Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ailə və Əmək məcəllələrinə dəyişikliklər edilməsi gözlənilir
    Hadı Rəcəbli: "Analıq məzuniyyəti müddətinin iki həftəlik artırılmasına ilkin razılıq almışıq"

    Fevralın 1-i Milli Məclisin yaz sessiyası işə başlayacaq. Sessiyanın iş planı təsdəqlənməsə də, artıq deputatların bir neçə maraqlı qanun layihələrini müzakirəyə çıxaracaqları şübhəsizdir. Parlamentin Sosial siaysət komitəsinin də yaz sessiyası ilə bağlı planları var. Nəzərə almaq lazımdır ki, bu komitənin müzakirəyə təqdim etdiyi qanun layihələri çox vaxt birmənalı qarşılanmır. Komitənin parlamentin müzakirəsinə təqdim etdiyi "Məişət zorakılığının qarşısının alınması haqqında", "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihələri ilə bağlı mübahisələr bu gün də davam edir. Komitənin sədri, millət vəkili Hadı Rəcəbli isə qanun layihəsinin əleyhinə çıxanların yanıldıqları qənaətindədir:

    - Ötən il müzakirəyə çıxarılan "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsi ətrafında xeyli mübahisə getdi. Etirazlar əslində, cəmiyyətin və parlamentin özünün bugünkü reallıqlardan, dünyada gedən səhiyyə inqilabi proseslərindən uzaq qalmasının nəticəsidir... Bilirsiniz, bəzən yeri gəldi-gəlmədi bu qanunla bağlı etirazları milli menatalitetimizlə bağlayırlar. Əslində isə reproduktiv sağlamlıq mentalitetə dəxli olmayan bir məsələdir. Dünyanın bütün ölkələrində reproduktiv sağlamlıqla bağlı proseslər gedir. Misal üçün qonşu İran İslam Respublikasında bu yöndə önəmli addımlar atılır. Ona görə hesab edirəm ki, bu sənədin müzakirəyə çıxarılmasının özü bizim uğurlarımızdan biri sayılmalıdır. Biz bununla cəmiyyətə bir növ mesay göndərmiş olduq, proqressiv bir qanunvericilik sənədini ortaya qoyduq, sözümüzü dedik, müzakirələr getdi, ciddi polemikalar oldu. İnanıram ki, zamanı gələndə həmin qanun layihəsi də deyilən tələblərə uyğun olaraq qəbul olunacaq. Buna heç bir şübhəmiz yoxdur. Ötən il, həmçinin uzun müddətdən bəri üzərində işlədiyimiz Əmək və Ailə məcəllələri ilə bağlı işləri davam etdirmişik. Sual oluna bilər ki, nəyə görə sözügedən məcəllələrə edilməsi nəzərdə tutulan dəyişikliklər ötən il olunmadı. Bunun başlıca səbəblərindən biri o idi ki, cəmiyyətdə bu dəyişikliklərə birmənalı münasibət olmadı. Qeyd edim ki, bir qrup bu əlavə və dəyişikliklərin edilməsinin tərəfdarı, digər qrup isə əleyhdarı kimi çıxış etdi. Əslində, hər iki tərəfin arqumentlərində də tutarlılıq var idi.

    Yəni biz hər iki tərəflə razılaşmalıydıq. Amma bununla belə, son nəticədə daha proqressiv fikirləri dəstəklədik. Növbəti sessiyada mütləq bu məcəllələrə dəyişikliklər məsələsinə qayıdacağıq...


    - Hər iki məcəlləyə edilməsi gözlənilən dəyişikliklər və əlavələr hansılardır?

    - Ailə Məcəlləsi ilə bağlı mübahisə mövzusu olan dəyişikliklərdən biri qızların evlənmə - nikah yaşının artırılması ilə bağlı məsələdir. Bu məsələ bu gün də polemika mövzusu olaraq qalmaqdadır. Biz təklif edirik ki, qızlar üçün nikah yaş həddi 18 yaş müəyyənləşdirilsin. Amma bəziləri deyirlər ki, istisna hal kimi qızlar 17 və ya 16 yaşda da nikaha girə bilərlər. Biz deyirik ki, nikaha daxil olanlardan tibbi arayış alınsın. Bəziləri isə deyirlər ki, bu, mütləq imperativ norma kimi müəyyənləşdirilsin. Eyni zamanda, əmlak, mülkiyyət müqaviləsinin bağlanması məsələsi də gündəmdədir. Biz deyirik ki, bunu imperativ şəkildə müəyyənləşdirmək olmaz. Çünki digər qanunlarla ziddiyyətlər yarana bilər, amma digər qisim insanlar deyirlər ki, bu məsələ də mütləq imperativ norma kimi məcəllədə öz əksini tapsın və sair. Bunlar polemika doğuran məsələlərdir ki, mütləq baxılmalıdır. Əmək Məcəlləsinə gəlincə, biz doğuşdan sonra qadınların analıq məzuniyyəti müddətinin artırılmasını istəyirik. Burada da iki variant var. Birinci variant bu müddətin iki həftəliyinə, ikinci variant isə üç aylığına artırılmasıdır. Bu da müzakirə mövzusudur və açıq qalır. Onu da deyim ki, biz bu müddətin iki həftəliyinə artırılmasına artıq ilkin razılıq almışıq və bu baxımdan ola bilər ki, sonda elə bu variant üzərində dayanılsın.


    - Deputat həmkarınız və komitənizin üzvü Elmira Axundova dəfələrlə belə bir məsələni gündəmə gətirib ki, bir sıra ölkələrdə, o cümlədən Qazaxıstanda olduğu kimi, Azərbaycanda da uşaq anadan olan kimi onun adına bankda hesab açılsın. Bu məsələ gələcəkdə reallaşa bilərmi?

    - Bu təklif müzakirə mövzusu olaraq qalmaqdadır. Məsələn, Rusiyada uşağın dünyaya gəlməsi ilə bağlı çox ciddi addımlar atılır, buna çox böyük miqdarda maliyyə dəstəyi ayrılır. Orada analıq kapitalı adlı bir məfhum var. Yəni ana hamilə olan andan ona 25 min rubl pul ayırırlar. Bu pul ananın bu dövr ərzində müalicəsinə, müayinəsinə və digər xərclərinə sərf olunur. Eyni zamanda, bu ölkədə ipoteka kreditlərinin uşaqla bağlı maraqlı formaları mövcuddur. Məqsəd də məlumdur. Bu gün Rusiyada təbii artım yoxdur. Hər il Rusiya əhalisi təxminən 780 min nəfər azalır. Hökumət də stimullaşdırıcı addımlar atmaqla təbii artımı bərpa etmək istəyir. Azərbaycana gəlincə, təbii artım 1,1 faizdir. Bunun özü çox böyük rəqəmdir. Biz də illik təxminən 100 min artım var, əhalimizin sayı isə artıq 9 milyon nəfərə çatıb. Bu baxımdan belə hesab edirəm ki, bizdə doğuşu həvəsləndirməkdənsə, daha çox uşaq ölümünün qarşısının alınmasına cəhd göstərilməlidir. Bununla yanaşı, reproduktiv sağlamlığı yaxşılaşdırmağa çalışılmalıdır...


    - Bununla bağlı konkret təklifləriniz nədən ibarətdir?

    - Bu gün bizdə təxminən 12 faiz dünyaya uşaq gətirə bilməyən insanımız var ki, onların sağlamlığına, reabilitasiyasına çalışmalıyıq. Təsəvvür edin ki, bu 12 faiz insanı sağalda bilsək, təbii artımımız haradasa 1,3-1,5 faizə gəlib çata bilər. Bu da çox ciddi rəqəmdir. Ona görə biz doğuşdan daha çox bu dediyimiz məqamlara diqqəti artırmalıyıq. Onu da qeyd edim ki, ölkə başçısının imzaladığı demoqrafik təhlükəsizliklə bağlı proqram var. Demoqrafik təhlükəsizlik də odur ki, bu məsələdə bir az tənzimlənmə olsun. Məsələn, İranda bu məsələ çox ciddi tənzimlənir. Orada sterilizasiya deyilən proses mövcuddur. Hansı ailələrdə ki uşaqları saxlamaq imkanları, maliyyə imkanları məhduddur, onlara uşaq dünyaya gətirməyi dolayısı yolla qadağan edirlər. Odur ki, son illər ərzində İranın əhalisinin sayı dəyişməz olaraq - 70 milyon - qalır. Əlbəttə, bizdə də buna oxşar addımlar atılmalıdır. Məsələn, bu gün 20 dənə it saxlayıb, bir uşağı olan imkanlının demirəm 20 dənə uşağı olsun. Amma belə şəxslərin heç olmasa üç iti, üç də uşağı olmalıdır. Özünüz də fikir versəniz, görərsiniz ki, ABŞ-da, Qərb ölkələrində imkanı geniş olan insanların daha çox uşağı var, nəinki imkansızların. Ancaq bizdə əksinədir. İmkansızların daha çox uşağı var. Elə bilirəm ki, bu proseslər bizdə də tənzimlənsə, maliyyə həvəsləndirməsinə də ehtiyac qalmaz.


    - Yeri gəlmişkən, gələn həftə parlamentin yaz sessiyası başlayır. Komitəniz bu sessiyaya konkret hansı qanun layihələri ilə gedir?

    - Bizim komitənin mətbəxində bir sıra maraqlı qanunvericilik aktları var. Çox güman ki, həm QİÇS-lə, həm də reproduktiv sağlamlıqla bağlı qanun layihələri qarşıdan gələn yaz sessiyasının gündəliyinə çıxarılacaq. Bundan başqa, bir sıra qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin müzakirələrə çıxarılması nəzərdə tutulur. Eyni zamanda, digər qanun layihələri də var ki, onların üzərində iş gedir. Ancaq onların bu sessiyada müzakirələrə çıxarılması gözlənilmədiyi üçün elə bilirəm ki, adlarını çəkməyə bir o qədər də ehtiyac yoxdur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 812
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30