Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Sənədlərini düzgün tərtib et, bürokratik əngəllərdən xilas ol!
    Son illlər əlillərin mənzil və avtomobillə təminatı istiqamətində dövlət tərəfindən müvafiq işlər görülür. Lakin bir çox hallarda sənədlərini düzgün tərtib etməyən əlil insanlar müvafiq dövlət qurumlarında problemlərlə qarşılaşırlar. Belə olan təqdirdə haqsız olaraq bürokratik əngəllərin mövcudluğunu əsas gətirərək narazılıq edirlər. Düzdür, bəzən bürokratik əngəllərlə qarşılaşan əlillərin haqlı olan tərəfləri də var. Lakin sənədlərin düzgün tərtib ediləcəyi təqdirdə əlil insanların obyektiv olmaları gec-tez ortaya çıxacaq. Bütün bunları nəzərə alaraq əlil insanların mənzil, avtomobil almaları, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat məsələlərində hansı sənədlərin tələb olunması barədə məlumatı diqqətə çatdırırıq.




    Müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı


    Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) İH-lərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq xüsusi Komissiya tərəfindən həyata keçirilir. Həmin Komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə Komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilmişdir.
    Qarabağ əlilləri fərdi ev tikintisi üçün ilkin olaraq nazirlikdə növbəyə dayanır və növbəlilik qaydasında onlar üçün fərdi yaşayıç evi inşa etdirilərək istifadəyə verilir.
    Fərdi ev tikintisi məqsədilə nazirlikdə növbəyə dayanmaq üçün aşağıdakı sənədlər tələb olunur:
    - əlillik barədə Tibbi-sosial ekspert komissiyasının sonuncu arayışının surəti və qospitaldan verilmiş xəstəlik şəhadətnaməsinin təsdiq olunmuş surəti;
    - fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sənəd;
    - ailə tərkibi haqqında kənd icra nümayəndəliyinin geniş arayışı (yaşadıqları mənzilin yaşayış sahəsi, otaqların sayı, mənzildə yaşayanlar qeyd edilməklə);
    - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış (18 yaşından yuxarı ailə üzvlərinin hər biri üçün);
    - Prezident təqaüdü barədə arayış (rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzindən);
    - ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti;
    - uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
    - nigah haqqında şəhadətnamənin surəti;
    - evin kupçası və ya texniki pasportunun surəti;
    - ərizə. Göstərilən sənədlər tam tərkibdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildikdən sonra nazirlikdəki müvafiq komissiya həmin vətəndaşların qeydiyyata alınmasını təmin edir.


    Əlillərin minik avtomobilləri ilə təminatı


    Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı savaşlarda fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlilləri dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.
    Həmin kateqoriyadan olan vətəndaşlar minik avtomobili almaq üçün aşağıda qeyd olunan sənədləri yaşadığı ərazi üzrə xidmət göstərən Tibbi sosial- ekspert komissiyasına təqdim etməlidirlər:
    - pulsuz avtomaşın almağa tibbi göstərişin olması baradə rayon (şəhər) poliklinikasından 88 nömrəli tibbi forma;
    - şəxsiyyət vəsiqəsinin surəti;
    - 2 ədəd fotoşəkil (3X4 sm ölçüdə);
    - hərbi hospital tərəfindən verilmiş xəstəlik şəhadətnaməsinin surəti;
    - ərizə. 
    Əlil səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtomaşını idarə etməkdə çətinlik çəkərsə, onda həmin avtomaşının idarə olunmasını onunla birlikdə yaşayan, sürücülük vəsiqəsi olan ailə üzvünə həvalə edə bilər. Bunun üçün o, aşağıda göstərilən sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.
    - avtomaşının texniki pasportunun surəti; 
    - şəxsiyyət vəsiqəsinin surəti;
    - yaşayış yerindən arayış;
    - ərizə;
    Avtomaşını sürəcək şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
    - sürücülük vəsiqəsinin surəti;
    - şəxsiyyət vəsiqəsinin surəti;
    - yaşayış yerindən arayış.
    Əlil vəfat etdikdə dövlət tərəfindən ona verilmiş avtomaşın ailə üzvlərindən birinin adına keçirilməlidir. Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:
    - pulsuz avtomaşın almış əlilin ölüm şəhadətnaməsinin surəti;
    - avtomaşının texniki pasportunun surəti;
    - avtomaşının sahibi vəfat etdiyi günədək onunla birgə yaşamış ailə üzvlərinin tərkibi barədə arayış;
    - arayışda göstəriləcək 18 yaşından yuxarı ailə üzvlərinin razılıq ərizələri;
    - avtomaşının ailə üzvlərindən birinin adina keçirilməsi barədə həmin ailə üzvünün ərizəsi və şəxsiyyət vəsiqəsinin surəti.


    Sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat


    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında sanatoriya-kurort putyovkaları (yollayışları) verilir. İmtiyazlı şəxslər sanatoriya-kurort putyovkaları (yollayışları) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə aşağıdaki qeyd olunan sənədləri təqdim etməlidirlər. - ərizə;
    - işləmədikləri barədə arayış;
    - əlil və ya şəhid ailəsi olduğunu göstərən vəsiqələrin surəti və ya imtiyazlı şəxs olduğunu sübut edən müvafiq sənəd;
    - həkimdən sanator-kurort arayışı;
    - şəxsiyyət vəsiqəsinin surəti; Sanator-kurort putyofkasından istifadə edən şəxs müalicəsini qurtardiqdan sonra istifadə etdiyi putyovkanin (yollayışın) “geriyə qaytarılan talon” hissəsini putyovkani verən rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (Nazirliyə) təqdim etməlidir.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 668
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30