlər təqdir edilməlidir.
    BMT-nin digər qurumları Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə Azərbaycanın bu sahədə gördüyü işləri təhlil edib. Həmin təhlildən sonra formalaşan sənəd gələcək əməkdaşlığımızın əsasını təşkil edə bilər. Çünki bu sahədə görüləsi işlər hələ çoxdur.   Sağlamlıq imkanları məhdud insanların keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılması Azərbaycanın təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
    Azərbaycanda inklüziv təhsilin təşkili istiqamətində Təhsil Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar Dövlət Proqramı həyata keçirilib. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrdə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Bundan başqa, Azərbaycanda əlilliyi olan övladlarına qayğı göstərə bilməyən ailələrin rifahının yaxşılaşdırılması məqsədilə yerlərdə uşaqlara və ailələrə dəstək xidmətləri yaradılıb.
    Qeyd edək ki, hazırda Azərbaycanda 419 min 598 nəfər əlilliyi olan şəxs, o cümlədən 59 min 207 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq var. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlərin daha səmərəli təşkilində bütün vətəndaş cəmiyyəti yaxından iştirak etməli, əlilliyi olan şəxslərə dayaq olmalıdır. Məsələn, bu gün fiziki məhdudiyyətli insanların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər görülür, bərpa mərkəzlərində hər il 8 min nəfərdən çox əlilliyi olan insana xidmət göstərilir. Amma bununla yanaşı, Azərbaycanda əlillərlə əlaqədar görülən işlərdə müasir iş üsullarına, mütərəqqi dünya təcrübəsinə istinad edilməlidir. Eyni zamanda, fiziki qüsurlu insanlara cəmiyyət həmişə dəstək olmalıdır ki, onlar ictimaiyyət arasında özlərini rahat hiss etsinlər.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 610
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30