ABŞ dövlət katibi Hillari Klinton çərşənbə axşamı Afrikaya edəcəyi bir həftəlik səfərini Seneqaldan başlayacaq. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, səfər haqda məlumatda Klintonun Seneqal da daxil edilməklə, digər bir neçə ölkəyə gedəcəyi deyilir. Birləşmiş Ştatlar rəsmilərinin bildirdiyinə görə, dövlət katibi Seneqalın paytaxtı Dakarda universitet tələbələri qarşısında demokratiya ilə bağlı nitq söyləyəcək.