Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident İlham Əliyev Lənkəran rayonunda səfərdədir
    Bu gün Prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

    Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır. Ümumi sahəsi dörd hektar olan parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Heydər Əliyev xatirə parkında asudə vaxtın səmərəli keçirilməsi və mənalı istirahət üçün hər cür şərait vardır.
    Lənkərana səfəri çərçivəsində Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib.
    Dövlət başçısına məlumat verilib ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənmişdir.

    Heydər Əliyev xatirə parkında yerləşən mərkəzin muzeyində ulu öndərin büstü qoyulub. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanıb. Burada ulu öndər Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, eləcə də dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrlərə aid maraqlı fotolar vardır. Bu fotolardan aydın görünür ki, bütün həyatını xalqının inkişafına həsr edən ümummilli lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkəmizi tərəqqi yoluna çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Lənkərana səfərləri rayonun tərəqqisi ilə xarakterizə olunur. Bu səfərlər Lənkəranın tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi düşmüşdür.
    Mərkəzdə dahi şəxsiyyətin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, eləcə də Prezident İlham Əliyevin Lənkərana səfərlərini əks etdirən fotolar da vardır.
    Burada, həmçinin 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqvistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, virtual sinif vardır.
    Binada yaradılan tədqiqatçılar qrupunda ümummilli lider Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkərana səfərlərinə dair fotolar, qəzetlər, sənədlər toplanmışdır. Həmin səfərlər zamanı ulu öndər Heydər Əliyev ilə görüşən insanların xatirələri və səs yazıları burada toplanmışdır.
    Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılmışdır.
    Zallar müasir akustika sistemləri ilə təchiz olunmuşdur.
    Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
    Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlıq etdi.
    Sonda xatirə şəkli çəkdirildi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 293
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30