Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma qrupu. 1 (6)
    Bələdiyyə-KİV münasibətləri

    Bələdiyyə seçkili orqan olduğu və müddətli idarəetmə üsulu ilə idarə edildiyi üçün bələdiyyə üzvü seçilən insanlar siyasi şəxs sayılır. Daha açıq bir ifadə ilə, siyasətlə məşğul olmayan bu postu tuta bilməz. Siyasi fəaliyyətlə məşğul olan şəxslərə hər zaman bir tribuna ehtiyac olmuşdur. Kütləvi informasiya vasitələri bu baxımdan bələdiyyə rəhbərləri üçün mühüm vasitədir.



    Bələdiyyələrin mənafeyi tələb edir ki, onların xalqla münasibətlərini qurmaq üçün bir vasitə olsun. Mətbuat bu baxımdan ələdüşməz fürsətdir. Bələdiyyələr mətbuat vasitəsi ilə proqramlarını, aldıqları qərarları, icra fəaliyyətlərini, elanlarını, elmi-mədəni fəaliyyətlərini, idman tədbirlərini, seçicilərinə çatdırma fürsəti əldə edirlər.
    Bələdiyyələrin quruluşundakı qanuni nöqsanlar bələdiyyə seçkilərində də təkrarlandığından və çoxsaylı bələdiyyələrə təsadüfi şəxslər üzv seçildiyindən bələdiyyələrin işinin təşkilində ciddi problemlər qalmaqdadır. Bələdiyyələr nəyinki geniş ictimaiyyət nümayəndələri və media ilə münasibət qura bilmir, hətta öz seçiciləri ilə normal dialoq qurmaqda da çətinlik çəkirlər. Əslində bələdiyyənin vətəndaşlar və ictimaiyyətlə rabitə qurmaq, bələdiyyə xidmətlərini və ehtiyaclarını ictimaiyyətə çatdırmaq bələdiyyənin müvəffəqiyyətli olmaları baxımından önəmlidir. Bunun üçün bələdiyyələr öz fəaliyyətlərinin nəticələrini xalqa çatdırmaq üçün pres-relizlər hazırlamalı, qəzet və jurnallar nəşr ettirməli, afişalar, bukletlər hazırlayıb, yaymalı, mətbuatla isti münasibətlər qurmalı, ictimaiyyətə çatdırılması zəruri bilgiləri toplayıb xalqa duyurmaq üçün toplantılar, birifinqlər, tanıtım tədbirləri təşkil etməlidirlər.
    Bu tədbirlər paketini bələdiyyə həm özü birbaşa həyata keçirə bilər, həm də bələdiyyə nəzdində İctimaiyyətlə əlaqələr şöbəsi quraraq bu şöbə vasitəsi ilə də həyata keçirə bilər.
    İctimaiyyətin ən önəmli təmsilçiləri olan mətbuat ilə bələdiyyələrnin münasibətlərinə gəldikdə, bu münasibətlərin iki tərəfi var. Bunlar həm mətbuatın həm də bələdiyyələrin mənafeindən dəyərləndirilməlidir.


    Mətbuat ictimaiyyətin nəbzini tutmalıdır


    Mətbuat ictimai maraqları hər zaman diqqətə almalı, ictimaiyyətin nəbzini tutmalıdır. Mətbuat xalqla xalqı idarə edənlərin arasında özünə bir yer seçib. Bu elə bir yerdir ki, nə idarə edənlərin yanında deyil, nə də tam xalqın yanında deyil.
    Bunların hər ikisi davamlı olaraq mətbuata təzyiq edə bilirlər. Bu təzyiqlərə baxmayaraq mətbuat obyektivliyini itirməməli nə tam idarə edənlərin yanına keçməli, nə də tamamilə xalqın tərəfində durub  onların mövqeyindən çıxış etməlidir. Mətbuat üçüncü tərəf olmalıdır. Belə olan təqdirdə hadisələrə obyektiv-tərəfsiz baxmaq olar.
    Bu baxımdan mətbuat yerli özünüidarə orqanlarının fəaliyyətini hər zaman diqqət mərkəzində tutmalı, bələdiyyələrin nə işlər gördüyunu, hansı xidmətləri qüsursuz yerinə yetirdiyini, hansı xidmətlərdə çatışmamazlıqların olduğunu, hansı büdcə xərcləmələrinin hansı məqsədlərlə xərcləndiyini, hansı mühüm məsələlərin həll edilmədiyini, xalqın problemlərindən hansılarının öncəlikli olduğunu, əhalinin sosial problemlərinin, iqtisadi və ekoloji problemlərinin hansı miqyasda olduğu və bu kimi məsələləri daima diqqətdə saxlamalıdır. Bu məsələlərin diqqətdə olması bələdiyyələrin fəaliyyətlərində ictimai nəzarətin və özəlliklə daimi ictimai nəzarətin olduğunu göstərəcək, bələdiyyə rəhbərləri və qulluqçuları öz hərəkətlərində, xərcləmələrində, kapital qoyuluşlarında daha korrekt, daha diqqətli olacaqlar. Qəbul etdiyi hər bir qərarın, hər bir hərəkətin, hər bir icra fəaliyyətinin izləndiyini bilən bələdiyyə idarəçiləri daha doğru qərarlar qəbul edəcək, daha az vəsaitlə daha çox iş görmək istəyəcəklər.
    Mətbuatın bələdiyyə fəaliyyətini nəzarətdə saxlaması əhalinin mənafeinə uyğun olduğu üçün, əhali o mətbuat orqanına daha çox rəğbət göstərəcək, onun daimi oxucusuna çevriləcək. Mətbuat orqanlarının bu durumda qazancı ikiqat olacaq.
    Oxucularının sayı və onlara olan etibar artacağı kimi, öz şərəfli vəzifəsini-ictimaiyyətə obyektiv xidmət göstərmə vəzifəsini də qüsursuz həyata keçirəcək.   
    Bəzi inkişaf etmiş ölkələrdə mətbuat özəlliklə bələdiyyə fəaliyyətini daima nəzarət altında tutur. Bələdiyyənin bütün fəaliyyətini və o cümlədən əgər fəaliyyətsizliyi varsa onu əhaliyə çatdırır. Burada xüsusilə jurnalistlərin yüksək ixtisaslaşmalarının da rolu böyükdür. Jurnalistlər müəyyən sahələrdə içtisaslaşdıqca o sahənin incəliklərini öyrənir. Bir sahənin peşəkar bilicisi olan jurnalistin diqqətindən nəyisə saxlamaq-gizləmək mümkün deyil.


    Hər iki tərəfin mənafeyi qarşılıqlı qorunmalıdır


    Bu metod bəldiyyələr ilə mətbuatın münasibətlərində önəmli rol oynayır. Belə olan halda hər iki tərəfin mənafeyi qarşılıqlı qorunmuş olur. Bu münasibətlərin normal olmasında ən qazanclı çıxan tərəf isə şübhəsiz xalqdır. Xalq mətbuat vasitəsi ilə olanlardan xəbər tutur və araşdırmaçı yazarların qələmindən tökülən sətirlərlə onların mənafelərinin nə qədər qorunub-qorunmadığını öyrənmiş olur.
    Bələdiyyələrin mətbuatla münasibətlərinin ikinci tərəfi qeyd etdiyimiz kimi məsələyə bələdiyyələrin mənafeyndən baxmaqdır. Media vasitələri zəmanəmizdə böyük gücə sahibdirlər. Bu gücü müsbət istiqamətə yönəltmək mümkün olarsa onun meyvələrini sürətlə toplamaq mümkündür.
    İnkişaf etmiş ölkələrdə bələdiyyələr öz fəaliyyətləri ilə bağlı məlumatların ictimaiyyətə doğru, obyektiv, qüsursuz çatdırılmasını təmin etmək məqsədi ilə “Media və İctimaiyyətlə Əlaqələr” şöbəsi yaradır, bu şöbənin özünün də bir neçə qolu olur. Bu qollardan biri əhali ilə əlaqələri tənzimləyir, şikayətləri və təklifləri qəbul edir, bunları incələyərək qərar qəbul edilmək üzərə rəhbərliyə təqdim edir. Digər bir qol mətbuatla münasibətləri tənzimləyir.
    Bələdiyyənin yaymaq istədiyi məlumatları ümumiləşdirərək pres-reliz formasında yayır, bələdiyyə fəaliyyətləri haqqında medianı bilgiləndirir. Media quruluşları ilə bələdiyyə sədri arasında körpü rolu oynayır. Bələdiyyə sədri ilə özəl reportajların hazırlanması, özəl xəbərlərin, araşdırmaların hazırlanması, televizya proqramlarında iştirakının təşkili kimi məsələləri həll edir və jurnalistlərlə yaxından əməkdaşlıq edir.
    Media və ictimaiyyətlə əlaqələr şöbəsi bələdiyyənin özəl internet səhifəsinin hazırlanması və saxlanması işini öhdəsinə götürür. Müntəzəm olaraq bu səhifəni yeniləyir, bələdiyyə haqqında, bələdiyyənin fəaliyyəti haqqında bütün məlumatları buraya daxil edir. Bələdiyyənin təşkil edəcəyi tədbirləri əvvəlcədən ictimaiyyətə çatdırır və hətta təşkilati işlərdə mühüm rol oynayır.
    Azərbaycanda bələdiyyə mətbuat münasibətləri olduqca zəif inkişaf etməkdədir. Peşəkar mənada bu münasibətlərdən danışmaq hələ tezdir. Lakin yavaş-yavaş bu münasibətlərin normallaşacağı gözlənilir. Hər iki cəbhədən bu istiqamətdə ilk addımların atıldığını görmək mümkündür.


    Bir çox bələdiyyənin adı problemlərlə bir yerdə xatırlanır


    Bəzi bələdiyyələrin fəaliyyətləri mətbuat səhifələrində özünə yer tapa bilir.  Özəlliklə bir az aktiv olan Yasamal, Rəsulzadə, Xətai  bələdiyyələri kimi öncül bələdiyyələrin mətbu orqanlarla münasibət qurduqları görülür. Təəssüf ki bəzi bələdiyyələr onların fəaliyyətlərinin mətbuatda işıqlandırılmasından narahatçılıq keçirir, ictimailəşmək istəmirlər. Hətta müəyyən məsələlərdən çəkindikləri üçün onların haqqında məlumatların yayılmasını istəmirlər. Bir çox bələdiyyənin adı isə ancaq problemlərlə bir yerdə xatırlanır. Ayrıca, bələdiyyələrin büdcə imkanları zəif olduğundan onlar reklam verərək öz fəaliyyətlərinin yayılmasını təmin edə bilmirlər.
    Bələdiyyə mətbuat münasibətlərinin mətbuat baxımından vəziyyəti də qənaətbəxş deyil, həttə bu münasibətlər olduqca zəifdər. Ölkə miqyasında yayılan heç bir mətbu orqanın bələdiyyələrlə bağlı nə əlavəsi, nə ayrıca ayrılmış səhifəsi nə də səhifələrində ayrılan bir bölümə rast gəlmək mümkün deyil. Bu sektorun qanuni bazasını, fəaliyyət istiqamətini və s. bilən ixtisaslaşmış jurnalistlər qrupu da təəssüf ki yozdur. Qəzetlərdə bələdiyyələrlə bağlı qarşılaşdığımız məlumatların böyük əksəriyyəti qeyri hökumət təşkilatlarının hansısa xarici ölkədən aldığı qrantın tətbiqi ilə bağlı keçirilən tədbirlərdən məlumatlardır.
    Bələdiyyə qurumlarının yeni olması, ictimaiyyət tərəfindən hələ tam dərkedilməməsi mətbuatın da məsələyə yanaşmasına mənfi təsir göstərir. Mətbuat bələdiyyələrlə bağlı araşdırmalar aparılması, fəaliyyətlərin işıqlandırılması ehtiyacını hissi etmir. Mətbuatın özünün də problemi bələdiyyə sektorunu yaxşı bilən, ixtisaslaşmış peşəkar jurnalistlərin hazırlanmamasıdır. Bu sektorun fəaliyyət istiqamətini, qanuni bazasını bilməyən jurnalist cəmiyyətin diqqətini bu sektordakı çatışmamazlıqlara yönəldə bilməz.


    Nəticə etibarı ilə...


    Bələdiyyələr ilə mətbut münasibətləri çox zəifdir. Burada bələdiyyələrin fəaliyyətsizliyinin də rolu az deyil. Bələdiyyələr toplumun diqqətini çəkən işlər görə bilmir, sadəcə dövlətin ildə bir dəfə verdiyi cüzi miqdarda dotasiyanı maaş olaraq qulluqçuları arasında paylaşmaqdadır. Ciddi işlər görülmədiyindən mətbuatın laqeyidliyi özünə yer tapır. İşlərin az görülməsi problemlərin çox qalmasına səbəb olur.
    Bu sektorda problemlər olduqca çoxdur. Ancaq mətbuatda problemlərə də yer verilmir. Burada, mətbuatın həddindən çox siyasiləşməsi və sadəcə siyasi hadisələrə yer verməsinin payı şübhəsiz böyükdür. Mətbuat orqanlarının böyük əksəriyyətinin tərəfsiz olmaq kimi bir dərdi yoxdur. Onların çoxu təsisçilərinin məqsədlərinə xidməti, ictimai mənafeyə xidmət göstərməkdən üstün tuturlar.
    Bütün sahələrdə olan problemlərin bu sahədə də olması təbii haldır. Lakin ölkədə inkişaf getdikcə, demokratikləşmə prosesi sürətləndikcə bu sektorlar arası münasibətlər inkişaf edəcək və ictimai maraq dairəsinə girəcək.   


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 808
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30