Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi. Araşdırma – 1 (6)
    Qədim mədəni irs

    Qobustan qoruğu dünyada açıq səma altında yerləşən ən iri tarixi-bədii qoruqdur. Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, ölkəmizin qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması dövlətin daim diqqət və marağındadır. 2007-ci il  23 iyun - 2 iyul tarixlərində Qobustan dövlət tarixi-bədii qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib.



    Qoruğun bütün dünya üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hökuməti hələ 2002-ci ildə onun Dünya İrsi Siyahısına daxil edilməsi məqsədi ilə tələb olunan sənədləri YUNESKO-ya təqdim edib. Həmin məqsədlə 2006-cı ildə Qobustan Nominasiya İşi və İdarə Etmə Planı hazırlanıb və YUNESKO-ya ünvanlayıb. Bu dövr ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun baş direktoru Kouşiro Matsuura Azərbaycana dəvət olunub, Qobustan abidələri ilə tanış edilib, YUNESKO və İCOMOS-un ekspertləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Fəaliyyət Planına məsləhətçi dəstəyi verib, qoruğun qiymətləndirilməsini həyata keçiriblər.
    Prezident İlham Əliyev həmçinin  “Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Qobustan Milli Tarix-Bədii Qoruğundakı unikal qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət başçısının Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat vəsait ayrılması barədə qərarı yer alıb.


    Qobular diyarı


    Qobustan Dövlət Tarix və Bədii Qoruğu - Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada həmçinin muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.
    Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləyiblər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranıb. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin ardıcıl olaraq yaratdığı dağıntılar və “quraşdırmaların” nəticəsidir. Qobustan adının da mənşəyi məhz bu təbii şəraitlə izah edilir.
    Digər bir versiyaya görə isə Qobustan sözünün ilkin forması Gavistan şəklində olub. Belə ki,  “gav” farsca öküz, inək, “stan” isə diyar anlamında yer bildirən şəkilçidir. Başqa bir versiyaya görə isə bu yerin adı Kəbristan olub. “Kəbr” oda sitayiş edən, “stan” isə diyar anlamında kimi qəbul edildikdə söz oda sitayiş edənlərin diyarı kimi anlaşılmaqdadır. Bu versiyaya görə, bu yerlərdə atəşpərəstlər yaşayıb, ona görə də ərazi Kəbrstan adlandırılıb.


    Maddi-mədəniyyət qalıqları


    Hal-hazırda Qobustanın təbiəti Azərbaycanın Aran rayonlarına daha çox uyğundur. 20 – 25 min il əvvəl isə bu yerlərin təbii şəraiti tamamilə fərqli olub. 10 – 12 min il bundan əvvəl Qobustan qayalarına çəkilən heyvan və insan şəkillərindən görünür ki, o zaman bu yerlərdə davamlı isti iqlim hökm sürüb. İnsanlar nazik paltarlarla keçinib, kişilər bellərinə kəmərçin bağlayıb, qadınlar isə dəridən qısa don geyiblər.
    Hava həmişə isti, yaşıllıq və su bol olduğundan bu yerlər ot yeyən heyvanların örüşü olub. Qobustanda saysız-hesabsız çöl heyvanı, öküz, at, keçi, gur, maral və başqa heyvanlar yaşayıblar. Qayaüstü təsvirlərdən və arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılardan görünür ki, qədim dövrdə bu ərazidə pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcı heyvanların da məskəni olub. Mütəxəssislər qayalarda təsvirlərinə rast gəlinməyən bir heyvanın – filin də Qobustan ərazisində yaşadığını qeyd edirlər. Qayaüstü təsvirlərdə filin olmamasının səbəbi odur ki, bu yerlərdə bizə məlum insan həyatı 10 - 15 min illə ölçülür, fil isə milyon illər bundan əvvəl yaşayıb. Aşkarlanan sümüklərin tədqiqindən sonra müəyyən edilib ki, bu sümük vaxtilə Qobustanda yaşayan cənub filinin boyun fəqərəsinin VI sümüyüdür.
    Qobustan qışlaq kimi Azərbaycan maldarlarına çoxdan məlum olub. Lakin oradakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından professor İshaq Cəfərzadə 1939 – 1940 – cı illərdə aşkara çıxarıb. 1941- ci ildə başlanan Böyük Vətən müharibəsi ilə əlaqədar olaraq axtarışlar dayandırılıb və bir də 1947 - ci ildə davam etdirilib. İ. Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilən 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qydə alıb, 20 qayaaltı sığınacaq aşkarlanıb.
    Bunlardan sonra İ. Cəfərzadənin rəhbərliyi altında C. Rüstəmovun və F. Muradovanın apardıqları axtarışlar və arxeoloji qazıntılar nəticəsində çoxlu rəsmlər, yaşayış məskənləri və maddi-mədəniyyət qalıqları aşkara çıxarılıb. Böyükdaş dağındakı “Ana zağa” yaşayış məskənində aşkara çıxarılan üç mədəni təbəqədən iki alt təbəqə bilavasitə daş dövrünə aiddir.
    Qobustan abidəsi bir də onunla maraqlıdır ki, burda insan həyatı təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlayaraq ta XVIII əsrə qədər ardı-arası kəsilmədən davam edib.
    Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSR-in Nazirlər Soveti 1966- cı il 9 sentyabr tarixli qərarı ilə Qobustanı Dövlət Tarix və Bədii Qoruğu elan edib. Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir.


    Qayaüstü təsvirlər


    Qədim qobustanlılar əsasən açıq havada yaşayıblar. Lakin şiddətli yağış və küləkli günlərdə onlar mağaralara, qayaaltı sığınacaqlara və ya baş-başa dayanan iri qayaların altına çəkiliblər. Hələlik məlum olan qayaaltı sığınacaqların ən yaxşı nümunələri Böyükdaş və Kiçikdaş dağlarının cənub-şərqində yerləşən iri düşərgədir. Arxeoloqlar bu yaşayış yerlərinin birini “Çardaq zağa”, digərini isə “Feyruz-1” adlandırıblar.
    Bu düşərgələrin hər ikisinin tavanını qərbdən torpağa oturmuş iri yastı qaya təşkil edir. Mütəxəssislər güman edirlər ki, bu sığınacaqlarda yaşayanlar ev işlərinin bir hissəsini düşərgələrin yastı tavanı üstündə edirlərmiş. Belə düşərgələrdən biri də Böyükdaş dağının cənub enəcəyindəki “Yeddi Gözəl” mağarasıdır.
    Böyükdaş dağndakı “Ana zağa” və “Ovçular zağası” baş-başa dayanan hündür qayalar arasında dayanan sığınacaqlardır. Bu mağaraların adını onları kəşf edən arxeoloq İshaq Cəfərzadə qoyub. Cingir dağdakı Yazılıtəpə də vaxtilə bu cür yaşayış yerlərindən biri olub. Lakin o yerlərin torpağı çox narın olduğundan və həmişə axar sular vasitəsi ilə yuyulduğundan qayalar yerə oturub və əvvəlki vəziyyətlərini itiriblər.
    Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danışıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsiylə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər.
    Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilən, bir-birini təkrar edən və etməyən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır.
    Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilib. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilib, gah kiçildilib, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılıb. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilib. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ biliblər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur.
    Qaya təsvirlərində qəbilə həyatının demək olar ki, bütün əsas cəhətləri öz real əksini tapıb. Sürək yolu ilə kollektiv ovçuluq ox icad edildikdən sonra formasını dəyişsə də, xeyli müddət kollektivliyini itirmir. Bu, Böyükdaşdakı 45 saylı qayada təsvir olunan oxla kollektiv ov səhnəsindən aydın görünür. “Yeddi Gözəl” mağarasında çəkilən şəkillərdən məlum olur ki, ovçuluqda qadınlar da iştirak ediblər.
    Böyükdaşdakı 8 saylı və bir sıra başqa qayalarda çoxlu gəmi təsviri vardır. Bu gəmilərin burnunda şüalanmış günəş şəkli nəqş olunub. Buradan görünür ki, qobustanlılar gəmi vasitəsiylə dənizə çıxa bilirdilər.
    Bütün bu və digər rəsmlər elə bil ki, qobustanlıların həyatı haqqında səhifələrin daşlaşmış gözəl albomudur.
    Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir. Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadıqları Yallı rəqsini xatırladır. Bu rəqs, vaxtilə qəbilənin estetik zövqünü təmin etməklə yanaşı, həm də birgə ov zamanı hədəfə hamılıqla bir anda zərbə endirmək və bununla da ovu sarsıtmaq vərdişlərinin yaranmasına kömək edirdi.


    Qavaldaşın musiqisi


    Böyükdaş və Cingirdağda olan və “Qavaldaş” adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu – “Qavaldaş”ın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi.
    Cingirdağdakı “Qavaldaş”ın quruluşu belədir: təpənin döşündə yastq kimi iki iri daşın üstündə üçüncü daş qoyulub. Bu daş altdakılar nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.
    Böyükdaşdakı “Qavaldaş”ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılıb. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulub. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir.
    Bu möhtəşəm musiqi qurğuları bu gün də yerlərində durur və öz quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin böyük diqqətinə və heyrətinə səbəb olur.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 530
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30