Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ekmələddin İhsanoğlu ilə görüş
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Ekmələddin İhsanoğlunu qəbul edib. Ekmələddin İhsanoğlu əvvəlcə Təzəpir məscidini ziyarət edib. Qonağa məscidin tarixi barədə məlumat verilib. Türk İslam Ordusunun komandanı, general Nuru Paşanın dindarlar qarşısında çıxış etdiyi minbər Ekmələddin İhsanoğlunun marağına səbəb olub.



    Məlumat verilib ki, 1918-ci ilin sentyabrında Bakını ermənilərdən azad edən Nuru Paşa Təzəpir məscidinə gələrək dindarlarla görüşüb və müraciətini məhz bu minbərdən çatdırıb. Həmin görüşdə Nuru Paşa Bakının və digər rayonların erməni daşnaklardan azad edilməsi zamanı şəhid olan Azərbaycan və Türkiyə əsgərlərinə paytaxtın ən hündür zirvəsində abidə qoyulması təklifi ilə çıxış edib. Bolşevik Rusiyası Azərbaycanı işğal etdiyindən bu təklifi reallaşdırmaq mümkün olmayıb. Yalnız Azərbaycan ikinci dəfə müstəqilliyinə nail olandan sonra qəhrəman generalın arzusu həyata keçib. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatlarından keçən Azərbaycan və türk şəhidlərinin xatirəsinə Bakının ən hündür yerində abidə ucaldılıb.


    Baş Katib Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Təzəpir Məscid Kompleksinin ərazisində aparılan təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Kompleksin konfrans zalına, kitabxanaya baş çəkib. Kitabxanada saxlanılan nadir əlyazmalarla maraqlanan Ekmələddin İhsanoğlu fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.


    Qafqaz Müsəlmanları Elmi-Dini Şurası üzvlərinin, millət vəkillərinin iştirakı ilə keçirilən görüşdə Şeyxülislam Allahşükür Paşazadə qonaqları səmimi salamlayaraq İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Ekmələddin İhsanoğlunun Azərbaycana növbəti səfərini mühüm hadisə adlandırıb: “Dostum, qardaşım Ekmələddin İhsanoğlunu yenidən ölkəmizdə salamlamaq mənim üçün çox xoşdur. Sizin ölkəmizə gəlişiniz, Təzəpir məscidini ziyarət etməyiniz təkcə dinimizə, mədəniyyətimizə bağlılığınızdan yox, həm də Azərbaycanı ürəkdən sevməyinizdən irəli gəlir. Mən Sizi 1979-cu ildən tanıyıram. Bu ötən illər ərzində Sizdən həmişə özümə və mənsub olduğum xalqa qarşı hörmət, ehtiram və sevgi görmüşəm. Xalqımıza olan hörmət və sevginiz bu gün də davam edir. Siz Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi üçün çox böyük işlər görən insanlardan birisiniz. İndi rəhbərlik etdiyiniz bu nüfuzlu qurum əvvəllər İslam Konfransı Təşkilatı adlanırdı. O zaman Azərbaycan hələ sovetlər ittifaqının tərkibində idi.


    SSRİ-yə rəhbərlik edən Mixayıl Qorbaçovun bir əlində keçici bayraq, bir əlində isə avtomat silah var idi. Belə bir çətin dövrdə Azərbaycanın quruma üzv olması üçün böyük əmək sərf etdiniz. Göstərdiyiniz böyük fədakarlıq nəticəsində SSRİ-nin müsəlman respublikaları arasında məhz Azərbaycan ilk dəfə bu beynəlxalq və nüfuzlu təşkilata üzv qəbul olundu”.


    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının ən ağrılı problemi olan Qarabağ məsələsində göstərdiyi ədalətli və dəyişməz mövqeyə görə İslam Əməkdaşlıq Təşkilatının Baş Katibinə təşəkkürünü bildirib: “İslam Əməkdaşlıq Təşkilatı bəlkə də yeganə beynəlxalq qurumdur ki, bu problem yaranan gündən Azərbaycan xalqının yanındadır. Həmişə və hər yerdə torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu qeyd edib, ərazilərimizin azad edilməsi tələbini qaldırıb, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu ədalətli mövqe bir daha sübut edir ki, Ekmələddin İhsanoğlu bu gün də Azərbaycan dövlətinin, xalqının dostu olaraq qalır”.


    Şeyxülislam həzrətləri son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, din-dövlət münasibətlərində böyük irəliləyişlərin əldə olunduğunu xatırladıb: “Ölkəmiz həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə uğurlar qazanıb. Azərbaycan dünyəvi dövlət olmaqla bərabər həm də dini-mənəvi dəyərlərinə sayğı göstərən bir ölkədir. Ümummilli lider Heydər Əliyevin tutuğu bu mövqe bu gün onun davamçısı prezident İlham Əliyev tərəfindən qorunur və inkişaf etdirilir. Təkcə məscidlər və ziyarətgahlar deyil, kilsələr, sinaqoqlar dövlətin dəstəyi ilə tikilir, təmir olunur. Xalqımız öz qədim tolerantlıq ənənəsini bu gün də qürurla dünyaya göstərir. Bakı Dini Liderlərin Ümumdünya Sammitinə, Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi edir. Bütün bu uğurlar dostlarımızı sevindirdiyi kimi, xalqımızın bədxahlarını da üzür. Bəzi qüvvələr nailiyyətlərimizi görmək istəmirlər. Belə görünür ki, onların imanları zəifdir. Arzum budur ki, onlar da imana, haqq yoluna gəlsinlər”.


    Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkə başçısının sərəncamı ilə bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan Elşad İskəndərovu da qonaqlara təqdim edib: “Elşad İskəndərov kimi gənc və bacarıqlı kadrın belə mühüm bir vəzifəyə təyin edilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti bu sahəyə diqqətlə yanaşır. İnanıram ki, Elşad müəllim dövlət başçısının bu etimadını doğruldacaq. Komitə sədri kimi gələcək fəaliyyətində ona uğurlar arzulayıram”.


    İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Ekmələddin İhsanoğlu səmimi qarşılanmaya görə təşəkkür edib, son illər Azərbaycanın əldə etdiyi uğurlardan məmnun qaldığını bildirib: “Möhtərəm Şeyxülislam həzrətləri başda olmaqla Qafqaz Müsəlmanları İdarəsindəki qardaşlarımla yenidən görüşməkdən çox şadam. Sevinirəm ki, dost və qardaş Azərbaycan xalqı ilə növbəti dəfə təmas qurmaq fürsəti əldə etdim. Bayaq Təzəpir məscidini ziyarət etdim və gördüklərimdən heyrətə gəldim. 20 il öncə ilk dəfə bura gələndə Təzəpir məscidi öz adına layiq vəziyyətdə deyildi. Yüksək zövqlə təmir və bərpa ediləndən sonra Təzəpir məscidi bu gün təkcə dini abidə deyil, həm də mükəmməl sənət abidəsidir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Azərbaycan son illərdə həqiqətən də böyük uğurlar əldə edib. Bu inkişaf bütün sahələrdə özünü büruzə verir.


    Azərbaycan xalqı İslam dinini çox erkən dövrlərdən qəbul edib və bu günə kimi yaşadıb. Sovetlər zamanında “müsəlmanam”- deməyin özü də insanlara çətinlik yaradırdı. Buna baxmayaraq, qardaş Azərbaycan xalqı dinini, milli adət-ənənələrini göz bəbəyi kimi qorudu, gələcək nəsillərə ötürdü. Bayaq möhtərəm Şeyxülislam 1990-cı ildə Azərbaycanın o zamankı İslam Konfransı Təşkilatına üzvlüyü dövrünü xatırlatdı. Həqiqətən də o dövrdə Azərbaycanı təşkilata üzv qəbul etmək bir yana, tanıtmaq çətin bir iş idi. Çünki üzv dövlətlər Bakının harada yerləşdiyini belə bilmirdilər. Amma indi dövlətiniz bütün dünyada tanınır. Bu gün İslam dünyasında Azərbaycanın özünəməxsus yeri var.


    Ölkənin belə bir mövqe qazanması üçün Şeyxülislam həzrətlərinin göstərdiyi müstəsna xidmətləri qeyd etməliyik. Belə bir insanla 40 illik dostluqdan qürur duyuram”.


    Ekmələddin İhsanoğlu rəhbərlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı adından Qafqaz Müsəlmanları İdarəsini sədri Şeyxülislam Allahşükür Paşazadəyə xatirə hədiyyəsi təqdim edib.


    Sonda Şeyxülislam həzrətləri qədim İçərişəhərin əksi olan rəsm əsərini qonağa xatirə olaraq qonağa bağışlayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 636
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30