Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Biz güclüyük... və bizim gücümüz xalqın dəstəyidir
    Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda prezident bir çox sahələrlə bağlı məsələlərə münasibətini bildirdi. 




    Yeni iş yerləri açılır...

    Dövlət başçısı qeyd etdi ki, bizi daha çox sevindirən qeyri-neft iqtisadiyyatımızın inkişafı olmuşdur: “Bu, demək olar ki, iqtisadi siyasətimizin əsas istiqamətidir və altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir. Ümumi iqtisadiyyatımızın cəmi 1,5 faiz artımının səbəbi ondan ibarətdir ki, neft hasilatında müəyyən dərəcədə azalma müşahidə edilir. Nəzərə alsaq ki, neft sektoru iqtisadiyyatımızın böyük hissəsini təşkil edir, əlbəttə, bu azalma istər-istəməz ümumi göstəricilərə də təsir göstərir. Ancaq biz bundan sonrakı illərdə də əsas diqqətimizi qeyri-neft iqtisadiyyatımızın inkişafına yönəldəcəyik və ilin altı ayının yekunları Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Sənaye istehsalının ümumi həcmi 3 faiz azalmışdır. Bunun da səbəbi neft hasilatının aşağı düşməsi olmuşdur. Ancaq qeyri-neft sənayemizin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir. Ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə daim diqqət göstəriləcək. Bu il və gələn illərdə yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorumuzu daha da gücləndirəcək".


    Ölkə başçısının sözlərinə görə, birinci üç ayda investisiyalar 4,3 milyard dollar təşkil edib: "Hələ ki, altı ayın investisiya rəqəmləri hesablanır və bu da müsbət göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin sonuna qədər bu templə işləsək və mən hesab edirəm ki, temp daha da yüksək olmalıdır, - təqribən 18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq. Bu da əhalisi o qədər çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur, növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Makroiqtisadi vəziyyət çox müsbətdir, sabitdir. İnflyasiya cəmi 2,2 faizdir. İstehlak bazarına, qiymətlərə daim diqqət göstərilir. Əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Yəni, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq var. Bu da real gəlirlərin nə qədər yüksək templərlə artmasına dəlalət edir. Altı ayda kənd təsərrüfatı 10,4 faiz artmışdır. Hesab edirəm ki, bu da son illər üçün rekord göstəricidir. Biz bu göstəricini gəzləyirdik, bilirdik. Çünki son müddət ərzində kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatlar məhsuldarlığı artırır. Dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri əlbəttə ki, gələcək illərdə də kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcəkdir. İlin altı ayı onu göstərir ki, 2012-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaqdır”.


    O, sınaqdan da şərəflə çıxdıq...

    Prezident qeyd etdi ki, keçən rüb biz yenidən təbii fəlakətlə üzləşdik: “Şimal-qərb bölgəsində güclü zəlzələ baş vermişdir, minlərlə ev uçub dağılmışdır, yararsız vəziyyətə düşmüşdür, məktəblər, tibb ocaqları, sosial infrastruktur dağılmışdır. Ancaq operativ tədbirlərin görülməsi nəticəsində bu böyük zəlzələnin fəsadları aradan qaldırılır. Operativ qaydada ehtiyat fondundan və dövlət büdcəsindən əlavə vəsaitin ayrılması məsələləri də öz həllini tapmışdır. Mən zəlzələ bölgəsində vəziyyətlə tanış olarkən sakinlərə bildirdim ki, qısa müddət ərzində onlar üçün daha da gözəl evlər tikiləcək, bütün sosial infrastruktur yenilənəcək, tikiləcək və onların yaşayış şəraiti daha da yaxşı olacaqdır.
    Yəni, birinci dəfə deyil ki, biz təbii fəlakətlərlə üzləşirik. İki il əvvəl böyük daşqına məruz qaldıq. O, sınaqdan da şərəflə çıxdıq. Minlərlə ev tikilmişdir, kompensasiya ödənilmişdir və bu proses hələ də davam edir. Əlavə vəsaitin ayrılmasına da biz müsbət baxdıq. Zəlzələ bölgəsində də eyni yanaşma tətbiq olundu. Çünki ilk növbədə, biz Azərbaycan vətəndaşlarının normal, rahat yaşamasına çalışmalıyıq və bütün evlər dövlət hesabına yenidən tikiləcəkdir.


    Bakıda və bölgələrdə inkişaf proqramı icra edilir...

    Prezident daha sonra Bakı və ətraf qəsəbələrində aparılan abadlıq və quruculuq işlərinə toxunaraq  görülən işlərdən danışdı: “Keçən rübdə Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının birinci ilinə yekun vuruldu, geniş müşavirə keçirildi. Birinci ildə görülən işlər təhlil edildi, gələn il üçün qarşıya vəzifələr qoyuldu. Bütövlükdə bir il ərzində Bakıda və onun qəsəbələrində çox böyük quruculuq və abadlıq işləri aparılıb. Bu işlər davam edir. Yaxın zamanlarda biz bu işlərin məntiqi, yəni, real nəticələrini görəcəyik. Onlarla məktəb tikilir, bərpa edilir. Uşaq bağçaları, tibb ocaqları tikilir, yollar salınır, qazlaşdırma prosesi gedir. Su, kanalizasiya layihələri icra edilir. Bakı qəsəbələrində, ümumiyyətlə, heç vaxt kanalizasiya sistemi olmamışdır. Qəsəbədaxili yollar tikilir. Bakı qəsəbələrində fəaliyyət göstərən iş adamlarına da Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi prosesi başlanmışdır. Beləliklə, əminəm ki, gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinə dair ikinci Dövlət Proqramı uğurla icra ediləcəkdir.


    Bununla bərabər, bölgələrdə regional inkişaf proqramı icra edilir. Ötən dövr ərzində, yəni ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki demək olar ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır. Eyni zamanda, əmək bazarına nəzarət daha da güclü olmalıdır. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Əfsuslar olsun ki, Azərbaycanda hələ də bu sahədə dəqiq sistem tətbiq edilməyibdir. Gizli məşğulluq halları kifayət qədər çoxdur, xarici miqrantların ölkəmizə qanunsuz gəlməsi və qanunsuz fəaliyyət göstərməsi halları aşkarlanır və bu meyillər güclənir. Bu da təbiidir. Çünki xüsusilə son 4 il ərzində Avropada iqtisadi-maliyyə böhranı davam edir, Azərbaycan nadir inkişaf templərini nümayiş etdirir. Əlbəttə ki, buraya gəlmək, işləmək istəyənlərin sayı artır, Dövlət Miqrasiya Xidməti bütün lazımi tədbirləri görür. Bu tədbirlər daha da səmərəli olmalıdır ki, biz ilk növbədə, Azərbaycan vətəndaşlarının əmək bazarında işlə təmin edilməsi məsələlərinə baxaq, onları tamamilə həll edək. Baxmayaraq ki, Azərbaycanda işsizlik aşağı səviyyədədir, - keçən ilin yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də işsizlik var və bəzi hallarda bu işsizlik reallığı əks etdirmir. Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni, belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə".


    Cəmi 2 il ərzində bütün kompensasiyalar ödəniləcək...

    Dövlət başçı çıxışında daha sonra sovet dönəmində qalan əmanətlərin əhaliyə qaytarılmasına toxunaraq prosesin 2013-cü ilin sonuna kimi başa çatacağını vurğulayıb: “Sosial məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Bu ilin yaddaqalan əlamətlərindən biri də sovet dövründən qalmış, yəni batmış əmanətlərin kompensasiyasıdır. Yenə də demək istəyirəm ki, Azərbaycan dövləti o əmanətlərə görə heç bir hüquqi, yaxud da ki, mənəvi məsuliyyət və öhdəlik daşımır. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan müstəqil dövlət kimi bütün öhdəliklərini yerinə yetirir.


    Ancaq nəzərə alsaq ki, sovet dövründə 2 milyon 400 min əmanətçi var idi və insanlar bu əmanətlərin qaytarılmasını, kompensasiyasını gözləyirdi, yenə də siyasətimizin sosial xarakterini və sosial ədalət prinsiplərini daha da gücləndirmək üçün belə qərar qəbul edildi. Deyə bilərəm ki, postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variant məhz Azərbaycanda tətbiq edilib. Həm müddət baxımından, - çünki cəmi 2 il ərzində bütün kompensasiyalar ödəniləcək, - eyni zamanda, verilən məbləğ baxımından. Əgər biz sovet rublunu manatla deyil, dollarla müqayisə etsək, kompensasiyalar təqribən birə-beş, birə-altı əmsalı əsasında ödənilir. Bu da postsovet məkanında ən yüksək əmsaldır. Artıq proses başlanmışdır. Minlərlə, on minlərlə insan artıq müraciət etmişdir. Minlərlə insan öz əmanətlərini almışdır və bu proses 2013-cü ilin sonuna qədər başa çatmalıdır.


    Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək...

    Ölkə başçısı Dağlıq Qarabağ məsələsinə toxunaraq bildirib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimiz, yenə də deyirəm, ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məndə bu barədə heç bir şübhə yoxdur. Danışıqlar prosesində müəyyən durğunluq vardır. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları yeni bəyanatla çıxış etmişlər və status-kvonun qəbuledilməz olduğunu bir daha təsdiq etmişlər. Hələ ki, status-kvonu dəyişdirən konkret, real addımlar atılmır. Ancaq bu, qaçılmazdır. Status-kvo dəyişdirilməlidir. Həm Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları, Avropa İttifaqı Şurasının prezidenti Bakıda olarkən, ATƏT nümayəndələri, digər beynəlxalq təşkilatlar və siyasətçilər status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan edirlər. Bu, çox dəyərli bəyanatdır. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir. Bu işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxdıqca əlbəttə ki, danışıqlar prosesində də müsbət meyllər daha da güclənəcək və bu məsələ tezliklə öz həllini tapacaqdır.


    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, onu da qeyd etmək istəyirəm ki, son müddət ərzində Xocalı soyqırımını soyqırımı kimi tanıtdırmaq üçün biz - həm dövlət, hökumət, diplomatiyamız, ictimai təşkilatlar, diaspor təşkilatlarımız çox böyük işlər görmüşük. Bu, çox vacib və çox önəmli məsələdir. Artıq üç ölkə - Kolumbiya, Meksika və Pakistan Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir. Əminəm ki, bu proses davam etdirilməlidir və etdiriləcəkdir. Həm səfirliklərimiz, əlbəttə ki, dövlət qurumları, ictimai təşkilatlar bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər. Getdikcə Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı daha da çoxalacaqdır”-deyə Azərbaycan prezidenti qeyd edib.


    “Crystal Hall” kimi möhtəşəm saray tikdik...

    Dövlət başçısı bu ilin mayında Azərbaycanda keçirilmiş “Eurovision-2012”nin yüksək səviyyədə təşkil edildiyini və müsabiqənin tarixində ən gözəl mahnı yarışmasının Bakıda təşkil olunduğunu bildirib. İlham Əliyev müsabiqə ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğulayıb: “Biz güclüyük və bizim gücümüz xalqın dəstəyidir”.


    “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bizə imkan verdi ki, ölkəmizi dünyaya olduğu kimi təqdim edək. Ancaq sözün düzü, keçən il bizim istedadlı gənc müğənnilərimiz Almaniyada keçirilən müsabiqədə qalib gəldikdə heç təsəvvür edə bilməzdik ki, bu müsabiqə bu qədər siyasiləşdiriləcəkdir. Çünki bu vaxta qədər bu müsabiqə sadəcə olaraq mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi olmamışdı və ola da bilməz.  Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə bunu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və deyə bilərəm ki, Azərbaycana qarşı böyük və çirkin kampaniya başlamışdı. Qeyd etməliyəm ki, “Eurovision”u Azərbaycanda keçirmək üçün biz heç vaxt təşəbbüs irəli sürməmişdik, bu, mümkün deyil. Çünki yarışmanın qaydaları belədir ki, qalib olan ölkə məcburdur ki, bu tədbiri keçirsin və biz də bunu böyük məsuliyyət kimi qəbul etdik. Doqquz ay ərzində, - bu da dünya miqyasında yəqin ki, rekord göstəricidir, - “Crystal Hall” kimi möhtəşəm idman-konsert sarayını tikdik. Bayraq Meydanı onsuz da genişləndirilirdi, biz orada işləri sadəcə olaraq sürətləndirdik və bütün şəraiti yaratdıq. Təşkilati nöqteyi-nəzərdən ən gözəl müsabiqə idi. Bizə gələn minlərlə xarici qonaq təşkilati məsələləri yüksək qiymətləndirdi və bütövlükdə şəhərimizə heyran oldu. Çünki Bakının gözəlliyi elədir ki, Bakıya vurulmamaq mümkün deyil. Biz bütün qonaqları ənənəvi olaraq qonaqpərvərliklə qarşıladıq, çalışdıq ki, onlar üçün gözəl şərait yaradaq və elə edək ki, bu mahnı müsabiqəsi hər bir cəhətdən yadda qalsın və əvvəlkilərdən fərqlənsin. Görürəm və bilirəm ki, biz buna müvəffəq olduq.


    “Eurovision” müsabiqəsi bir daha mənim sözlərimi təsdiqləyir ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar və bütün maliyyə-siyasi qüvvələrini səfərbər edirlər ki, təki Azərbaycana zərbə vursunlar. Erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Bunu da mən təəssüf hissi ilə deyə bilərəm. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Bu, əlbəttə ki, çox məyusedici bəyanatlardır. Düzdür, belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə olan siyasətçilər əfsuslar olsun ki, vardır.


    Əgər belə təsnifat aparsaq deyə bilərəm ki, üçüncü qüvvələr sadəcə olaraq Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Onları qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran, hər yerdə problem, nümayişlər, polis ilə əhalinin toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi hal almışdır, - ancaq burada sakitlik, rahatlıq, inkişaf və xoş ovqat hökm sürür”.


    İnkişafımızı qəbul etməyən qüvvələr...

    Prezident vurğuladı ki, inkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq: “Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək – bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində. Çünki Azərbaycanın inkişafı bu günün işi deyil. Bu, ardıcıllıqla gedən bir inkişafdır. 1990-cı illərin ortalarından bu günə qədər hər il inkişaf, gözəllik, abadlıq - indi Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bunu biz demirik, xarici qonaqlar deyirlər. Bunlar üçün bu, daimi stressdir və yəqin ki, onların məntiqsiz hərəkətləri illərcə yığılmış bu stressin təzahürüdür. Çünki o hərəkətləri başqa cür izah etmək mümkün deyildir.


    “Eurovision”a qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilmişdir. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, “Eurovision” artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. “Eurovision” növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik.


    Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr. Ancaq bütün bu cəhdlərə və bizə qarşı bu çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi. Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik!”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 868
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30