Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 2 (6)
    Ekoloji cəhətdən təmiz nativ və bərpa olunan enerji

    Bu gün enerji təhlükəsizliyi, qlobal iqlim dəyişmələri və ətraf mühitin çirklənməsi bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Onların həlli üçün müxtəlif istiqamətlər təklif edilir ki, bunlardan bu gün üçün önəmli bərpa olunan və nativ enerji mənbələrindən istifadədir.



    Məlum məsələdir ki, ənənəvi enerji mənbələri tükənməz deyildir, zaman keçdikcə onların azalması prosesi baş verir. Bu amil və onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq dünya ölkələrində (ABŞ, Yaponiya, Almaniya, Finlandiya, Kanada, İspaniya, Çin və s.) ekoloji cəhətdən təmiz enerji mənbələrindən (günəş, külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Günəş enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılıb və inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. Son 10 ildə külək enerjisindən istifadə etməklə elektrik enerjisi istehsalı on dəfədən çox artıb.
    Azərbaycanın coğrafi mövqeyi və əlverişli iqlim şəraiti ekoloji baxımdan təmiz sayılan nativ və bərpa olunan enerji istehsalına böyük imkanlar yaradır. Dünyada getdikcə aktuallaşan bu məsələ öz növbəsində Azərbaycanda da prioritet hal alıb və bu istiqamətdə artıq ilkin tədbirlər görülür. Ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da ekoloji cəhətdən təmiz və bərpa olunan nativ enerji mənbələrindən geniş istifadə edilsin. Belə mənbələrdən istifadə edilməsi istilik enerji stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilməsi və ətraf mühitə atılan zərərli maddələrin miqdarının nisbətən azaldılması ilə nəticələnər.


    Ayrı-ayrı ölkələrin təcrübəsi diqqətlə öyrənilir


    Perspektiv inkişaf baxımından mütləq nativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoyulub: "Biz nativ enerji mənbələrini yaratmağa çalışmalıyıq. İlk növbədə kiçik çaylarda mini su-elektrik stansiyaları tikilməlidir. Bununla yanaşı, biz külək və günəş enerjisindən də səmərəli istifadə etməliyik. Günəş də, külək də bizdə kifayət qədərdir. Biz bu təbii imkanlardan səmərəli istifadə etməliyik. Bu sahəyə həm yerli, həm də xarici özəl şirkətləri cəlb etmək olar".
    Ölkəmizdə nativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək məqsədilə Prezident tərəfindən 2004-cü il 21 oktyabr tarixində “Azərbaycan Respublikasında nativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilib. Bu Dövlət Proqramından irəli gələn məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədilə 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin tərkibində nativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılmasının əhəmiyyəti olduqca yüksəkdir.
    Şübhəsiz ki, ekoloji cəhətdən təmiz nativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi respublikamızda istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilməklə həm də ətraf mühitə atılan zərərli tullantıların miqdarının azaldılmasına imkan verəcəkdir. SEN-dən verilən məlumata görə, qarşıya vəzifə qoyulub ki, nativ enerji mənbələrinin yaradılması, ilk növbədə, kiçik çaylarda mini su-elektrik stansiyalarının tikilməsi, Tovuz çay su elektrik stansiyasının tikintisinə ciddi fikir verilməsi, külək və günəş enerjisindən səmərəli istifadə etmək üçün işlər görülməlidir.
    Hazırda "Azərbaycan Respublikasında nativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra müvafiq tədbirlər həyata keçirilir, respublikamız bu sahədə ayrı-ayrı ölkələrin təcrübəsini diqqətlə öyrənir, təhlillər aparır və beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.
    Xatırladaq ki, bu Dövlət Proqramında öz əksini tapan tapşırıqlarla yanaşı, son dövrlər Prezidentin imzaladığı digər dövlət proqramlarında da nativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı konkret müddəalar var. Xüsusən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nda bu vacib məsələyə geniş yer ayrılıb. Yeni regional inkişaf proqramında nativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi də nəzərdə tutulur ki, bu da ölkənin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verəcək. Bu məqsədlə ölkənin ayrı-ayrı regionlarında günəş və külək enerjisi istehsal edən qurğuların inşası planlaşdırılır. Məsələn, ilkin təcrübə kimi Naxçıvan iqtisadi rayonuna daxil olan Ordubad və Culfa rayonlarının Arazboyu düzənlik ərazilərində külək elektrik qurğuları, eləcə də muxtar respublikanın ayrı-ayrı yerlərində günəş enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyaları tikilib istismara veriləcək.


    Abşeronda külək və günəş energetikasının inkişafı


    Bütün bu tədbirlərin reallaşdırılması isə ölkənin elektroenergetika sisteminin dayanıqlığının tam təmin edilməsinə gətirib çıxaracaq ki, bu da öz növbəsində istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin edilməsinə imkan yaratmaqla bərabər, qarşıdakı illərdə Azərbaycanın elektrik enerjisi üzrə ixrac potensialını daha da genişləndirəcək. Təsadüfi deyil ki, son illərdə bu sahədə aparılan elmi-tədqiqat işləri nəticəsində külək, günəş və biokütlədən enerji alınması sahəsində bir sıra layihələr hazırlanıb, təcrübə-sınaq qurğuları yaradılıb.
    Bildiyimiz kimi ölkə başçısı tərəfindən 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunmuşdu.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktor müavini Sahib Xəlilov bizimlə söhbətində bildirdi ki, nativ enerji texnologiyaları artıq sürətlə ucuzlaşır. Onun fikrincə, nativ enerji cihazlarını quran özəl şirkətlər olmalıdır: “Dövlət də bunun üçün şərait yaratmalıdır. Yəni kömrük rüsumlarını tənzimləməlidir, elektrik enerjisi ilə bağlı tarif  siyasəti aparmalıdır və onlar üçün həvəsləndirici tədbirlər görməlidir”.
    S.Xəlilov qeyd etdi ki, nativ enerjidən istifadənin bir məqsədi atmosferin çirklənməsinin qarsının alınmasıdırsa, digəri maliyyə gəlirinin əldə olunmasıdır. Onun sözlərinə görə, paytaxtdakı yaşayış binalarını günəş panellərilə təchiz etməklə, ucuz enerji almaq mümkündür: “Artıq Azərbaycanda nativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə yeni layihələr hazırlanıb. Kiçik çaylar üzərində su elektrik stansiyaların inşası üzrə layihələr hazırlanır. İlk belə qurğu Xınalıq qəsəbəsində quraşdırılacaq. Yeni Yaşmada “Kaspian texnoloji” şirkəti tərəfindən külək aqreqatları qurulub. Bunlardan daha geniş istifadə olunması planlaşdırılır. Eyni zamanda Sumqayıtda günəş panelləri zavodunun tikilib”.
    Direktor müavini Azərbaycanda bir çox yerlərdə günəş panellərindən istifadə olunduğunu da dedi: “Məsələn, mobil operator şirkətləri dağlıq ərazilərdə bu texnologiyadan istifadə edirlər. Həmçinin ETSN-nin Milli Hidrometeorologiya Departamentinin avtomat meteoroloji stansiyalarında günəş panelləri quraşdırılıb. Şahdağdakı elmi mərkəzimizdə enerji təminatını günəş və küləklə əldə edirik. Bundan başqa Pirallahı adasında meteoroloji stansiyada bir pilot layihəsi çərçivəsində külək aqreqatları quraşdırılıb. Orada günəş suqızdırıcılarından da istifadə olunur. Bundan başqa Şamaxıda bioqazla əlaqədar həyata keçirilən layihədə iştirak edirik”.
    S.Xlilov ETSN-nin nativ enerjidən istifadəni zəruri edən amilləri daimi qabardaraq bu işləri təbliğ etdiyini vurğuladı. 
    Qeyd olunan tədbirlər çərçivəsində ARDNŞ-nin Ekologiya idarəsi tərəfindən “H.Z.Tağıyev” adına NQÇİ-nin ərazisində ayrılmış 9,3 ha sahədə “Ekoloji park” yaradılılıb. “Ekoloji park”da diqqət çəkən bir məqam da burada tullantısız enerji mənbəyi olan nativ enerjidən istifadə olunmasıdır.
    ARDNŞ-nin Ekologiya İdarəsinin xarici əlaqələr şöbəsinin rəisi Anar Hüseynov bildirdi ki, gələcəkdə qeyd olunan parkda nativ enerji kimi külək və günəş enerjisindən istifadə nəzərdə tutulub: “nativ enerji mənbələrindən istifadə edilməsi böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını xeyli azaldılmasına səbəb olur. Azərbaycanda ildə 300 günəşli günün olmasını və öz küləkli günlərinin sayı və intensivliyi ilə seçilən Abşeron yarımadasında külək və günəş energetikasının inkişafı daha perspektivlidir. Məhz bu ərazidə qurulan istixananın tam enerji təminatının nativ enerji mənbələri hesabına ödənilməsi ictimaiyyətin bu enerji növünə diqqətinin artırılmasına hesablanıb”. 


    Kapital qoyuluşu üçün hüquqi baza yaradılmalıdır


    Lakin mütəxəssislərin fikrincə, nativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin özünəməxsus çətinlikləri də var. Təsadüfi deyil ki, texnologiyanın ən son nailiyyətlərinin tətbiq olunduğu müasir dünyamızda istehsal olunan enerjinin hələ ki, yalnız 13,5 faizi nativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Həmin enerjinin isə 79,9 faizi biokütlənin, 16,4 faizi suyun, 3,2 faizi geotermal, 0,3 faizi günəşin və 0,2 faizi küləyin payına düşür. 
    Karbohidrogen xammalından istifadədə qənaətə və zərərli maddələrin tullantılarının azalmasına ənənəvi enerji növlərini bərpa olunan enerji mənbələri ilə tədricən əvəzləməklə nail olmaq mümkündür. Azərbaycanda tüstü qazlarının (parnik effekti yaradan qazlar) əsasını karbon qazı təşkil edir ki, onun da emissiyasının 97 faizi energetikanın payına düşür. Hesablamalara əsasən, birbaşa təsirli tüstü qazlarının emissiyasının dəyişmə dinamikasına görə 2000-2025-ci illərdə onun həcmi artacaq. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz kimi, karbohidrogen xammalı ehtiyatları tükənməz deyil və nə zamansa bütün dünya bu problemlə üz-üzə qalmalı olacaq.
    Aparılan hesablamalara əsasən, nativ və bərpa olunan enerji mənbələrindən istifadə etməklə yaxın perspektivdə respublikamızda istehsal olunan elektrik enerjisinin 5-7 faizini, istilik enerjisinin isə 10 faizə qədərini bu mənbələr hesabına ödəmək mümkündür. Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə zəngindir. Xüsusilə, Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir.
    Bərpa edilən enerji mənbələri ilə məşğul olan mütəxəssislərimiz də bu sahənin inkişaf perspektivlərinə böyük ümidlə baxırlar. Ekspertlərə görə, bu sahədə qarşıya çıxan məsələlər həll olunarsa, Azərbaycan yaxın illərdə nativ və bərpa olunan enerji ixracatçısına çevrilə bilər. Əsas məsələ isə ölkədə nativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə kapital qoyuluşu üçün hüquqi bazanın yaradılmasıdır. Bərpa olunan enerji mənbələrindən istifadənin özünəməxsus xüsusiyyətlərindən irəli gələn bir sıra səbəbləri - ənənəvi təcrübənin yoxluğunu, peşəkarların azlığını, müasir texnologiya və reklamların çatışmamasını, rəqabət qabiliyyətinin aşağı səviyyəsini, xaricdə istifadə olunan avadanlıqlar haqqında informasiyanın qıtlığını, ümumiyyətlə, sistemli infrastrukturun zəifliyini nəzərə alaraq qeyd etmək istərdik ki, gələcəkdə bu sahədə çox  işlər görülməlidir.
    Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz nativ  enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Ölkənin təbii potensialından istifadə etməklə nativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 510
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30