Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Heydər Əliyev Fondu Müqəddəs Taxt-Tacda
    Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Sazişâ€ť imzalanıb. İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi bu səfərinə və Roma katakombalarının bərpası ilə bağlı layihənin reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.



    Kardinal Ravazi imzalanacaq sənədin dinlər və mədəniyyətlərarası dialoqun parlaq nümunəsi olduğunu bildirib, bunun İtaliya mətbuatında geniş əks-səda doğurduğunu vurğulayıb.


    Kardinal qarşılıqlı əməkdaşlığın Azərbaycanın açıq ölkə olduğunu göstərdiyini deyib.


    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə görüşdən məmnunluq duyduğunu, Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb.


    Heydər Əliyev Fondunun prezidenti M.Əliyeva diplomatik əlaqələrin 20-ci ildönümünün Vatikanda xüsusi mərasimlə qeyd ediləcəyindən, Azərbaycan mədəniyyətini tədqim edəcək sərginin təşkil edilməsindən məmnunluğunu ifadə edib.


    Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpasına dair sazişin imzalanma mərasimi keçirilib.
    Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni Karru bu layihənin icrasına verdiyi dəstəyə görə, Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya  təşəkkürünü  bildirib: “Azərbaycan tərəfindən atılan bu addım bizdə çox böyük iftixar hissi yaradır. Şuramızın üzvləri bundan böyük şərəf hissi duyur. Hələ ki tam tədqiq edilməmiş və çox zəngin olan ən qədimi xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasının həyata keçirilməsi nəzərdə tutulur. Aparılacaq bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini artıracaq. Biz görülən işlər barədə Fondun nümayəndələrinə daim məlumat verəcəyik”.


    Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının səlahiyyətli nümayəndəsi Fabrisio Biskonti də qeyd edib ki, Roma şəhəri ətrafında yerləşən 60-a yaxın katakomba  arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və maraqlı abidələrdən biridir və Lavikano küçəsində yerləşir: “Öz məzarının və anası imperatriçə Yelenanın şərəfinə tikdirdiyi mavzoleyin yerləşdiyi bu katakomba imperator Konstantinin tolerantlığa verdiyi dəyərin göstəricisidir. Qeyd edim ki, saysız-hesabsız rəsm əsərləri də burada saxlanılır. Onların arasında 100-ə yaxın əsər var ki, bunların kiçik bir hissəsini məhz Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurası öz vəsaiti hesabına bərpa edib”.


    O qeyd edib ki, bərpa olunacaq əsərlər arasında Orfeyi əks etdirən şəkil də var: “Bildiyiniz kimi, Orfey tarixdə xüsusi iz qoymuş bir şəxsiyyət olmuşdur. O, hətta müəyyən xəstəliklərdən əziyyət çəkən heyvanları öz hikməti ilə sağaldırdı. Hətta xristian aləminin Romada tam təşəkkül tapmasından öncə o, insanlar arasında həmin vaxtlar mövcud olan münasibətlərdən xəbər verən bir məqamdır, əslində bir dövrdür. O vaxt artıq açıq dini dialoqun mövcud olması müxtəlif mədəniyyətlər arasında sıx münasibətlərin təşəkkül tapdığı mühiti xarakterizə edir. Beləliklə, bu mühit məhz Fondun atdığı xeyirxah addım nəticəsində daha da möhkəmlənəcək. Orfeyin çox ahəngdar melodiyası bizim hamımız üçün bir daha səslənəcək. Orfey tarixi dövrlərdən başlayaraq insanlar arasında daha geniş, daha əhatəli dialoqun qurulmasına çalışırdı. Beləliklə, o, fikir və idraki ideyaların, inamın tarixini göz qabağında bir daha canlandırırdı”.


    Müsəlman dünyasının xristian aləminə hədiyyəsi...


    Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi isə Heydər Əliyev Fondunun əməyi sayəsində baş tutacaq bu hadisəni müsəlman dünyasının xristian aləminə hədiyyəsi kimi xarakterizə edib: “Bu abidə hətta kardinal səviyyəsinə ucalmağımda əsas səbəb kimi mənim fəaliyyətimdə böyük rol oynamışdır. Mən bundan çox böyük məmnunluq hissi duyuram. Bu gün məhz Orfeyin abidəsinin iki mühüm cəhəti vardır. Bunun biri ondan ibarətdir ki, bizim aramızda mövcud olan əməkdaşlıq daha da genişlənir. Əslində digər tərəfdən bu abidə yunan, Roma və xristian mədəniyyətlərinin bir-birinə qovuşmasını özündə əks etdirir, onların arasında müxtəlif səslərin bir araya gətirilməsinə, ahəngdar vəhdətin yaradılmasına imkan verir.


    Aparılacaq bu iş məhz Heydər Əliyev Fondunun yardımı sayəsində baş tutacaq. Bu addımın atılması xristian aləminin mühüm abidəsinə müsəlman dünyasının töhfəsidir. Əslində Roma şəhərində, ümumiyyətlə, Romanın tarixində ilk hadisədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondu xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da yaxşı şəkildə parlamasına öz töhfəsini verir. Digər tərəfdən isə bədii əhəmiyyət daşıyan əl işləri arasında bir vəhdət yaranır”.


    O bildirib ki, Azərbaycana səfəri zamanı ölkənin gözəlliyini və abidələri seyr edib. Şura sədri abidənin təmirdən sonrakı açılışında Azərbaycan prezidenti İlham Əliyevi də görməkdən məmnun olacaqlarını bildirib.


    Çoxkonfessiyalı və çoxmillətli Azərbaycan...

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun və özünün fəaliyyəti haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib: “Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir, biz belə layihələri həm Azərbaycanda, həm də digər dövlətlərdə həyata keçiririk. Mən çox şadam ki, ümumbəşəri sərvət olan bu mədəni abidələrin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verəcək”.


    M.Əliyeva deyib ki, Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar: “Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, bizim ən böyük sərvətlərimizdən biridir. 2002-ci ildə ölkəmizə səfəri zamanı Roma Papası II İoann Pavel Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırıb. Təsadüfi deyil ki, son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz bizim ölkəmizdə keçirilir. Paytaxtımızın ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlər - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq Humanitar Forumu bu sahədə atılan mühüm addımlar kimi qiymətləndirilir”.


    M.Əliyeva qeyd edib ki, bu ilin oktyabrında Bakıda İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək: “Belə görüşlər, belə tədbirlər dünya liderlərini, ictimai xadimləri, insanları, xalqları bir araya gətirərək dialoqun, dözümlülüyün, qarşılıqlı hörmətin vacibliyini beynəlxalq arenada ön sıraya çıxarır”.


    Daha sonra isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi katakombaların bərpasına dair ikitərəfli Sazişi imzalayıblar.


    İmzalama mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran M.Əliyeva Heydər Əliyev Fondunun nəinki Azərbaycanın, eləcə də ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verdiyini vurğulayıb: “Biz bir sıra iri layihələr həyata keçirmişik. Bizim “Azərbaycan - tolerantlığın ünvanı” layihəmiz var. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada biz Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də iştirak etmişik. Mən bir daha qeyd etmək istərdim ki, bu layihəni çox vacib hesab edirəm.
    Çünki dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, Fondun siyasətidir və inanıram ki, məhz mədəniyyət, mədəni irs sadə olmayan bugünkü dünyanı birləşdirə bilər”.


    M. Əliyeva Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və çox möhkəm kökləri olduğunu vurğulayıb: “Əsrlər boyu Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayıb. Xalqımızın ən gözəl xüsusiyyətlərindən biri bütün millətlərə, dinlərə, mədəniyyətlərə böyük hörmətlə yanaşmasıdır. Hesab edirəm ki, bugünkü gərgin dünyada bu, çox gözəl və böyük bir sərvətdir. Biz inanırıq ki, yalnız dialoq, dözümlülük vasitəsilə insanları bir araya gətirmək olar”.


    Heydər Əliyev Fondunun prezidenti bu cür təşəbbüslərin Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib: “Təsadüfi deyil ki, bu gün Azərbaycanda belə görüşlərin, belə forumların, belə toplantıların keçirilməsinə, yəni, Şərqlə Qərb arasında, xristian dünyası ilə müsəlman aləmi arasında, müxtəlif mədəniyyətlər arasında dialoqun qurulmasına ən yüksək dövlət səviyyəsində çox böyük əhəmiyyət verilir. Bu baxımdan Azərbaycan bu gün müsəlman ölkəsi kimi dünya üçün bir nümunə ola bilər”.


    M. Əliyeva qeyd edib ki, bir müddət bundan əvvəl Vatikan kitabxanasında qədim əlyazmaların bərpası da həyata keçirilib.


    İlk olaraq bizim yardımımıza gələn müsəlman ölkəsinin Fondu oldu...

    Kardinal Ravazi isə deyib ki, Vatikan kitabxanasında qədim Azərbaycan əlyazmalarının bərpasının ən böyük əhəmiyyəti ondan ibarətdir ki, elmi dairələrə öz tədqiqatlarını məhz həmin əlyazmaların üzərində aparmaq üçün əlavə imkan yaradılıb: “Katakombalarda da bərpa işi başa çatdırıldıqdan sonra təbii ki, bura zəvvarların və turistlərin üzünə açıq elan olunacaq. Qonaqlar birbaşa görəcəklər ki, məhz burada xalqlar arasında, dinlər arasında konkret dialoq, onların ünsiyyəti nə dərəcədə mümkündür. Əslində bu, həm müsəlman aləmi, həm xristian dünyası üçün bir növ bütün çətinliklərə baxmayaraq, dialoqun aparılmasının, qarşılıqlı ünsiyyətin qurulmasının bir rəmzinə çevriləcək”.


    Kardinal Ravazi bildirib ki, bu abidənin bərpası ilə bağlı Müqəddəs Taxt-Tac tərəfindən çağırış edilib: “Biz bu müraciəti bir çox digər xristian fondlarına, təşkilatlarına bildirmişdik. Lakin ilk olaraq bizim yardımımıza gələn müsəlman ölkəsinin Fondu, müsəlman icmasının nümayəndələri oldu”.


    Kardinal digər müsəlman ölkələri ilə də bu cür dialoq aparmağa, mədəniyyət sahəsində işbirliyi qurmağa hazır olduqlarını deyib: “Bizim aramızda bu cür görüşlər baş tuta bilər. Bu görüşlər həm elmi dairələr, həm xristian, həm müsəlman aləminin ilahiyyat ekspertləri, həmçinin Azərbaycanın və ya digər müsəlman ölkələrinin mədəniyyət işçiləri arasında baş tuta bilər”.


    O qeyd edib ki, bu ilin sonunda müqəddəs Taxt-Tacda Azərbaycan tərəfindən növbəti sərginin təşkil olunması planlaşdırılır. Sərginin keçiriləcəyi yerə gəldikdə bu, ya Vatikan muzeyi, ya da bu kimi başqa yerlər olacaq.

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 683
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30