Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İbadət evləri: hansı rayonda necə məscid var?
    II YAZI

    Azərbaycanda mövcud olan məscidlər haqqında silsilə yazıları davam etdiririk. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan məscidlər, eləcə də onların tarixi haqqında geniş məlumat təqdim edirik. Bu dəfə isə “səyahət edəcəyimiz” məkan Ermənistanın işğalı altında olan Qarabağdır.



    Hələ bir müddət öncə Qarabağ məscidlərinin birində ermənilərin donuz saxladıqları barədə məlumat əldə olundu. Hətta bunun şəklini də internetdə yaymışdılar. Bir vaxtlar azan səsi eşidilən, indi isə yerlə yeksan edilən məscidlərimizlə tanış olaq.


    Şuşa məscidləri


    Qarabağ məscidləri deyəndə ilk növbədə gözlərimizin önündə Şuşanın qoşa minarəli məscidləri canlanır. Şuşada aşağı və yuxarı Gövhər Ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindəndir. XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Bunlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidi, Təzə məhəllədəki məscid, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın kənd məscidləri idi. Şuşa ərazisində Hacı Yusifli, Heydəri, Hamam, Culfa, Məriyanlı, Rahatlı, Dəmirçi, Hacı Mərcanlı, Çoluçağa, Məhəlli, Çuxur, Quyuluq, Dördlər qurdu, Qapan kəndlərində də məscidlər olub.


    Şuşa şəhərində memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə xəbər verir. Memarın adına Füzuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə və Ağdamda olan məscidlərin, Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də rast gəlmək olar. Bütün bu abidələr XIX əsrin ikinci yarısına aiddir.


    Saatlı məscidi - Şuşa şəhərində 1883-cü ildə “Saatlı” məhəlləsində tikilib. Tikildiyi məhəllənin adı ilə məşhurlaşan “Saatlı” məscidi öz xarici görünüşü ilə əvvəlki binalarından tamamilə fərqlənir. Lakin bununla yanaşı “Saatlı” məscidinin bəzi konstruksiya elementləri əvvəlki məscidlərin memarlıq ənənələrini saxlanırdı. Məscid minarələrinin ümumi quruluşu da Yuxarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrini yada salır. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və xüsusilə minarəsinin olması ilə ön cərgədə duran “Saatlı” məscidi Kərbəlayi Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Memarın bu bölgədə sonralar tikdiyi məscidlər minarəsiz olmuş və bəzilərinin yanında minarə çardağını xatırladan “Güldəstə”lər quraşdırılıb.


    Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təxminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah xanın dövründə qarqu və qamışdan bir məscid olub. Pənah xanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim xan tərəfindən daşla əvəz edilib. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olub. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etmir və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirir. Planı təqribən kvadrat formada olan (21,30 x 26,20 m) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saxlayır. 


    Şuşanın digər məscidləri

    Culfalar məscidi -  XIX əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilib. Memarı Kərbəlayı Səfixan Qarabaği. İki mərtəbəlidir.


    Gövhər ağa məscidi (Aşağı) - 1832-ci ildə Şuşada tikilib.


    Hacı Yusifli məscidi -XIX əsrdə tikilmiş Şuşanın Hacı Yusifli məhəlləsiində yerləşir.


    Köçərli məscidi - XIX əsrdə Şuşanın Köçərli məhəlləsində tikilib.


    Mamay məscidi - XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilib.


    Mərdinli məscidi - XIX əsrdə Şuşanın Mərdinli məhəlləsində tikilib.


    Quyuluq məscidi - XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilib.


    Seyidli məscidi - XVIII əsrdə Şuşanın Mamayı məhəlləsində tikilib.


    Təzə məhəllə məscidi - XIX əsrdə Şuşanın Təzə məhəlləsində tikilib.


    Xoca Mərcanlı məscidi - XVIII əsrdə Şuşanın Xoca Mərcanlı məhəlləsində tikilib.


    Çöl Qala məscidi - XIX əsrdə Şuşanın Çöl Qala məhəlləsində tikilib.


    Ağdamın məscidləri

    Memar Kərbəlayi Səfixan Qarabağinin yadigarları olan bu məscidlər son zamanlar bir növ Qarabağın embleminə çevrilib. Tarixi baxımdan bu məscidlərin tikilməsi XIX-XX əsrin əvvələrinə təsadüf edir. Lakin Qarabağ bölgəsində elə məscidlər var ki, onlar XVIII, XVII və XVI hətta, XIII əsrin yadigarları kimi yarıuçuq vəziyyətdə olsa da, müasir dövrümüzə qədər gəlib çatıb. Onlardan biri Ağdamın Şahbulaq deyilən ərazisində Pənah xan tərəfindən 1751-1752-ci illərdə tikdirilmiş eyniadlı məsciddir. Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınıb. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi.


    Onu da xüsusi qeyd edək ki, Şahbulaq məscidinin memarlıq baxımından belə sadə həll olunmasına baxmayaraq bu məscid sonralar Qarabağda çoxsaylı məscidlər tikmiş Memar Kərbəlayi Səfixan Qarabaği yaradıcılığında bir örnək rolunu oynayıb.


    Ağdamın Paprəvənd kəndindəki məsciddə də plan etibarı ilə Şahbulaq məscidinin memarlıq ideyası davam olunur. Bütün tərəflərdən divar qalınlığı 1,15 metr olan məscidin sütunsuz ibadət zalını oxvari şəkilli möhtəşəm gümbəz tamamlayır. Ümumi ölçüləri 9,2metr x 12,54m. Olan Paprəvənd məscidi XVII əsrin yadigarıdır. Təəssüf ki, məscid dövrümüzə qədər yarı uçuq vəziyyətdə gəlib çatıb.


    Məscid 1993-cü il iyul ayının 23-dən etibarən ermənilərin işğalı altındadır.


    İşğaldan sonra Ağdam cümə məscidi də dağıdılaraq yerlə yeksan edilib. Ermənilər tərəfindən məscidin minarələrinə ciddi ziyan yetirilib, tavanı uçurdulub, divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb.


    Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalıb:


    Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınıb;
    Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistana aparılıb;
    Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılıb;
    Ermənilər hazırda məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirlər...


    Qubadlıda taleyi bilinməyən məscidləri...


    Qubadlı rayonunun Dondarlı kəndindəki məscid dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb. (Erməni işğalından sonrakı vəziyyəti bilinmir). Yerli inşaat materialları ilə tikilmiş Dondarlı məscidi kənd klubunun qonşuluğunda yerləşir. Məscidin qapısı hündürlüyünə qədərki məsafədən bütün divarları boyu üfiqi səmtdə aparılmış relyefli qurşaq onu uzaqdan ikimərtəbəli kimi göstərir. Əslində bu aldadıcıdır. Bina bir mərtəbəlidir. Təqribən bir metrlik kürsü üzərində inşa edilib. Eni 2 metrə çatan eyvandan birbaşa ibadət zalına qapı açılır. Giriş qapısı yuxarıdan yarım dairəvi tağbəndlə tamamlanır. Həmin qapının sol yanında kiçik ölçülü nişa var. Nişanın sağ və sol tərəflərində isə dairəvi formada daşlar qoyulub üzərinə kitabələr yazılıb. Məscidin ibadət zalında dörd ədəd daş sütunlar qoyulub. Sütunlara kömək məqsədi ilə yan divarlar üzərində playstrlar quraşdırılıb. Onlar zalın üstünü örtən gümbəzlərin daha da möhkəm (möhtəşəm) dayanıqlı olmasına şərait yaradır. Ancaq məscidin interyerindən baxanda bu mənzərənin şahidi oluruq. Onun dam tərəfdən örtüyü isə Şuşa, Ağdam, Füzuli və s. şəhərlərinin məscidlərində olduğu kimi yamaclı formada həll edilib. XVIII-XIX əsrin yadigarı olan Dondarlı məscidi Qarabağın qədim islam memarlığının gözəl nümunəsidir.


    Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscid də xarici görünüşü ilə Dondarlı məscidini yada salır. Lakin fərq ondadır ki, Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün “güldəstə” quraşdırılıb. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır.  XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatıb.


    Füzulinin talan edilən ibadət evləri...


    Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilib. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə (XVII əsrdə) tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.


    Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində də qədim məscidlər çoxdur. Lakin Babı kəndindəki tək Füzuli rayonu üçün deyil, bütün Qarabağ bölgəsi üçün hələ ki, yeganəlik təşkil edir. Belə ki, Babı məscidinin inşa olunma tarixi XII-XIII yüzilliklərə bağlanır. Məscid Babı kənd məzarlığında yerləşir. Daha doğrusu bu məzarlıqdakı Şeyx Babı Yaqubi türbəsinin qonşuluğundadır. Dövrümüzə qədər məscidin bir metr hündürlüyə malik olan daş kürsülüyü və bişmiş kərpiclə inşa edilmiş yarıuçuq minarəsi gəlib çatıb. Məscidin bünövrəsinin mərkəzi hissəsində dörd ədəd sütun altlıqları indi da qalıb. Sütun altlıqlarının ölçülərindən (2mx2m) görünür ki, onlar üzərində oturdulmuş gümbəz çox möhtəşəm olmuşdur. Məscid girişinin sol tərəfindəki minarə yuxarı tərəfdən dağıdıldığından onun çardaq örtüyü haqqında fikir söyləmək çətindir. Lakin həmin məscidin yüksək keyfiyyətlə cilalanmış daş kürsülüyü, həm zərif gövdəli minarənin kompozisiya qurluşu, burada dövrünün ustad memarı olan Qarabağlı Əli Məcdəddinin əl işlərini bir daha nümayiş etdirir. Bu baxımdan Şeyx Babı Yəqubinin qəbirüstü türbəsi, eləcə də onun cənub tərəfindəki hamamın yüksək bədii memarlıq həlli və inşaat texnikası da bu ustad memarın çox yüksək peşəkarlığa malik olmasını bir daha təsdiqləyir.


    Şeyx Babi Yaqub türbəsi

    Epiqrafik abidələr Qarabağda gedən tikinti işlərindən, Qarabağ xanlarının mədəni-maarif fəaliyyətindən xəbər verir. Bu abidələr sırasına Füzuli rayonunun Babı kəndində yerləşən səkkiz guşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini aid etmək olar. Füzulinin Əhmədallar kəndində, orta əsr qəbiristanlığının yerində sənduqəformalı qəbir daşı qalıb. Qarğabazar kəndində, "Şah Abbas" karvansarasından yuxarı, qayanın üstündə "Qiyas əd-Din" məscidi durur. Yerli əhali onu "Şah Abbas" məscidi adlandırırdı. Kənddə yerləşən bulağın üzərində üç sətirli ərəbdilli yazı var. Yazıda deyilir ki, bulağı 1305-ci ildə Gəncəli Əmir Qarğabazarlının oğlu tikdirib.


    Füzulinin işğal altında olan ibadət ocaqları

    Qarğabazar kəndində XVII əsr məscid binası

    Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi

    Aşağı Veysəlli kəndində XIII əsr Mirəli türbəsi

    Qocəhmədli kəndində XVIII əsr məscid binası

    Horadiz kəndində XIX əsr məscid binası

    Horadiz kəndində XIX əsr İmamzadə türbəsi

    Füzuli şəhərində XIX əsr məscid binası

    Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim türbəsi

    Qacar kəndində XIX əsr məscid binası

    Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası

    Merdinli kəndində XIX əsr məscid binası


    Cəbrayılın inam yeri Hacı Qaraman...

    Ümumiyyətlə, Cəbrayılda 15 məscid və 16 uyğunlaşdırılmış məscid mövcud olub. Cəbrayılın Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan əzəmətli bir məscid - mədrəsə də var. Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə ən böyük din xadimləri alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. Dağlıq Qarabağ hadisələri başlamamış bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunub, ilkin formasına gətirilib.



    Ziyarətgahlar diyarı Laçın...

    Alı Xəlifə ocağı Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Alı Xəlifə Qarabağın ən nüfuzlu ağsaqqallarından, ağır seyidlərdən biri idi. Ağa Böyük Seyidlər kəndində rəhmətə gedib. Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir.


    Seyid Hüseyn ağa ziyarətgahı - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Seyid Hüseyn ağa cəddinin müqəddəsliyini qoruyub saxlayaraq insanların rəğbətini qazanmış və onların ziyarətgahına çevrilmişdi. Ağanın evinə və ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, o isə nəzirin bir hissəsini onların özünə qaytarır, digər hissəsini isə fağır-füğaraya paylayardı.


    Güllü qəbir piri - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsi idi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər.


    Laçının digər ibadət ocaqları...

    “Hacı İbrahim ağa” Ziyarətgahı (Laçın rayonu, Piçənis kəndi)

    “Seyid Cabbar ağa” Ziyarətgahı (Laçın rayonu, Molla Əhmədli kəndi)

    “Seyid Fərman ağa” Ziyarətgahı (Laçın rayonu, Minkənd kəndi)

    “Seyid Sadıq ağa” Ziyarətgahı (Qara Seyid) (Laçın rayonu, Qovuşuq kəndi)

    “Sultan baba” türbəsi (Laçın rayonu, Zeyvə kəndi)

    “Məlik Əjdər” türbəsi (Laçın rayonu, Cicimli kəndi)

    “Qarasaqqal” türbəsi (Laçın rayonu, Ərikli kəndi)

    “Xəlifə” türbəsi (Laçın rayonu Malxələf  kəndi)


    Zəngilanda ermənilərin dağıtdıqları məscidlər...

    Zəngilan şəhərində yerləşən məscid XVII-XVIII əsrlərə aid edilən bu məscidin Səfəvilər dövründə tikilməsi güman olunur. Ölçüləri 12x20m olan abidənin içərisində mehrab və taxça var idi. Tikintidə əsasən  yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağfomalı idi. Onun üst tərəfində kitabəsi var idi. Məscid “İmam Hüseyn” adını daşıyıb.


    Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin, Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Məscidlər 1990-cı ildən etibarən yenidən bərpa edilib. Zəngilan kənd, Malatkeşin və Qıraq Müşlan kəndlərində yerləşən, XVII- XVIII əsrə aid olan məscidlər olub. Rayonda bundan başqa Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin, Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi.      


    Kəlbəcərin ibadət evləri...

    Kəlbəcər şəhərində məscid var idi. Düzdür indi həmin məscidin aqibəti barədə heç bir məlumat olmasa da ermənilərin orada donuz saxladığı barədə xəbərlər var. Bundan başqa Kəlbəcərin Başlıbel, Otaqlı  və bir çox kəndlərində məscidlər olub. Amma Kəlbəcər rayonu ziyarətgahları ilə də məşhurdur. Rayonda Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı, Başlıbel yaylağında Seyid Əlabbas ağanın ziyarətgahları olub ki, insanların ən böyük inanc yerlərinə çevrilib.


    Azansız qalan Xankəndi...

    Qarabağın ürəyi adlandırılan Xankəndi azan səsinə həsrətdir. Düzdür Qarabağın indi işğal altında olan bölgələrində də eyni aqibət yaşansa da Xankəndinin taleyi bir az fərqli olub. Hələ Qarabağ xanının dövründə burada 10-a qədər ibadət evi - məscid olub. Mərkəzi “Cümə” məscidi və “Xan” məscidi böyük məscidlər sırasındadır. Digər məscidlər məhəlli xarakter daşısa da fəaliyyət göstərib. Amma Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. Məhz bundan sonra Qarabağ xanın kəndinin adının erməniləşdirilməsi ilə yanaşı tarixi abidlər də dağıdıldı. Xankəndində “yenidənqurma” adı altında bütün əski dövrə məxsus abidələr dağıdıldı.


    Bir vaxtlar azan səsi eşidilən yurdda indi ermənilərin kilsə zəngi çalınır...


    Orxan Əli

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 762
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30