Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əlillik: milli qanunvericilik və beynəlxalq sənədlər
    “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən əlilliyi olan şəxslər kateqoriyası qanunvericilikdə  anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxslər kimi nəzərdə tutulur. Qanuna müvafiq olaraq uşaqlara münasibətdə əlil ifadəsi sağlamlıq imkanları məhdud ifadəsi ilə əvəz edilmişdir.



    Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq – orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması əlilin və sağlamlıq imkanları məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.
    Qanunvericilikdə əlil olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması əlilin özünəxidmət, hərəkət, səmtləmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində əks etdirir. Həmçinin qanunvericilikdə əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları nəzərdə tutulmuşdur.
    Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
    “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Onlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur. Onların hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
    “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində” 02 oktyabr 2008-ci il tarixli 686-IIIQ nömrəli Azərbaycan Respublikası Qanunu və “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində 02 oktyabr 2008-ci il tarixli 687-IIIQ nömrəli Azərbaycan Respublikası Qanunu əlilərin hüquqlarının qorunması, onlara qarşı hər hansı ayrı- seçkiliyə yol verilməməsi, qanun qarşısında bərabərliyin təmin olunması, onların reabilitasiyası, potensialının artırılması, sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının artırılması istiqamətində vəzifələr müəyyən edir.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən respublika üzrə 01 oktyabr 2010-cu il tarixə 400587 nəfər əlil vardır. Bunlardan 186444 nəfəri qadındır. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 57999-dur.
    Konvensiyanın müddəalarının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində aidiyyəti dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi Qrup yaradılmışdır. İşçi Qrupun əsas vəzifəsi Konvensiyadan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Qrupun üzvlərinin təmsil etdikləri qurumların fəaliyyət planları və inkişaf strategiyalarında əlillərin hüquqlarının müdafiəsi üzrə müddəaların müvafiq şəkildə əks etdirilməsini və həyata keçirilməsini təmin etməkdən ibarətdir.
    Azərbaycan Respublikası Hökuməti Konvensiyanın tətbiq edilməsi istiqamətində qanunvericilik bazasının və proqramların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının rəy və təkliflərini nəzərə alır. Bununla yanaşı, müvafiq dövlət qurumları Konvensiyanın icrası istiqamətində əlilliyi olan şəxslərin müxtəlif profilli təşkilatları ilə əməkdaşlıq şəraitində birgə layihələr həyata keçirir.
    Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.


    Hamı qanun və məhkəmə qarşısında bərabərdir


    Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna uyğun olaraq Azərbaycanda  əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq Bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Onlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur. Onların hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
    Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.


    Əlil qadınlar 


    Azərbaycan Respublikasının Konstitusiyasına əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları var.  Dövlət cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, insan və vətəndaş hüquqları  və azadlıqlarını cinsi mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
    Qeyd olunmalıdır ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində bərabərlik hüququnu təsbit edən konstitusion normalar daha da təkmilləşdirilmişdir. Belə ki, əsas qanunun 25-ci maddəsinə (Bərabərlik hüququ) edilmiş əlavələrə əsasən heç kəsə cinsindən və digər əsaslara görə güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud onların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
    Qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən ən əsası bu sahədə fundamental sənədlərdən olan 10 oktyabr 2006-cı il tarixdə “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsi olmuşdur. Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsidir.
    Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
    Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda (MFP) digər hüquqlarla yanaşı, qadın hüquqlarının da müdafiəsi tədbirləri öz əksini tapmışdır. MFP-da zorakılıqla mübarizənin gücləndirilməsi, zorakılıq qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş maarifləndirmə işinin təşkili nəzərdə tutulmuşdur.
    Azərbaycan gündəlik zorakılıqla mübarizəni beynəlxalq prinsiplər və milli qanunvericilik əsasında sistemli şəkildə təşkil etmək məqsədilə Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli Qərarı ilə “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” təsdiq edilmişdir.
    Bu sahədə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 iyun 2010-cu il tarixdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunmuşdur. Həmin Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, belə zorakılıqdan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə ona səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.


    Əlil uşaqlar


    Sağlamlıq imkanları məhdud uşaqlar qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Onlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. 19 may 1998-ci il tarixdə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Qanuna əsasən dövlət orqanları, bütün fiziki və hüq uqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Sağlamlıq imkanları məhdud oğlan və qızların vəziyyəti, eləcə də onların hüquqlarının qorunması,  təhsili, reabilitasiyası, sosial müdafiəsi və digər sahələrdə onlara münasibətdə hər hansı fərq yoxdur.
    Həmin Qanunun 35-ci maddəsinə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür.
    Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və uşağa qulluq edәn şәxsә yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə ödәnilir.
    Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında əmək qabiliyyətinin itirilməsinə görə müavinət almaq hüququna malikdir.
    Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmiş və bununla əlaqədar Tədbirlər Planı təsdiq olunmuşdur.
    2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklər, həmçinin uşaq hüquqlarının təşviqi və dövlətimizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Konstitusiyanın 17-ci maddəsində valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olduğu, uşaqların onların həyatı, sağlamlığı və ya mənəviyyatı üçün təhlükə törədən fəaliyyətə cəlb edilməsinin, habelə 15 yaşına çatmamış uşaqların işə götürülməsinin qadağan olunduğu, uşaq hüquqlarına dövlət nəzarətinin həyata keçirildiyi müəyyən edilmişdir.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 542
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30