Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əli Əbu Ibn Sina
    “Cərrahiyyə əməliyyatından öncə əllərimi yalnız dəstəmaz  zamanı yuylma üsulundan istifadə edərkən  paklayırdım”

    Əli Əbu Ibn Sina

     XXİ əsrdə də əksər dövlətlərin cərrahları həmin üsulla əllərini stiril edirlər. Lakin, bu üsulun müəllifi kimi digər  alimlərin adları çəkilir.


    Müəllifdən.


    Əli Əbu Ibn Sinanın adı müasir dövrdə belə özünün layiqli yerini tutmayıb. Bunun bir neçə səbəbi var :


    1. Sovet İttifaqının Ateist dövlət olması idi. İbn Sina bütün yazılarını “Bismillahi Rahmani Rəhim” kəlməsi ilə başlayırdı. Ona görə də keçmiş dövlətimizdə Şərqin böyük aliminin əsərlərinə əhəmiyyət  verilmirdi.


    2. Avropa alimlərinin Asiyada yaşamış və yartmış alimlərə olan qısqanclq hissi idi.


    3. Əbu Əli İbn Sina dövründə yerli alimlərin də ona qarşı  mənfi münasibətləri idi. Çünki, həmin dövrün əksər alimləri əsil elmi yanaşmaları qəbul etmək istəmirdilər. Xalqı qaranlıqda saxlamaq daha çox gəlir gətirirdi.


    Böyük filosof və dahi alim “MÜŞAHİDƏ”, “TƏCRÜBƏ” VƏ “sınaq” sözlərini elmə gətirdi. Çox təəssüf ki, əsrlər keçəndən sonra Avropa alimləri həmin terminləri öz bayraqlarına yazdılar.  Məsələn, İbn Sina iki qoyunun üzırində təcrübə aparmışdır:


    Onları ayrı-ayrı yerlərdə saxlamış, eyni yeməklə qidalandırmışdır. Amma bir qoyunun yaxınlığında canavar saxlanılırdı. Bir müddətdən sonra canavarın qonşuluğundakı qoyun ölmüş, digər qoyun əvvəlki kimi diri və aktiv idi. Həmin təcrübə xəstəliklərin əmələ gəlməsində həyat tərzinin böyük rolu olduğunu göstərir. Təəssüf ki, XX əsrdə Rusiya alimi həmin təcrübəni öz adına yazdı.


     Əbu Əli İbn Sina dünyada ilk dəfə xəstəliklərin simptomlarını toplayıb diaqnozu təyin etmək üçün istifadə etməyə başlamışdır. Şərqin dahi alimi bu metodu ilə Hippokratdan öndə idi. Hippokrat  öz əsərlərində xəstəliyin böhran dövrü haqqında heç bir məlumat verməmiş, simptomları xüsusi hallarda yazıb, lakin ümumiləşdirməmişdir. Ona görə də   Hipokratın semiotikasına xəstəliklərin xüsusi semiotikası deyilir. (semiotika-simptomlar toplusu) İbn Sina əhatəli surətdə  xəstəliyin böhran dövründə simptomlar haqqında ayrıca izahat vermişdir. İbn Sinanın elmi nəzəriyyəsi və təcrübələri həkimlərin ayrı-ayrı simptomları axtarmaq deyil, tam diqnoz təyin edib və müalicə etməkdən ibarətdir.  


     İbn Sinanın diaqnosikası çoxəhatəlidir. O diaqnostikanı sorğu (anamnez) və obyektiv əlamətlərin əsasında qururdu. Yəni xəstəliyin başlanğıcını öyrənəndən sonra   o xəstənin rənginə baxır, nəbzin dolğunluğunu , sürətini, dərinin rəngini və nəmliyini, qarının palpasiyasını, sidiyi və s. göstəricilərini əsas tutaraq diaqnozu təyin edirdi.


     Tibb aləmində barmağı barmağa taqqıldatmaqla (perkusiya) diaqnozu təyin etməyi Əbu Əli İbn Sina kəşf edib. Təssüf ki, perkusiyanı Avstriyalı həkim Leapold Ayenbrugger 1761-ci ildə özünün kəşfi kimi latın dilində yazdığı kitabına dail etmişdir. XI əsrin əvvəlində İbn Sinanın kəşfi  XIX əsrdə üçüncü dəfə Napaleonun həkimi fransız Yan Karvizar tərəfindən “kəşf olunmuşdur” .


     Əbu Əli İbn Sina xəstəliklərin simptomlarını elə düzgün və dəqiq şərh edib ki, bu gün də o simptomları bilməklə 60%-dən çox hallarda diaqnozu təyin etmək olar.


    Məsələn , İbn Sina Plevrit haqqında yazıb : “Plevriti beş əlaməti mövcuddur. Yüksək qızdırma, qabırğaların altında kəskin ağrılar, nəfəs alarkən ciyərlərin sıxılması, mişarvari nəbz, öskürək.”


     Alman terapevti A.Ştrunmel özünün “Daxili xəstəliklər” kitabında Əbu Əli İbn Sinanın Plevritin simptomlarının ardıcıllığını dəyişdirib və həmin kəşfi öz adına yazmışdır.


     Diabet (Şəkər) xəstəliyinin simptomlarının toplusu haqqında elmi şərh vermişdir: Tez-tez və çoxlu miqdarda sidiyə getmək, susuzluq, iştahanın çox olması, yorğunluq, qanqrena,  sidiyin çöküntüsünün bal kimi şirin olması şəkə xəstəliyinin simptomlarıdır.


     Çox təəssüf ki, şəkər xəstəliyinin diaqnozunu təyin edə bilən simptomlar XVII əsrdə ingilis həkimi Tomas Uillisin adına yazılıb. 1775-ci ildə isə Fobson sidiyin şirin olmasının səbəbini şəkərdə görmüşdür. Bu “elmi hadisə” Əbu Əli İbn Sinanın kəşfindən 750 il osnra baş vermişdir.


     Əbu Əli İbn Sina   vərəm xəstəliyi haqqında o dərəcədə geniş və detallı yazmışdır ki, bu günkü gündə də ona heç bir əlavə etmək mümkün deyildir. Amma , vərəmin , onun kəskin və xroniki olmasının digər diaqnostik simptomlarının kəşf edənlərinin arasında Əbu Əli İbn Sinanın deyil, yeddi müxtəlif alimlərin adı var.


     Psixi xəstəliklər haqqında hipokrat bir neçə məsləhətdən başqa heç bir şey yazmamışdır. Qalen özünün beş yüz elmi işinin içərisində psixozların sistematikasını yarada bilməmişdir. (Kannab 1925-ci il).  İbn Sina yazırdı ki, çox alimlər psixi xəstəliklərin səbəbini cinlərda və şeytanlarda axtarıblar. Amma mən hesab edirəm ki, səbəb materiyadadır., yəni həyatda baş verən hadisələr, həyat tərzi və həyatda rast gələn insanlardır. İbn Sina psixozun müalicəsini belə tamamlayır: “ Səbəbi olmayan gərginlik və göz yaşlarını müalicə etmək üçün işləmək, oxumaq, rəqs etmək lazımdır”. Çünki, qorxu və tənhalıq xəstəliyi daha da böhrana sürükləyir. 


     2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklərin siyahısına “məhəbbəti” əlavə etdi.  Əbu Əli İBN Sina 1000 il bundan əvvəl “məhəbbət”i  xəstəliklər sırasına daxil etmişdir. Böyük Şərq dühası “məhəbbət” (sevgi) xəstəliyinin diaqnozunu təyin etmək üçün xəstənin nəbzini tutaraq ətrafda yaşayan (xəstə oğlan olanda) qız dlarını bərkdən sayırdı. Hansı adda nəbz sürətlənirdisə , deməli oğlan həmin adlı qıza vurulmuşdur. Tamamilə arıqlamış kişiyə baxmaq üçün İbn Sinanı dəvət etmişdilər. İbn Sina bıçaq əlində xəstəyə yaxın laşdı. Sol əli ilə xəstənin dərisinə toxunmuş və demiiş ki,bu öküz çox arıqdır, kökəlməsə onu kəsmək olmaz. Bundan sonra xəstə böyük iştahla və çoxlu miqdarda yeməyə başlamışdır. Bir müddətdən sonra xəstə tamamilə sağalmışdır.


     Əbu Əli İbn Sina cərrahiyyə elminə də çolu əlavələr gətirmişdir. İbn Sinanın klassifikasiyası müasir klassifikasiyadan heç nə ilə fərqlənmir. Eləcə də vaxtilə Avropada “Avisena üsulu” adlanan üsulla çiyin çıxığını təzyiq ilə yerinə qoymaq bu gün də tətbiq olunur. 


     Təbabətdə ilk dəfə dartılmadan sonra insan ətraflarının gipsə salınmasını İbn Sina tətbiq etmişdir. Avropa həkimləri XIX əsrdə əsl müəllifin adını qeyd etmədən həmin üsulla işləməyə başlayıblar.


     Əbu Əli İbn Sina  böyük şəxsiyyət  idi.  O, böyük məmnuniyyətlə  bir sıra xəstəliklərin terapevtik müalicəsini Hippokratın əsərləindən götürdüyünü və bununla fəxr etdiyini yazmışdı.


     Alicənab insan haqqında İbn Sina yazmışdır:


     Alicənab şəxsə qadağandır on şey,


                Onlardan altısı alicənaba xas deyil.

                Qibtə (Paxıllıq), Alçaqlıq (Yalan).


     Öz ehtiyacını, zəifliyini və ağrılarını göstərmək,  var dövlətin varsa, dostlara əl uzat, kömək et, acmışlara yemək ver, özünə çətin də olsa  sirrini açma. Qoy sifətin ağrıdan saralsın , amma ağrıdan şikayət etmə.

    Doktor
    Tofik FƏTULLAYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 774
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30