Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma – 1 (5)
    Əlilliyi olan şəxslərin müstəqil yaşamaq hüququ

    “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, müəssisələri (birlikləri), idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.



    İdarələr və təşkilatlar sosial obyektlərin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssərliyini təmin etmədikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına obyektin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılmasına tələb edilən məbləğin 20 faizi məbləğində çərimə köçürürlər. Cəriməni ödəmiş müəssisələr və təşkilatlar sosial infrastruktur obyektlərinin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması vəzifəsindən azad edilmirlər.


    Əlillər üçün münasib şəraitin yaradılması


    Şəhərsalma, tikinti və layihələndirmə sahəsində fiziki imkanları məhdud insanların ehtiyaclarının nəzərə alınması məqsədilə müəyyən tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 14.05.1999-cu il tarixli 155 nömrəli Sərəncamı ilə “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2002-ci illər üzrə Dövlət Proqramı”nın müddəaları əsas götürülərək “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda “Şəhərsalma sahəsində dövlətin, ictimaiyyətin və fərdin maraqları” adlı ayrıca maddə (maddə 4) nəzərdə tutulmuşdur ki, orada şəhər və digər yaşayış məskənlərində yaşayan əhalinin əlverişli həyat şəraitilə təmin olunması qanuniləşdirilmiş və bu maraqlara zidd olan şəhərsalma fəaliyyətinin dayandırılması barədə qadağanedici bənd təsbit olunmuşdur. Bu maddədə dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən təmin olunması nəzərdə tutulmuşdur.


    Yuxarıda qeyd edilən Dövlət Proqramının müəyyən etdiyi konkret vəzifələrin icra olunması məqsədilə keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən normativ sənədlər  təsdiq edilib qüvvəyə minmişdir. Bu normativ sənədlərin tətbiqi nəticəsində ölkəmizdə ictimai və normativ-texniki fikir müstəvisində əlillər üçün münasib şəraitin yaradılması yönümlü, xeyli nəzəri və praktiki zənginləşmə baş vermiş, müvafiq icra məsuliyyəti formalaşmışdır.


    Aidiyyəti subyektlərin, ictimaiyyətin, xüsusən də əlillərin özlərinin məlumatlandırılması və maarifləndirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq tədbirlər görür.


    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsləhətçiliyilə Azərbaycan Respublikasının “Əlil Təşkilatları  İttifaqı” tərəfindən “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması üzrə” 100 səhifəlik məlumat kitabı hazırlanmışdır.


    Əlilliyi olan şəxslərin fərdi hərəkət imkanlarını nəzərə alaraq, onların hərəkətlərini yüngülləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarlarına əsasən  Bakı şəhərinin küçə və prospektlərində 75 ədəd piyada keçidlərinin inşa olunması nəzərdə tutulmuş və hal-hazırda inşa olunaraq istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz edilmişdir.        


    Eyni zamanda, fiziki imkanları məhdud insanların sərbəst hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülmüş və bu tədbirlərin görülməsi davam etdirilir. Məsələn, sərnişinlərin, xüsusən də əlillərin rahatlığı üçün son dövrlərdə sərnişin axınları yüksək olduğu sahələrdə yerləşən sərnişin dəmiryol stansiyalarındakı platformaların səthləri bərabər səviyyəyə gətirilmişdir. Şəhər nəqliyyatında istifadə edilən iri və orta tutumlu avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulmuş, avtobuslara sərbəst daxil olmanı və enməni təmin etmək üçün isə bəzilərində avtobusun banının yer səthinə qədər endirilməsinə xidmət edən pnevmatik texniki vasitələr quraşdırılmışdır.


    Son illər ölkənin avtomobil yollarının müasir tələblərə uyğun yenidən qurulması ilə əlaqədar olaraq tikilən avtomobil yollarının kənarlarında əlillərin hərəkət imkanlarının asanlaşdırılması məqsədilə ayrıca xüsusi zolaqların inşa edilməsi də nəzərdə tutulur. 


    Eyni zamanda, Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə paytaxta Avropa standartlarına cavab verən müasir avtomobillər gətirilməkdədir. Bu avtomobillərdən bir qismi tanınmış “London Taksi” şirkəti tərəfindən istehsal edilmişdir.  Qeyd edirik ki, həmin şirkətin istehsal etdiyi TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan və əlil şəxslərin də istifadə etməsi üçün qabaqcıl mühəndis-texniki vasitələrlə, o cümlədən, əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən avtomobildir.


    Bununla yanaşı, Bakı şəhərində, habelə regionlarda müasir standartlara uyğun tikilib istifadəyə verilən və ya yenidən qurulan avtovağzallarda və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sərnişin dəmiryol stansiyalarında fiziki imkanları məhdud şəxslərin sərbəst hərəkət etməsi üçün zəruri şərait yaradılmışdır. Qeyd edilən istiqamətdə lazımi tədbirlər hal-hazırda əsaslı təmir və yenidənqurma işləri aparılan digər bu tipli nəqliyyat infrastrukturu obyektlərində də görülür.


    Məhdud  fıziki  imkanlı  insanların informasiya-kommunikasiya texnolo-giyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu  və  BMT-nin  İnkişaf Proqramı  tərəfindən  birgə  həyata  keçirilən   layihə çərçivəsində   Azərbaycanın   3   bölgəsində   informasiya   mərkəzləri   yaradılmışdır. Onlardan biri Bakı şəhərində, digərləri isə regional olmaqla Gəncə və Naxçıvanda yaradılmışdır.


    Gəncə şəhərindəki Regional İnformasiya Mərkəzinin xidmətindən ətraf rayonlarında yaşayan və fıziki qüsuru olan 60 mindən çox insanın yararlanması mümkündür. Naxçıvanda yaradılmış Mərkəzdən isə Muxtar Respublikada yaşayan görmə qabiliyyəti zəif olan şəxslər istifadə edə bilərlər.


    Müasir texnologiyalarla təchiz olunmuş bu mərkəzlərdə oxu zalları, təlim-tədris mərkəzləri, audiokitabxanalar, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyaları, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model kompüterlərlə təmir olunmuş kompüter mərkəzləri qurulmuş və kinozal fəaliyyət göstərir.


    Bu mərkəzlərdə 1000-ə yaxın Brayl əlifbası ilə nəşr olunmuş kitablar, kinozallarda lal və karlar üçün subtitrli fılmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunları otağı istifadəyə verilmişdir. Buraya əlil arabası ilə gələnlər maneəsiz hərəkət edə biləcəklər.


    İnternetdən istifadənin genişləndirilməsi 

    RİTN   gözdən   əlil   insanların   telekommunikasiya   sistemlərindən   və informasiya texnologiyalarından yararlanmaları və onların məşğulluq problemlərinin həll olunması üzrə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi ilə sıx əməkdaşlıq edir. Belə ki, 2009-cu ildə Cəmiyyət tərəfindən "Oxfam" Beynəlxalq Humanitar təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən "Gözdən əlillərin iqtisadi hüquqlarının   təmin   olunması"   layihəsi   çərçivəsində   Rabitə   Peşə   Reabilitasiyası Məktəbi təşkil olunmuşdur.


    Məktəbdə təhsil almış tələbələr RİTN-in "Aztelekom" və "Bakı Telefon Rabitəsi" istehsalat birliklərində rabitə qovşaqları və kommunikasiya sistemləri, çoxkanallı telekommunikasiya sistemləri və rabitə sistemlərinin idarə olunmasında informasiya hesablama vasitələri ixtisasları üzrə istehsalat təcrübəsi keçmişlər.


    Azərbaycan   Respublikası   Prezidentinin   11   avqust   2010-cu   il   tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının   inkişafı   üzrə   2010-2012-ci   illər   üçün   Dövlət   Proqramı"nın (Elektron Azərbaycan) "4.3.İnformasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması" bəndində əhalinin bütün kateqoriyaları, eləcə də məhdud imkanlı qruplar (əlillər və sağlamlıq imkanları məhdud uşaqlar) üçün İKT-dən, o cümlədən internetdən istifadənin genişləndirilməsi nəzərdə tutulmuşdur.


    Məhdud imkanlı insanların cəmiyyətdə rolunun artırılması məqsədi ilə Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında "7.3.5. Məhdud imkanlı qrupların İKT-dən istifadə imkanlarının artırılması üçün tədbirlərin görülməsi" bəndi öz əksini tapmışdır.


    Bununla əlaqədar "Dilmanc" layihəsi çərçivəsində mətnlərin səsləndirilməsi və kompüterin səslə idarə edilməsi sistemlərinin yaradılması üzrə işlər aparılır. Bu sistemlər məhdud fiziki imkanlı insanlara klaviaturadan istifadə etmədən internetdən istifadə etmək, elektron poçtla işləmək, mətnlər hazırlamaq və göndərmək imkanını yaradacaqdır.


    Veb-saytların "W3C" təşkilatının "Web Content Accessibility Guidelines (WCAG) 2.0" tövsiyələrinə (böyüdülmüş şrift, Brayl şrifti, səsləndirmə, simvollar və sadələşdirilmiş dil və s.) uyğunlaşdırılması sahəsində işlərin genişləndirilməsi həyata keçirilir.
    RİTN fərdi qaydada müraciət edən məhdud fıziki imkanlı insanların pulsuz internetlə təmin olunması üçün köməklik göstərir.


    İstirahət və əyləncə tədbirlərində iştirak hüququ

    Əlilliyi olan şəxslərin digər şəxslər ilə bərabər səviyyədə mədəni həyatda iştirak etməsi, yaradıcı, bədii və intellektual potensialının inkişaf etdirilməsi və ondan istifadə etməsi, eləcə də istirahət və əyləncə tədbirlərində iştirak etmək hüququnun təmin edilməsi məqsədilə Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı,  Azərbaycan Dövlət Kukla Teartrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında əlil arabaları üçün yollar yaradılmış və qaldırıcı liftlər quraşdırılmışdır. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi və “Nizami” kinoteatrının binalarında əlil arabaları üçün yollar və qaldırıcı liftlərin quraşdırılması nəzərdə tutulur.


    Akademik Opera və Balet Teatrı binasının yenidən qurulması və əsaslı təmiri zamanı, hazırda layihələndirilməkdə olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin binası, “Şahdağ” Qış-Yay Turizm Kompleksində, eləcə də gələcəkdə layihələndiriləcək digər mədəniyyət və turizm obyektlərində yuxarıda göstərilən analoji tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 718
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30