Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi. Araşdırma – 1 (5)
    Azərbaycanda ətraf mühit:  132 ölkə arasında dünyada 2-ci

    Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə 132 ölkə arasında dünyada 2-ci, mövcud ekoloji vəziyyətə görə 111-ci yeri tutub.  2012-ci ilin yanvarında ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin indeksində bildirmişlər ki, sənəddə 132 dövlət arasında 2 istiqamət - ölkənin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri üzrə qiymətləndirmə aparılmışdır.



    Mövcud ekoloji vəziyyətə görə Azərbaycan 111-ci, ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə isə 2-ci yerdədir.
    Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin indeksində ətraf mühitin vəziyyəti və ekoloji durumun dəyişikliyi 10 sahə üzrə, 22 indikator əsasında qiymətləndirilmişdir.
    Ekoloji qiymətləndirmə geniş çərçivədə aparılmış, sırf ətraf mühit komponentləri ilə bərabər, qapalı məkanlarda havanın keyfiyyəti, kənd təsərrüfatına subsidiyalar kimi məsələlər də qiymətləndirilmişdir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olan komponentlərin qiymətləndirilməsinin təhlili göstərir ki, ekoloji problemlərin həlli istiqamətində sürətlə həyata keçirilən tədbirlər səmərəli olmuş və fəaliyyət istiqaməti düzgün seçilmişdir.
    Azərbaycanın ətraf mühitin vəziyyəti ilə bağlı 111-ci yerdə qərarlaşması son illərdə əldə olunmuş ekoloji inkişaf nəzərə alınmaqla Azərbaycanda ekoloji problemlərin mövcudluğunu və onların əsasən keçmişdən miras qaldığını göstərir. Ətraf mühitin vəziyyəti qiymətləndirilən zaman neftlə çirklənmiş və deqredasiyaya uğramış ərazilər, çirkab suların idarə olunması ilə bağlı problemlər və s. məqamlar əsas götürülmüşdür.
    Abşeron yarımadasında 150 il ərzində 10 min hektar torpaq neftlə çirklənmişdir. Son illər ərzində bunun yüzlərlə hektarı təmizlənmişdir. Su təchizatı və sanitariya ilə bağlı yığılıb qalmış problemlərin də sürətlə həllinə başlanılmışdır. Bu məqsədlə böyük investisiya yatırımları hesabına respublikanın bütün bölgələrində iri layihələr həyata keçirilir.
    Ümumilikdə, bu günədək ekologiya sahəsində qiymətləndirmə aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin mənşəyi məlum olmayan məlumatlar əsasında Azərbaycandakı fəaliyyəti adətən mənfi qiymətləndirdiklərini nəzərə alsaq, ABŞ-ın tanınmış Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanmış ekoloji indeksdə Azərbaycanın son illərdə ən çox nailiyyətlər əldə etmiş ölkələr arasında 2-ci yeri tutması ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsini göstərir.
    Uşaq ölümü indikatoru əsasında qiymətləndirilən ətraf mühitlə bağlı xəstəliklər üzrə ölkəmiz 86-cı yerdə olmasına baxmayaraq, bu göstərici üzrə son illərdəki fəaliyyətə görə Azərbaycan maksimum nəticə göstərərək birinci yeri tutmuşdur. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaratmışdır. Təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın insanın Dünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. fəaliyyət belə nəticələrin əldə olunmasına gətirib çıxarmışdır.
    Meşələrlə bağlı məsələlərdə qiymətləndirmə aparılmış hər 3 komponent – meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində – həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə Azərbaycan ən yüksək nəticə göstərərək 132 dövlət arasında 1-ci yeri tutmuşdur. Belə yüksək qiymət sevindirici faktdır. Çünki Azərbaycanda meşələrin sahəsi siyahının sonunda qərarlaşmış bir çox dövlətlərlə müqayisədə çox azdır. Buna baxmayaraq Azərbaycanın meşələrlə bağlı yüksək qiymətləndirilməsi əldə olunmuş nailiyyətləri göstərir. Bu qiymətləndirmədə yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırılma hallarının ilbəil azalması nəzərə alınmışdır.
    İqlim dəyişikliyi bəndi üzrə Azərbaycan son illərdəki fəaliyyətə görə 1-ci, mövcud vəziyyətə görə isə 67-ci yerdədir. Məlumdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik səmərəsi yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, həmin tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon tona enmişdir. Buna ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması da daxil olmaqla davamlı inkişaf prinsiplərinə böyük əhəmiyyət verilməsi nəticəsində nail olunmuşdur.
    nativ enerji sektorunun inkişafı prioritet istiqamət kimi seçilmiş, ildə 30 meqavatt gücündə günəş panellərinin istehsalı zavodu istifadəyə verilmiş, hibrid enerji layihəsi həyata keçirilmişdir.
    Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazisində iqlim dəyişmələrinin tədqiqi, buradakı buzlaqların iqlim dəyişmələri ilə əlaqədar dinamikasının, həmçinin bu ərazidəki ekosistemin kompleks öyrənilməsi məqsədilə Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılmış, Tufandağın zirvəsində, Şahdağda və Şahdüzündə avtomat meteoroloji stansiyalar quraşdırılmış və enerji tələbatı nativ enerji hesabına təmin olunmuşdur.
    Beynəlxalq ekoloji indeksdə əsas yaşam yerlərinin mühafizəsi, biomların mühafizəsi və mühafizə olunan dəniz əraziləri indikatorları əsasında qiymətləndirilmiş biomüxtəliflik üzrə Azərbaycan son on ildə inkişafa görə 45-ci, faktiki vəziyyətə görə isə 100-cü yerdədir. Bu inkişaf xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, nadir bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilməsi, mühafizə tədbirlərinin ciddiləşdirilməsi hesabına nəsli kəsilmək təhlükəsi qarşısında olan nadir növlərin təbii artımına nail olunması ilə bağlıdır.
    Suyun insan sağlamlığına təsiri üzrə ətraf mühitin vəziyyətinin indeksi 111, son 10 ildə ekoloji inkişafın göstəricisi isə 56-dır. Bu istiqamət qiymətləndirilərkən bir tərəfdən indiyədək, ümumilikdə, kanalizasiya sisteminin mövcudluğu və əhalinin içməli su ilə təminatı məsələləri, digər tərəfdən isə son vaxtlar bu sahədə görülmüş işlər nəzərə alınmışdır.
    Son illər ölkədə mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi, su hövzələrinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğulardan ibarət Xəzəryanı ölkələr arasında ilk dəfə Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi yaradılmışdır.
    Mərkəzləşmiş şəkildə təmiz içməli suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də qısa müddətdə təhlükəsiz su ilə təmin edilməsi üçün modul tipli sutəmizləyici qurğular qurulur.
    Azərbaycan, eyni zamanda, kənd təsərrüfatı üzrə 111-ci, bu sahədəki inkişaf göstəricilərinə görə isə 58-ci yerdə qərarlaşmışdır.
    Atmosfer havasının ekosistemə təsiri üzrə Azərbaycana 94-cü, bu sahədəki son 10 ildə inkişaf göstəricilərinə görə isə 24-cü yer verilmişdir. Ölkəmizin bu sırada qərarlaşmasına səbəb elektrik enerjisinin alınmasında mazutdan imtina olunaraq tamamilə təbii qaza keçilməsi və elektrik enerjisi vahidinin istehsalına sərf olunan şərti yanacağın 2000-2010-cu illər ərzində 411,3 qramdan 304,5 qramadək azaldılmasıdır.
    Atmosfer havasının insan sağlamlığına təsiri baxımından Azərbaycan 76-cı, bu sahədəki inkişaf göstəricilərinə görə isə 116-cı yeri tutmuşdur.
    Balıqçılığa dair göstərici üzrə Azərbaycan qiymətləndirilməmişdir. Bu sahə üzrə qiymətləndirmə 200 millik iqtisadi zona konseptinə əsasən aparılır. Hələlik Xəzər dənizinin statusuna dair danışıqlar başa çatmadığından qeyd olunan qiymətləndirmə Azərbaycan üzrə aparılmamışdır.


    Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 511
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30