Şimali Koreyada leysan və fırtına fəlakətə çevrilib
Şimali Koreyada keçən həftədən davam edən leysan və fırtına fəlakətə çevrilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, rəsmi mənbələr fəlakət nəticəsində 88 nəfərin öldüyünü, 134 nəfərin yaralandığını bildiriblər. Ölkədə 5 mindən çox evin tamamilə dağıldığı, 12 mindən çox evə ziyan dəydiyi bildirilir. Fəlakət nəticəsində 62 mindən çox şimali koreyalı evsiz qalıb.