İranda xərçəng xəstəliyi ilə mübarizədə yeni dərman hazırlanıb
İran İslam Respublikasında xərçəng xəstəliyi ilə mübarizədə yeni dərman hazırlanıb. KƏLAMİNFO xəbər verir ki, İran alimləri bitki ekstraktlarından istifadə etməklə xərçəng xəstəliyi ilə mübarizə aparmaq üçün lazımı maddəni - qamma-interferon hazırlamağa nail olublar.
İran Pedoqoji Universitetinin Texnika fakültəsinin rəhbəri İsmayıl Saeyi bildirib ki, onlar immun hüceyrələrini interferon hasil etməyə və reseptorları aktivləşdirməyə vadar edən bitki ekstraktlarını aşkarlayıblar. Onun sözlərinə görə, xərçəng diaqnozlu pasientlərə tərkibində bir milliqram qamma-interferon olan iynə apmulaları paylanılır.