Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bu da bizim molla Qurban
    Allah şahiddir ki, Qurbanla heç bir şəxsi qərəzilyimiz yoxdur. Əgər Qurban da başqaları kimi vaxtında atestasiyaya gəlsəydi, bəlkə də belə bir çətinliyə düşməzdi. Ona lazimi yerini göstərəcəkdik, səhvlərini başa düşüb oturardı yerində. Nə İslam dininə, nə də özünə bir ziyan gəlməzdi. Qurban  nə QMİ-ni saydı, nə də onun rəhbər işçilərini. Nə bildi elədi. Hələ biz onun  kəbin kağızlarını ortamya çıxartmırıq. Ona yox, camaatın gəlinlərinə hörmət edirik. Molla Qurban bildiyi işi görməlidir. Lakin...



    Bu Qurban həman Qurbandır ki, Sumqayıtda bir xeyli islam aləminə ziyan vurdu. Köhnə bazara təzə məzəndə gətirdi. Çox çalışdı ki, modern molla olsun, amma bacarmadı. Hara getdisə, hansı məclisdə söhbət etdisə, söhbəti tutmadı. Axırda naəlac qalıb Masallının Mahmudavar kəndinə üz tutdu. Fikirləşdi ki, orada ata-qardaşlarım var yaxşı-yaman məni yola verərlər, lakin gözləmədiyindən də vəziyyəti pis oldu. Güclə bazar olmaz, atalar deyiblər. Gərək deyərdilər ki, güclə molla olmaq olmaz. Əba, qəba, buxara papaq, uzun saqqal saxlamaqla molla olmaq mümkün deyil. Mollanın gərək sözü ola, molla Quran ayələrini izah edə bilə, şəriət məsələlərinə cavab verə, molla kəbin kəsə, molla təlaq verə, molla şəriət hökmlərini deyə... Axı yazıq Qurban bunları bacarmır. Düzdür onun sözü var, danışmağı da var, amma o sözlər şəriət deyil, Allah buyuran kəlam deyil. Doğrudur o zaman-zaman özünü şəkildən-şəkilə salmağı bacarır, amma bu mollalıq deyil. Bunlara daha çox hiyləgərlik deyərlər. Qurban kəbin kəsir, ancaq bu şərii nigah deyil. Ola bilsin o kəbin kağızını qayçı ilə kəsir. Hələ bu yaxınlarda bir təlaq da verib. Özüdə öz doğma oğlunun həyat yoldaşına. Lakin bu təlaq kağızı Qafqaz Müsəlmanları İdarəsinin Qazisi zəmanə mollalarının-axundlarının axundu, Təzə pir məscidinin axundlarının ağsaqqalı Qazi Hacı Əhməd Şeyx Qüdrət oğlunun adından verilib. Qurbanın özü hazırladığı qeyri rəsmi təlaqnaməyə oxşar bir eybəcər formada yazılıb ki, onu tərəddüd edə-edə bu kəlamın səhifəsinə çıxartmışam. Bilənlər baxıb ağlayarlar, bilməyənlər də onun şəklinə baxıb molla Qurban üçün göz yaşı tökərlər. Görəsən bu adam qazanc və pul qazanmaq üçün başqa yol tapa bilmirdi? Əgər bu adam Allaha inanırsa bəs onun göngərdiyi şəriətə niyə xələl gətirir. İnanmırsa bəs niyə özünü bu günə salıb.

    Bəlkədə o yaxşı bir fəhlə ola bilərdi. Ailəsini dolandırmaq üçün halal ruzi qazana bilərdi. Bazarların birində halal ticarətlə məşqul ola bilərdi. Amma molla adı ilə axundluq etməyə bunu hansı cürət vadar edib özümdə bilmirəm. Cənub bölgəsində Lənkəranda, Masallıda atestasiya keçirildi. Bu adam ora gəlmədi. Bilirmiş ki, onun iç üzü açılar. Sonra onu Biləsuvarda keçirilən zona atestasiyasına dəvət etdik. Bilmirəm kimsə ona demişdi ki, sən atestasiya komisiyasına üzv yazılmısan gəl imtahan götür. Molla Qurban əba-qəbasını geyinib, özünü formaya salıb bizdən qabaq komisiya heyətində yer almışdı. Ondan soruşanda ki, sən burda niyə oturmusan cavab verdi ki, Bakıdan mənə zəng vurublar ki, atestasiya komisiyasının üzvüsən. Dedim doğrudur, atestasiyada iştirak edib imtahan verməlisən, nəinki imtahan götürməlisən. Molla Qurban əfəndi bu sözləri eşidən kimi əlini ürəyinin üstünə qoyub narahatçılıq nümayiş etdirdi. Ürəyim niyə belə oldu deyərək, məscidin küncündə bir neçə dəqiqə oturdu. Sonradan molla Qurban özünə məxsus “ismi-əzəm” oxuyub qeyb oldu. Bir saatdan sonra kiçik qardaşı bizə telefonla hədə-qorxu gələrək, siz molla Qurbana təzyiq göstərmisiniz, onun ürəyi tutub, şəkəri qalxıb. Onun başına bir iş gəlsə idarəqarışıq cavab verəcəksiniz deyə artıq əskik danışdı. Beləliklə bu tələdən də belə yaxa qurtaran və günah yükünü çoxaltmağa başlayan molla Qurban yük altında inildəsə də kürəyini yerə vurmaq istəmədi. Təəccüblüsü bundadır ki, Mahmudavar kimi ziyalıları olan və həmişə də öz savadlı ruhaniləri ilə fəxr edən bir kənd bu gün Qurban kimi mollanumaları eşitmək məcburiyyətində qalıblar. Hələ bu harasıdır.  Bizə çatan məlumata əsasən (onun dedikləri diktafonda var) Molla Qurban o qədər inkişaf edib ki, iki dünyanın ağası, Peyğəmbərin canişini, elmin qapısı, on bir imamın atası, möminlərin ağası, Fatimeyi Zəhranın həmsəri, Qurandan sonra ikinci kitab olan Nəhcül Bəlağənin sahibi, pəhrizkarların öndə gedəni, mövlamız, Əli ibni Əbu Talib kimi bir şəxsiyyəti məclislərdə oğru kimi təqdim edir. Onun məclisdə dediyi sözlərinə fikir verin: "Deyirlər Əli səxavətli olub. Amma mən kitablardan oxumuşam ki, Əli gecələr səhralarda qoyun oğurlayıb, gündüzlər onları ehsan adıyla fuqaralara paylayardı". İslam aləminin bayraqdarı olan imam Əli haqqında belə sözləri deyən bir adam molla  adını daşıya bilərmi? Budur bizim molla Qurban. 


    Dəfələrlə ona xəbər göndərdik ki, ay Qurban məclis apar, fatehəxanlıq elə, bozbaşını ye, pulunu al get evinə. Şəriət işləri ilə işin olmasın. Kəbin - nigah oxuyuram deyə xalqı aldatma. Bütün  bunlara baxmayaraq Qurban nə imtahana gəlir, nə də deyilənlərə qulaq asır. Qazi Hacı Əhməd Axundun adından yazdığı təlaqnamə hər şeyi açıb deyir. Allah bundan bədtərindən saxlasın.


    Əziz PÜNHAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 686
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30